Mədəaltı vəzinin orqanizmdə rolu
Mədəaltı vəzi çox mürəkkəb quruluşa malikdir. Mədəaltı vəzi mədənin arxasında yerləşir. Onun ölçüsü orta hesabla 17 sm-dir, çəkisi isə təxminən 80 qr-dır.
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Pankreatit- mədəaltı vəzin iltihabi xəstəliyi olub, ifraz etdiyi şirənin tərkibində olan fermentlərin aktivləşməsi ilə xarakterizə olunur. Normal halda bu fermentlər qeyri-aktiv halda olurlar, yalnız 12-barmaq bağırsağın şirəsi ilə qarışdıqda fəallaşırlar. Mədəaltı vəzin zədələnməsi (travma, iltihab və s.) zamanı isə fermentlər vəzinin daxilində aktiv hala keçə bilirlər.
Pankreatit yayılmış xəstəlikdir, adətən cavan və orta yaşlılarda daha çox müşahidə olunur. Müxtəlif kliniki formalarda (kəskin, xroniki, reaktiv) təsadüf oluna bilər. Kəskin forma qarnın yuxarı nahiyəsində kəskin ağrılarla müşayiət olunur. Xroniki pankreatitdə isə ağrılar yeməkdən 1-2 saat sonra başlayır. Reaktiv forma isə qidanın tərkibində olan yağların həzminin çətinləşməsi ilə bağlı yaranır.
Qaraciyərin, öd kisəsinin və öd yollarının xəstəlikləri zamanı aşağıdakı əlamətlər müşahidə edilir: sarılıq, tünd rəngli sidik ifrazı, açıq rəngli nəcis ifrazı, dəridə qaşınma, dərinin qanaması, dəridə qarışqa gəzməsi hissi, ürəkbulanma, temperaturun yüksəlməsi, qusma, qaraciyər nahiyəsində şiddətli ağrılar.
Qaraciyər və öd kisəsi xəstəliklərindən qaraciyərin iltihabı (hepatit), öd kisəsinin iltihabı (xolesistit), qaraciyərin sirrozu, öddaşı xəstəliyini və s. göstərmək olar.