Peşmanlıq hissi yaradan 10 şey

Bəzi şeylər vardır ki, insan keçmişi düşünərək təəssüf hissi keçirir və daim «ey kaş ki» sözünü işlədir. Bu da insanı indiki zamanda yaşamasının qarşısını alır. İnsan unutmamalıdır ki, onun indiki durumu, bir müddət sonra onun keçmişi sayılacaqdır. Odur ki, nə qədər gec deyil, keçmişə xoş xatirələr atmaq lazımdır.


Davamı →

Ən çox üzləşdiyimiz peşmanlıqlar

Həyatda gəlib-gedən çox şeylər var. Qərarlarımız yolumuzu dəyişməyə səbəb olur, eləcə də bizi və həyatımızı formalaşdırır. Qanuni olduğu müddətcə hər zaman etmək istədiyinizi etmək və yaşamın sonunda təbəssümlə ölmək vacibdir.
İnsanların yaşadığı bəzi peşmanlıq hissləri ilə tanışlıq bəlkə də bu siyahı üzərində işləməyinizə kömək edə bilər. Sfera.az insanların daha  çox üzləşdiyi peşmanlıqlarla bağlı araşdırmanı təqdim edir.

Davamı →

Kişilər peşman olanda

Ağızdan bir anda çıxan sözlər, əsəblə yazılan mesaj və ya arxasınca çırpılan qapılar… Ayrılıq bir anda gələ bilər. İnsan elə əsəbiləşər ki, hər şey bitdi deyər. Qadınlar ayrılmaq istədiyini bildirib, buna peşman olduqlarında “elə demək istəmirdim” deyə bilərlər. Ancaq kişilər üçün bu, hər zaman asan olmaya bilər. Bəs kişilər peşman olduqlarını necə bəlli edir?

Dost-tanışlarınızla danışmağa çalışırsa
Bir kişi üçün həqiqətən bitmiş olması mövzunun bağlanması deməkdir. Əgər sizin sayənizdə tanıdığı insanlarla təsadüfən qarşılaşdığında onlarla danışırsa, bu, mədəniyyət xatirinə olur. Amma sizinlə sevgili olduğu zaman elə də səmimi olmadığı və danışmadığı həmin adamları özü axtarır və görüşmək istədiyini bildirirsə, bəlkə də səbəb sizsiniz.
Davamı →

Mən nə etdim?


Onlar dost idilər, amma nədənsə, aralarında mübahisə düşmüşdü. Biri o birini sakit davranmağa çağırsa da, qarşı tərəf qəzəbini boğa bilmirdi.

Bəli, onlar dost idilər, bir süfrədə çörək kəsib, bir qaba əl uzatmışdılar. İndi isə hər şey dəyişmişdi. Bayaqdan bəri nisbətən sakit davranan qarşı tərəf artıq ünvanına söylənən təhqirlərə dözmədi və: “Bilsəydim ki, elədiyini bu gün başıma qaxacaqsan...” sözünün ardını deyə bilmədi və əlini yelləyərək çıxıb getdi. O, isə bir qədər sakit dayandıqdan sonra başını tutub diziüstə yerə çökdü. Deyəsən, bərk peşmançılıq hissi keçirirdi. Özü-özünə sanki hesabat verirmiş kimi pıçıldayırdı: “Yaxşı iş görmədim. Qəlbini qırdım onun”. Amma nə faydası, artıq peşmançılıqdan keçmişdi. Düzdür, ola bilsin, o səni tərk etməyəcək, yenə yanına qayıdacaq, amma sənə əvvəlki kimi dost gözü ilə baxa bilməyəcək. Çünki artıq aranızdakı dost divarı uçdu...

Ona görə elə et ki, sabah başını əllərin arasına alıb “mən nə etdim?” — deyə peşmançılıq hissi keçirməyəsən. Elədiyinin, dediyinin nə məna daşıdığını, sonradan hansı reaksiyalara səbəb olacağını düşün. Düşün ki, sonradan gec olmasın. 


Davamı →

Səhv etdikdən sonra peşmançılıq necə olmalıdır

Heç kim səhv etmək istəməz. Amma səhv etmək imtahanın əhəmiyyətli hissəsidir. İnsan səhv edərək öyrənir və çox vaxt da bir hərəkətin səhv olduğunu onu etdikdən sonra anlayır. Səhv insanın ayrılmaz bir hissəsi olduğuna görə bu mövzu haqqında daha geniş şəkildə düşünmək lazımdır: «Səhv etdikdən sonra o səhvi bir də etməmək üçün nə etmək lazımdır?», "İnsan etdiyi səhvdən Allaha necə sığınmalıdır, Allahdan necə bağışlanma diləməlidir?", «Qurana görə edilən səhvdən sonra peşimançılıq hissi necə olmalıdır?», «Səhv edən insan özünü günahkar saymalıdırmı?», "İnsan etdiyi səhvi düzəltdikdən sonra unutmalıdır, yoxsa həmişə o səhvin peşmançılığını çəkməlidir?", «O səhvi bir daha təkrarlamamaq üçün necə tədbirlər görməlidir?», «Səhvini necə düzəltməlidir?» Allah Quranda insanlara bütün bu sualların cavabını vermişdir. Buna görə də insan səhv etdikdən sonra nə etməli olduğunu Qurana görə müəyyən edə bilər. 
Davamı →

Peşmançılıq

  • Sevgi
Mobil telefon zəng çaldı.Oğlan telefonun ekranına baxdı.Bu onun nömrəsi idi.Özünü ələ alaraq o telefonu açıb cavab verdi:
— Allo.
Cavab verən olmadı. Amma telefondan gələn səsdən o başa düşdü ki, qız yüksək sürətlə maşınla gedir. Qəflətən sakitliyi qızın səsi pozdu:
— Salam.
— Salam. Amma mənə elə gəlir ki, sənə bu nömrəyə daha zəng etməməyi tapşırmışdım — oğlan könülsüz halda cavab verdi.
— Bilirəm, yadımdadır. Sadəcə zəng etdim deyim ki ,səni çox sevirəm… Və sənsiz mənə heç nə lazım deyil. İstəyirdim, bunları biləsən. Amma artıq bunların nə mənası var ki… onun səsi birdən kəsildi və oğlan başa düşdü ki, qız ağlayır.
Ardı →

Ölməyə 1 saatınız qalıb

İşimə yeni başlamağın həm ləzzətini, həm də həyəcanını yaşayırdım. Xüsusilə də, “həkim“ xitabına öyrəşməyə çalışırdım
Təcili tibbi yardım xidmətində işə yenicə düzəlmişdim. İşimə yeni başlamağın həm ləzzətini, həm də həyəcanını yaşayırdım. Xüsusilə də, “həkim“ xitabına öyrəşməyə çalışırdım. Bütün böyük xəstəxanaların təcili yardım şöbəsində olduğu kimi, burada da qaynar iş qrafikimiz vardı. Təcrübəli həkimlərin yanında mənə çox iş düşməsə də, mən öz işimi daha dərindən öyrənmək və təcrübi biliklərimi artırmaq üçün hər işdə yaxından iştirak etməyə cəhd göstərirdim...
Gecə saat 1 idi. İki qadın qollarından tutduqları 16-17 yaşlı bir cavan oğlanı xəstəxananın qapısına doğru gətirirdilər. Onların arxasınca isə təngnəfəs halda yaşlı bir kişi gəlirdi. Oğlanın atası olduğu bəlli idi. “Oğlumu xilas edin“, — deyə yalvarırdı.
Davamı →

Günah kimdədi?

Maraqlı gəncliyimiz var bizim.Qızlar oğlanlar tərəfindən aldananda deyirlər ki,oğlanlar vəfasızdı.Oğlanlar da deyirlər ki,ağlınız var aldanmayın.Görəsən tərəflər bir-birilərini günahlandırarkən günah hansı tərəfdə olur?Şəxsən mən belə hallarda günahı qızlarda görürəm.
Məsələn guya iki gənc bir-birini sevir,bir-birinə inanır.Sonda isə hər hansı bir anlaşılmazlıq üzündən söz-söhbət düşür.Yenidən barışıq elan olunur.Və tərəflər bir-birinə daha yaxın olmağa başlayırlar.Hər şeydə elə bu zaman başlayır.Ötəri bir hisslər üçün,qız öz nəfsinə qalib gələ bilmir.Elə bu zaman da oğlanın gözündən düşür.
Ardı →