Təhsilin məzmunu anlayışı

Təhsil pedaqoji prosesin mühüm bir tərkib hissəsidir. O, xalq təsərrüfatı üçün ixtisaslı kadrlar hazırlamaq məqsədinə xidmət edir. Təhsil müxtəlif məktəb pillələrində, müxtəlif səviyyələrdə verilir. Bu mənada ibtidai, orta, texniki peşə, orta ixtisas, ali təhsil fərqləndirilir. Hər sonrakı pillədəki təhsil əvvəlki pilləyə əsaslanır.


Ardı →

Təlim prosesinin elmi-nəzəri əsasları

Təlim prosesinin nəzəri (metodoloji) əsasını fəlsəfənin idrak nəzəriyyəsi təşkil edir. İdrak dünyanın insan şüurunda əks olunmasının mürəkkəb pro­sesidir. Dünyanın dərk olunması hissi idrakdan — duyğu və qavrayışlardan başlayır. Bu yolla əldə olunan faktiki materiallar məntiqi idrak pilləsində mücərrəd təfəkkürdə təhlil olunur, ümumiləşdirilir və nəticə çıxarılır. Çıxarılan nəticə praktikada yoxlanılır. Bütün qanunauyğunluqlar bu yolla öyrənilir və bu əsasda elm qanunları müəyyən edilir. Elmi idrakın pillələrini sxematik olaraq belə göstərmək olar:


Ardı →

Müəllim pedaqoji prosesdə əsas simadır

Müəllim pedaqoji prosesdə həlledici qüvvə kimi çıxış edir. Şəxsiyyətin ahəngdar inkişafı vəzifəsi, ilk növbədə, müəllimin üzərinə düşür.
Müəllim cəmiyyətdə çox böyük rol oynayır. O, yaşlı nəslin təcrübəsini gənc nəslə verir. Görkəmli şəxsiyyətlər müəllimin əməyinə yüksək qiymət vermiş, müəllimi günəşə, bağbana, mühəndisə bənzətmişlər. Çünki o, günəş kimi gənc qəlbi və ağlı işıqlandırır, uşaqlara bağban qayğısı göstərir, mühəndis kimi insan qəlbinin layihəsini cızır.
Cəmiyyətin, millətin gələcəyi müəyyən mənada müəllimin əlindədir. Deyirlər ki, bir milləti məhv etmək üçün onun müəlliminin və həkiminin savadsız olması kifayətdir: biri milləti mənəvi cəhətdən, digəri isə fiziki cəhətdən şikəst edəcəkdir.


Davamı →

Pedaqoji prosesin yeniləşməsi (innovasiyalar)

Cəmiyyət inkişaf etdikcə, hər sahədə olduğu kimi, pedaqoji sahədə də yeni-yeni tələblər irəli sürülür. Bu isə pedaqoji prosesi təkmilləşdirməyi, yeni məzmun, forma və metodları tətbiq etməyi zəruri edir.


Pedaqoji sistemin təkmilləşdirilməsi iki yolla həyata keçirilir: a) intensiv yol; b) ekstensiv yol. İntensiv yol pedaqoji sistemin daxili ehtiyatlarını işə salmaqla bağlıdır. Ekstensiv yol pedaqoji prosesə əlavə qüvvə, vaxt və vəsait cəlb olunmasını nəzərdə tutur. Məsələn, gənc nəslə daha möhkəm bilik vermək üçün təlim müddətini uzatmaq, proqramları genişləndirmək olar. Bu ekstensiv yoldur. Halbuki bunsuz da həmin məqsədə nail olmaq mümkündür. Məsələn, yeni metodlar tətbiq etməklə, mövcud forma və məzmunu təkmilləşdirməklə, şagirdlərə müstəqil iş bacarıqları aşılamaqla, onları özünütəhsilə cəlb etmənin intensiv yoludur.


Ardı →

Pedaqoji prosesin tamlığı şəxsiyyətin ahəngdar inkişafının mühüm amili kimi

Pedaqoji prosesin tamlığı onun sahələri qarşısında vahid məqsədin durması və şəxsiyyətin bütövlüyü ilə təmin olunur.
Tərbiyə, təhsil və təlim prosesləri özlərinə məxsus spesifik xüsusiyyətlərə malik olsa da, hamısı ümumi bir məqsədə — şəxsiyyətin ahəngdar inkişafına xidmət edir. Həm tərbiyə, həm də təlim üç əsas funksiyanı — təhsilverici, tərbiyəedici və inkişafetdirici funksiyaları yerinə yetirir. Bu zaman pedaqoji prosesin bütün sahələri qarşılıqlı vəhdətdə çıxış edir: təlim prosesi tərbiyə funksiyasını həyata keçirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə təsir göstərir. Ümumi məqsəd baxımından pedaqoji prosesin hər bir sahəsi bu və ya digər funksiyanın yerinə yetirilməsində aparıcı (dominant) rol oynayır.


Ardı →

Pedaqoji proses və onun səciyyəvi cəhətləri

Pedaqoji proses dedikdə, şəxsiyyətin tərbiyəsi, təhsili, təlimi və inkişafı ilə bağlı aparılan bütün məqsədyönlü, planlı və mütəşəkkil işlər nəzərdə tutulur.

Pedaqoji prosesin bir neçə səciyyəvi cəhəti vardır:


a) pedaqoji prosesin ayrı-ayrı sahələrinin vəhdəti;


b) pedaqoji prosesdə obyekt və subyektin qarşılıqlı əlaqəsi;


c) pedaqoji prosesin inkişafı;


ç) pedaqoji prosesdə ümumi məqsədin, qanunauyğunluq və prinsiplərin, forma və metodların mövcudluğu.


Ardı →

Pedaqoji tədqiqat və onun metodları

Digər elmlərdə olduğu kimi, pedaqogika da elmi-tədqiqatların nəticəsində inkişaf edib, yeni-yeni müddəalarla zənginləşir. Pedaqoji tədqiqatlar təlim-tərbiyə prosesini təkmilləşdirmək, müəyyən qanunauyğun əlaqələri üzə çıxarmaq məqsədi ilə planlı şəkildə aparılan axtarışlardır.
Tədqiqatlar müxtəlif metodların köməyi ilə aparılır. Tədqiqatın metodları onun metodologiyası ilə sıx bağlıdır. Tədqiqatın metodologiyası dedikdə, tədqiqat zamanı rəhbər tutulan metodoloji prinsiplərin məcmusu başa düşülür.
Ardı →

Pedaqogikanın digər elmlərlə əlaqəsi

Pedaqogika başqa elmlərlə sıx bağlıdır. O, öz qarşısında duran vəzifələrin həlli üçün həmin elmlərin materiallarından istifadə edir.
Pedaqogikanın, demək olar ki, bütün elm sahələri ilə əlaqəsi vardır. Təhsil müəssisələrində tədris olunan fənlər çox müxtəlif elmlərlə bağlıdır: fizika, riyaziyyat, kimya, dil, ədəbiyyat və s. fənlərin tədrisi məsələləri pedaqogikanın bir qolu olan metodikanın tədqiqat mövzusunu təşkil edir. Pedaqogika digər elmlərlə birbaşa və ya dolayı yollarla bağlıdır. Bəzi elmlərdən o, ümumi istiqamət alır, digər elmlərin nəticələrinə istinad edir.
Pedaqogika fəlsəfə ilə sıx bağlıdır: fəlsəfə pedaqogikanın nəzəri-metodoloji əsasını təşkil edir. Pedaqogikanın təlim nəzəriyyəsi fəlsəfənin idrak nəzəriyyəsinə istinad edir. Tərbiyə məsələlərinin həllində isə pedaqogika fəlsəfənin müxtəlif sahələrinə — etika, estetika, sosiologiya elmlərinə əsaslanır.


Ardı →

Pedaqogikanın sahələri

Adətən, hər bir elmin inkişaf səviyyəsi haqqında mühakimə yürüdərkən onun tədqiqatlarının diferensiallaşması dərəcəsi və digər elmlərlə çoxcəhətli əlaqələrinin mövcudluğuna əsaslanırlar. Pedaqoji elmlərin tarixi inkişafı gedişində onun aşağıdakı sahələri formalaşmışdır.
Ümumi pedaqogika — pedaqoji prosesin ümumi qanunauyğunluqlarını öyrənir; pedaqogikanın digər sahələri üçün nəzəri-metodoloji əhəmiyyət kəsb edir.
Ardı →

Pedaqogika elminin təşəkkülü və inkişafı

Pedaqogika digər elmlərlə müqayisədə gənc olsa da, pedaqoji ideyalar çox qədim tarixə malikdir. İlk pedaqoji fikirlər xalq yaradıcılığı ilə bağlıdır. Şifahi xalq ədəbiyyatı nümunələrində — atalar sözləri və zərb-məsəllərdə, tapmaca və laylalarda, nağıl və dastanlarda qiymətli pedaqoji ideyalar öz əksini tapmışdır. Xalq pedaqogikası elmi pedaqogikanın çox qədim və zəngin bir mənbəyini təşkil edir.
Cəmiyyət inkişaf etdikcə təlim-tərbiyə məsələlərinə maraq artmış, bu sahədə yeni-yeni baxışlar, nəzəriyyələr meydana çıxmışdır. Ta qədimdən pedaqoji fikirlər fəlsəfə ilə sıx bağlı olmuş, pedaqogika praktik fəlsəfə kimi onun tərkib hissəsini təşkil etmişdir.
Ardı →