Stilə uyğun geyinməyin sirləri

Bir sual xanımları çox düşündürür, görəsən stilə uyğun necə geyinmək lazımdır?.. Zərif cinsin milyonlarla nümayəndəsi hər gün bu suala cavab axtarmağa çalışırlar. Fərdi stili necə tapmalı, başqalarının yanında «ağ qarğa»ya necə oxşamamalı, necə gülməli və güzgüyə baxmalı, necə cazibədar olmalı? Sizə həyatınızı dəyişdirəcək 10 sadə qaydanı oxumağı təklif edirik.


Təkrarolunmazlığına əmin olun —
Birinci və başlıca qaydadan başlayın: ən gözəl və təkrarolunmazlığınıza inanın. Lkassik sovt filmində deildiyi kimi, «Mən ən füsunkar və cazibədaram» sözlərini xatırlayın. Düşünülmüş nəzəriyyəyə kor-koranə əməl edən qəhramanları ələ sala bilərik, lakin ondan bir nəticə əldə etmək olar. Əgər hər gün güzgü qarşısında gözəl olduğunuzu təkrarlasanız, lazımi stil obrazını əldə etmək üçün əminlik gec-tez nəticə verəcək. Hər halda biz bilirik ki, gözəllik-subyektiv anlayışdır və dəqiq tərifi yoxdur. Gözəllik-hər şeydən öncə ruhun vəziyyətidir. Güzgüdə özünüzə diqqətlə baxın, çatışan və çatışmayan cəhətlərinə nəzər yetirin. Onları şüurunuzda qeydə alın.


Ardı →

Trençlər

Tençlər universal geyim növü sayılır. Bu payız isə trençlərin dünya dəb aləminə bir növ triumfu başlanıb.
Havalar soyuduqca xanımlar  qarderobunda trençə daha çox üstünlük verir. Eləcə də plaşlara.
Bunların ən dəbdə olan növü isə klassik ingilis formasıdır. Böyük Britaniya duman və yağışlar diyarı olduğundan bu ölkədə trenç və plaşlar xüsusi əhəmiyyət kəsb edir.


Ardı →

Payız modası-2010

2010 payız modasında dizaynerlər dəbdə əsasən altı rəngin üstünlük təşkil  edəcəyini bildirirlər:
1)Dəvə yunu rənginin müxtəlif çalarları. Dəvə yununun ciddi, eleqant və neytral  rəng çalarlı müxtəlif geyimlərinə bu mövsümdə dünyanın ən tanınmış modelyer və dizaynerləri, eləcə də məşhur brendlərdən Chloe, Gucci, Maykl Korsa və başqaları da üstünlük verib.
payız modası-2010 (fall fashion)
Ardı →

Payız modası

Fəsillərin dəyişməsi insanlara həm sevinc, həm də saysız- hesabsız qayğılar gətirir. Payız isə qayğıların ən bol dövrüdür. Yeni dərs ili, yeni iş ili başlayır. Yayın istisindən qurtulub sərin payız günlərinə qovuşacağımız günlər çox uzaqda deyil. Bu isti günlərdə bunu düşünməyin özü insana bir sərinlik gətirir, deyilmi? Etiraf edək ki, yayda özümüzü, az qala, bütünlüklə unudur, xarici görkəmimizə, makiyajımıza, geyim tərzimizə lazımi qədər diqqət yetirmirik. Bir sözlə, hər şeyi payıza saxlayırıq. Payız isə bir addımlığımızdadır. Buna görə də yəqin ki, indi bütün işgüzar qadınları bir şey maraqlandırır: yeni dəb, yeni qardirob, yeni kosmetika stili və sairə.
Ardı →