Xınanın bu qədər faydasından xəbəriniz var idi?

Xına əsasən kosmetik vasitə kimi tanınır.
Lakin xına tək kosmetik vasitə deyil, xına qədim zamanlardan çox güclü təbii müalicəvi vasitə kimi tanınır və istifadə olunur.
Qədimdə xınanın köməyi ilə yaralar, xoralar, dəri xəstəlikləri müalicə olunurdu. Belə hesab olunurdu ki, xına kişilərdə potensiyanı (kişi gücü) artırır.

Davamı →

Şampunu belə zənginləşdirin

Mən əvvəllər mumyanın ən çox orqanizm üçün faydalı olduğunu düşünürdüm. Adi şampunun saçlar üçün bu qədər faydalı olduğu heç ağlıma da gəlməzdi. Bu şampun saçlarda olan bütün problemlərin həll olmasına səbəb olur. Belə ki, şampundan davamlı olaraq istifadə emək saçları sağlam, möhkəm və canlı edir. 

Şampunun tərkibi 28 kimyəvi elementdən, 30 makro və mikro elementdən, aminturşulardan, yağ turşularından və vitaminlərdən (A, B ,E) ibarətdir. Şampunu özünüz asanlıqla hazırlaya bilərsiniz.

Bunun üçün istifadə etdiyiniz şampunun 200 qramının içərisinə 10 həb xırdalanmış mumiya həbi (apteklərdə satılır) əlavə edilir və qarışdırılır. Bu zaman şampunun rəngi tündləşir, amma tərkibi daha keyfiyyətli olur. Şampundan aşağıdakı kimi istifadə edilir.
Davamı →

Saçları parıltılı edən maska


Hər bir Qadın saçlarının parıltılı və gözəl olmağını istəyir. Bu maska məhz bunun üçündür.

Maskanı hazırlamaq üçün 1 ədəd yumurta ağı, 1 xörək qaşığı çətənə yağı, 1 xörək qaşığı badam və ya jojooba yağı, 1 xörək qaşığı bal, 1 xörək qaşığı alma sirkəsi lazımdır. Onları yaxşı qarışdırdıqdan sonra saça sürtüb daramaq lazımdır.

15 dəqiqədən sonra maskanı yumamaq şərtilə ikinci dəfə həmin maskadan saçlarınıza sürtün və 2-3 saat gözləyin. Sonra saçlarınızı yaxşıca yuyun.
Davamı →

Parlaq saçlar

Saçlar üçün çeşidli yağlarla hazırlanan serumla parlaqlıq verə və daha sağlam görünməsinə şərait yarada bilərsiniz. Serumun hazırlanması üçün bu yağlar lazımdır: 

1 xörək qaşığı çobanyastığı yağı 

1 çay qaşığı qoz yağı 

2 xörək qaşığı aloe vera yağı 

1 çay qaşığı zeytun yağı 

Hazırlanması: 
Bütün yağlar qarışdırılır və qaynar su dolu bir qabın üzərində ilıqlaşana qədər gözlənilir.

Saç köklərindən saç uclarına tərəf çəkilir və 30 dəqiqə gözlədikdən sonra saç şampunla yuyulur.

Bu maska həftədə bir dəfə tətbiq edilməlidir. 
Davamı →