Millətçilik, onun mühafizəkar, liberal və radikal formaları

Tarixən insanlar öz əcdadlarının adət-ənənələrinə, doğma torpaqlarına, qərarlaşdırılmış əraziləri və burda mövcud olan hakimiyyətlərinə sadiq olmuşlar. Lakin, 18-ci əsrin sonları insan cəmiyyətində yaranan yeni meyllər (məsələn, Maarifçilik hərəkatı, Sənaye inqilabı) insanları millətçiliyə sövq etməyə başlamışdı. Beləliklə, millətçilik modern anlayış olaraq, ilk dəfə 18-ci əsrin sonu, 19-cu əsrin əvvəli Avropada meydana gəlmiş və müxtəlif zamanlarda, fərqli Avropa ölkələrində bir neçə formada təzahür etmişdir. Sonralar millətçilik ictimai və fərdi həyatın ümumi qəbul olunan, ayrılmaz sentimentinə və müasir tarixin yeganə müəyyənedici faktoruna çevrilmişdir. Onun ilk güclü təzahürləri kimi Fransa və Amerika inqilablarını nümunə göstərmək olar. 19-cu əsrin əvvələrindən başlayaraq millətçilik Mərkəzi Avropada geniş yayılmış və sonralar Latın Amerikası, daha sonra isə Şərqi və Cənubi Avropa ölkələrinə nüfuz etmişdir. 20-ci əsrin əvvələri isə millətçilik qədim Asiya və Afrika torpaqlarında çiçəklənməyə başlamışdır. Beləliklə, 19-cu əsr “Avropa millətçiliyi əsri” adlanırsa, 20-ci əsr də Asiya və Afrika millətçiliyi əsri hesab olunur .

Davamı →

Sən türk kişisisən!

Axşam saat iki olardı… Ukraynadan gələndən sonra yazacağım yeni hekayə barədə düşünürdüm. Kompyuter qarşımda, sakitliyi də həmişə olduğu kimi qənaətbəxş hesab etmək olardı. Əslində hekayə düşüncələrimdə tam hazır idi. Amma təsirli olması üçün bir iki ədəbi priyom axtarırdım. Bir də gördüm ki, oğlum Nicat tir-tir əsərək işıq yanan otağa-yəni mənim iş otağima gəlir. Göz yaşları gildir-gildir axirdı… Soyuqqanlıqla səbəbini soruşdum, dedi ki, qorxuram. Son zamanların patriotik havası (Türkiyədə 100 minlərlə insanın Xocalı deyə kar dünyanı haraylaması, 50 mindən çox insanın Azərbaycanda prezidenti ilə birgə addımlaması) mənə təsir etdiyindən oğulumun üstünə qışqırdım: “Sən necə kişisən? Utanmirsan heç, qaranlıqdan qorxmaq kşiyə yaraşamaz!” Özümdən çıxırdım yavaş-yavaş. Yəqin ki, bütün oğul ataları bu vəziyyətlə tanışdırlar. O anda ağlımdan keçirməsəm də, bu cür də düşünə bilərdim: Qaranlıqdan qorxan bu uşaqlar ermənidən necə qisas alacaqlar. Əgər bunu düşünsəydim, yəqin, sonralar özümü danlayıb ironiya ilə güləcəkdim ki, niyə həmişə bir nəsil qisasın alınmasını gələcək nəsillərə buraxır. Yaxşı ki, uşağın sonrakı cavabı məni başqa cür düşündürməyə sövq etdi. Amma uşaq elə ağlayırdı ki, elə bil cin görmüşdü… Buna görə daha çox hirslənərdim. Çünki mənə elə gəlir ki, mənim oğlum cinə görə də qorxa bilməzdi. Bir də soruşdum ki, axı burda nə var, hamımız evdəyik, burdan sənin otağın görünür, isığımız yanır, mən oyağam, axı sən niyə ağlamalısan? Usaq əsə-əsə dedi ki, bu gün məktəbdə müəllim qorxulu şeylər göstərib. Dedim ki, necə yəni qorxulu seylər?
Ardı →