Yayda bədənə parazit düşdüyünü göstərən ƏLAMƏT

Yayda parazitlərə yoluxma riski kəskin artır. Onların əksəriyyəti ilin bu vaxtında torpaqda yaşayıb çoxalır. Yayda da insanların torpaq, qumla təması artdığından yoluxma qaçılmaz olur.
Əslində, parazitar infeksiyalar çoxdur. Müxtəlif helmintlər çirkli əllər vasitəsilə və pis bişrilmiş ət yeməkləri ilə — çiy kabablar, yoluxmuş balıqlardan və hətta ağcaqanad dişləməsindən sonra yoluxa bilər.
Parazitlərin orqanizmdə olduğunu aşkar etmək elə də asan deyil.

Davamı →

Askarid qurdu

Ən geniş yayılmış parazit-lərdən olan askarid qurdlarına yoluxma zamanı bağırsaqda bir neçə yüz qurd olur. Yumurtalar nəcislə torpağa düşəndə yoluxuculuq qabiliyyətini 15 il saxlayır. Udulmuş yumurtalardan nazik bağırsaqda sürfələr çıxır, sonra bağırsaq divarını dələrək qanla orqanlara yayılır, 8-10 saata kapilyar damarları dəlib nəfəs yollarına keçir, sonra ağıza doğru hərəkət edərək tüpürcəyə qarışıb təkrar udulur və yenidən nazik bağırsağa çatıb, necə deyərlər, əsl həyatını yaşamağa başlayır.
Bağırsaqlarda 2 ay ərzində sürfədən cinsi yetişkən askaridlər əmələ gəlir. Bağırsaqda yaşayan askaridlərin ömrü 1 ildir, təkrar yoluxma olmasa 1 ilə askaridlər orqanizmdən təmizlənir. 
Davamı →