Bertran Rassel: Paxıllıq

Özünü bədbəxt hiss etməyin ən böyük səbəblərindən biri də paxıllıq duyğusudur. Düşünürəm ki, paxıllıq ən yayğın və kökü dərinlərdə yatan duyğudur. Tərbiyəçilər, bir yaşı olmamış uşaqlarda belə aydın şəkildə müşahidə edilən bu duyğunun təzahürlərinə qarşı diqqətli davranmalıdılar. İki uşaqdan birinə daha artıq qayğı göstərmək, anında digərinin diqqətini cəlb edə və onun əzab çəkməsinə səbəb ola bilər. Uşaqlarla münasibətdə olan hər kəs, onlar arasında hər hansı bir nəsnəni bölüşdürərkən adil davranmağa çalışmalıdır. Ancaq uşaqlar hiss etdikləri qısqanclığı (ki bu da paxıllığın bir növüdür) dilə gətirməkdə böyüklər qədər açıqürəkli olmur.

Bu duyğu uşaqlar qədər yetkin insanlar arasında da yayğındır. Məsələn, qadın xidmətçilərə baxaq: Heç vaxt unutmaram, evli xidmətçimizə hamilə olduğu üçün ağır əşyalara güc vurmamasını söyləmişdik, bunu görən digər xidmətçilər də ağır əşyaları qaldırmaqdan boyun qaçırmağa başladılar və nəticədə bu cür işləri özümüz həyata keçirməyə məcbur qaldıq. Paxıllıq həm də demokratiyanın təməlidir.
Davamı →

Paxıllıq

paxıl artmaz
Bir də görürsən ki, yekə bir ağac qəfil köklü-köməcli yerə sərildi. Fikirləşirsən, dərdi-azarı nədir bu ağacın, görəsən? Axı heç yarpaqları da solmayıb, sapsağlamdır. Bəs nə oldu?” Yaxınlaşanda görürsən ki, ağacın gövdəsini qurd içindən elə gəmirib-yeyib ki, kənardan azacıq hiss olunur. Bapbalaca qurd bu boyda ağacı gör necə böyrü üstə yıxdı!

Əslində paxıllıq, xəbislik də belədir, insanı içindən gəmirir, “niyə ona olar, mənə yox?”- deyə rahatlıq tapmayanın, fürsət düşən kimi dilindən qeybət düşməyənin də aqibəti axırda o qurd yemiş ağaca bənzəyir; həmişə dünya başına dar olur, heç yerdə qərar tutmur, nə gecəsi olur, nə gündüzü, elə hey “hərəkətdə” olur. Bir də onda ayılır ki, artıq gecdir, paxıllıq, xəbislik bataqlığında çabalayır, nə qədər qışqırsa da nə səsini eşidən olur, nə köməyinə gələn…
Nə deyim, Allah dilimizi qeybətdən, içimizi paxıllıqdan, xəbislikdən qorusun. Amin!
Davamı →

Paxıllıq sevinc gətirmir

Kiməsə paxıllıq etdiyimiz zaman fərqinə belə varmadan öz sağlamlığımıza zərər yetiririk. Bunun öhdəsindən gəlmək üçün tez bir zamanda tədbir görməliyik.

Kəskin paxıllıq məqamı — özünü dəyərləndirmə qabiliyyətinin faciəli şəkildə enmə anıdır. Özünüzü başqa insanla müqayisə edir və sizi sonsuz xoşbəxt edə biləcək nəyinsə onda olduğunun şahidi olursunuz.

Misal üçün, uğurlu evlilik arzusundasınız və birdən eşidirsiniz ki, ofisinizdəki qeydiyyat bölməsində oturan heç nə ilə nəzərə çarpmayan bir qıza yaraşıqlı, gənc iş adamı evlənmək təklif etmişdir. Bu xəbəri bildiyiniz anda qəlbinizdə əsl partlayış ola bilər: " Bu ədalətsizlikdir!", " Demək, mən ondan pisəm?", " Mənim həyatımda heç vaxt belə hadisəbaş verməz !."
Ardı →

Paxıllıq haqqında

Paxıllıq hər bir insanı bulaşdıra biləcək mənfi xüsusiyyətdir, xəbislikdir. İstər qadın olsun, istərsə də kişi, fərqi yoxdur, paxıllıq hamıya sirayət edə bilər.


İnsanlar paxıllığın dərəcəsinə görə bir-birindən fərqlənirlər. Ancaq danılmaz bir faktdır ki, qadınlar kişilərlə müqayisədə daha çox paxıl olurlar. Statistik faktlar göstərir ki, paxıllıq hissi bir çox qadınların “ayrılmaz hissəsi”dir.
Ardı →

"Paxıl musiqiçi" | Dino Buttsati

Şan-şöhrətinin zirvəsində həyatının çiçəkləndiyi bir dövrü yaşayan və son dərəcə paxıl insan olan bəstəkar Auqusto Qorca bir axşam öz məhəllələrində tək-tənha gəzişərkən hansısa böyük evdən gələn fortepiano səslərini eşitdi.
Auqusto Qorca ayaq saxladı. Bu müasir, ancaq nə onun, nə də həmkarlarının bəstələdiklərinə bənzəməyən fərqli bir musiqi idi; buna oxşar bir şeyi o heç vaxt eşitməmişdi. Dərhal heç ayırd da etmək olmurdu ki, bu ciddimi, yoxsa yüngülmü musiqidir; o, özünün bir qədər sadəliyi ilə bəzi xalq təranələrini xatırlatsa da, onda acı bir istehza duyulur, sanki zarafatla səslənsə də, daxilindəki sarsılmaz inamdan xəbər verirdi. Ancaq Qorca, hər şeydən öncə, — bu musiqinin dəst-xəttindən heyrətə gəldi. O, harmoniyanın bütün köhnə qayda-qanunlarından azad idi, bəzən sərt və inadlı olsa da, eyni zamanda, ən kamil ifadə səviyyəsinə yüksəlirdi. Bundan əlavə, ona hər hansı bir ağır zəhmətdən əsər-əlamət olmayan füsunkar yüngüllük və gənclik təravəti də xas idi. Ancaq çox keçmədi ki, royal susdu və Qorca müsuqinin yenidən səslənəcəyini gözləyərək, küçədə əbəs yerə var-gəl etməyə başladı.


Ardı →