Böyüklərin uşaqlara münasibətini dəyişən adam - Yanuş Korçak

Dahilər var ki, ölümlərilə bəşəriyyətə insanlıq dərsi keçirlər. 20-ci əsrin sonu 21-ci əsrin əvvəllərində təhsildə humanizm təlimi, əslində onun gərgin əməyinin və beyninin məhsuludur. Bu gün geniş şəkildə tətbiq olunan təhsildə humanist münasibətin banilərindən olan Yanuş Korçak minlərlə Yəhudi insanı kimi ölüm düşərgəsində məhv edildi.

Yanuş Korçak böyüklərin uşaqlara qarşı münasibətlərini dəyişən ilk pedaqoqlardan idi. Onun əsas işi uşaqların da böyüklər qədər hörmətə layiq olduqlarını vurğulamaq idi. Hər uşağın özünəməxsus yolu, istedadı və tərzi olduğunu bildirirdi. 
Davamı →

Fədakar muzey təşkilatçısı və arxeoloq alim

Xalqımızın tarixi mirasının öyrənilməsi və təbliğinə töhfə verən ilk arxeoloqlarımızdan biri də tanınmış muzey təşkilatçısı, pedaqoq Davud Şərifov olub. O, sovet dövründə – milli tarixi yaddaşın qorunması və araşdırılmasına ciddi maneələrin olduğu bir zamanda bu sahədə mühüm uğurlara imza atıb.

Davud Mikayıl oğlu Şərifov 1885-ci ildə Tiflisdə hərbi topoqraf ailəsində anadan olub. Valideynləri onu səkkiz yaşında Tiflis I Oğlanlar gimnaziyasına qoyurlar.

O, gimnaziyada təhsilini başa vurduqdan sonra Kiyev Universitetinin Tarix-filologiya fakültəsinə qəbul olunur. Ancaq burada tələbə nümayişlərində (1905) iştirakına görə universitetdən kənarlaşdırılır. Sonra Odessa Universitetinə daxil olur. 1908-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurub Bakıya dönür.
Davamı →

Mir Möhsün Nəvvab

İstedadlar yurdu olan qədim Şuşada dünyaya göz açan Mir Möhsün Nəvvab Azərbaycan tarixinə alim və pedaqoq, şair və musiqişünas, rəssam və xəttat kimi daxil olub, zəmanəsinin görkəmli şəxsiyyətlərindən biri kimi tanınıb. Onun milli ənənələrə sıx bağlı olan yaradıcılığı Azərbaycan təsviri sənət tarixinin parlaq səhifələrindən birini təşkil edir.

Monumental və dekorativ sənət qrafikası sahəsində yaratdığı süjetli kompozisiyalar özünəməxsusluğu ilə seçilir. Onun işləri Şuşadakı Gövhər ağa məscidinin minarələrini, vaxtilə yaşadığı evi və dərs dediyi məktəbin binasını bəzəyirdi.

Dahi sənətkarın “Kənzül-mühən” (1864), Bəhrül-hüzən (1864-1865) və “Kəşfül-həqiqeyi-məsnəvi (1895) əlyazmalarına verdiyi tərtibatlar və çəkdiyi illüstrasiyalar, eləcə də “Şuşada aşura mərasimi” (1873), “Teymurləngin portreti”, “Güllər” (1874), “Quşlar” (1872) əsərləri onun rəssam kimi istedadını qabarıq şəkildə nümayiş etdirir.
Davamı →

Uşaqlar naminə həyat | Yanuş Korçak

Görkəmli polşalı pedaqoq, yazıçı, həkim və ictimai xadim Yanuş Korçak (Erş Henrik Qoldşmit) 1878-ci ildə Varşava şəhərində yəhudi ailəsində anadan olub. Henrik 11 yaşında ikən atası bərk xəstələnir və ailənin bütün qazancı onun müalicəsinə sərf olunurdu. Yaxşı təhsil alan oğlan 15 yaşında repetitor işləyir.

Az sonra onun pedaqoq kimi bacarığı üzə çıxır. Henrik nağıllarla, maraqlı söhbətlərlə darıxdırıcı məktəb fənlərini sanki dünyada bundan maraqlı bir iş yoxmuş kimi təqdim etməyi bacarır.

Artıq 18 yaşında o, pedaqogikanın problemlərinə həsr olunan “Qordi düyünü” adlı ilk məqaləsini dərc etdirir. Bu məqalədə gənc pedaqoq uşaqların təhsil və tərbiyəsindəki problemləri tam ciddiyyətlə ortaya qoyur. Məqalənin dərc olunduğu həftəlik qəzetin redaktoru ona əməkdaşlıq təklif etsə də, Henrik atasının ölümündən sonra ailəsini saxlamaq üçün tibblə məşğul olmaq qərarına gəlir və Varşava universitetinin tibb fakültəsinə daxil olur. Eyni zamanda, məqalə yazmağa davam edir.
Davamı →

Uşinski - rus pedaqoji məktəbinin banisi

Rus pedaqoji məktəbinin banisi
«Möcüzəvi binanın tikintisi üzərində işləyəcəyik, onu öz adlarını verəcək nəvələrimizə verəcəyik, lakin əsl qurucuları heç kim və heç vaxt tanımayacaq». Bu sözlər rus pedaqoji məktəbinin, müasir pedaqogikanın banilərindən biri, jurnalist, yazıçı, maarifçi Konstantin Uşinskiyə məxsusdur. K.Uşinski bəhs etdiyi möcüzəvi binanın — məktəbin təməlini qoyanlardan biridir. Onun bəhs etdiyi məktəb uzun illərdir ki, milyonlarla insanlara bilik öyrədir, onları müstəqil həyata hazırlayır.

Bu möcüzəvi binanın sakinləri isə bu gün elm, bilik məbədgahının banilərindən biri kimi Konstantin Uşinski və digər maarifpərvər pedaqoqları hörmət və ehtiramla xatırlayır və onların qoyduğu mədəni, mənəvi, ruhi qidadan bəhrələnirlər. Konstantin Uşinskinin məktəb həyatına həsr olunmuş ömrü olduqca maraqlı və ibrətamizdir.
Davamı →

Fransua Rable

Fransua Rable1494-cü ildə Şanonda əczaçı ailəsində doğulmuşdur. Hələ körpə ikən anasını itirən Rable monastıra verilir və 10 yaşınadək burada yaşamalı olur. Sonralar atasının təkidi ilə Fransiskan monastırına keçirilir və təhsilini orada davam etdirməli olur. Uşaqlıq və gənclik illəri Avropanın təzadlı və qaynar dövrünə təsadüf etdiyi üçün Rable bir çox elmi biliklər və sahələrdə özünü sınamalı olur.

Fransua Rable — böyük Avropa satiriki olmaqla bərabər pedaqoq, filoloq, arxeoloq və həm də təbib kimi özünü təsdiq edə bilmiş olur. Monastrda əsasən dini və fəlsəfi biliklərə yiyələnən Rable 25 yaşında Monpolye Universitetinin tibb fakültəsinə qəbul olunur. Burada o, Mişel de Nostradamusla tanış olur. Əsası 768-ci ildə qoyulmuş Dominikan monastırı nəzdində 1020-ci ildə yaranmış bu fakültə Avropanın ən prestijli tibb ocağı kimi tanınırdı. Artıq 1220-ci ildən bu tibb fakültəsi sərbəst Monpolye Universiteti kimi fəaliyyət göstərməyə başladı.

1530-1532-ci illər və 1537-39-cu illər Rablenin əvvəl tələbəlik, sonralar müəllim kimi çalışdığı illərə təsadüf edir. Belə ki, 1539-cu ildə tibb elmləri doktoru — professor dərəcəsi olan doktor Rable Notrdamda hospitalın baş həkimi və kardinal J.Dyu Bellenin şəxsi həkimi və baş məsləhətçisi olur. Praktik həkim kimi dəri-zöhrəvi xəstəliklərin müalicəsi və müayinəsinə üstünlük verən professor həm də elmi anatomiyanın pioneri hesab olunur.


Ardı →

Müəllim pedaqoji prosesdə əsas simadır

Müəllim pedaqoji prosesdə həlledici qüvvə kimi çıxış edir. Şəxsiyyətin ahəngdar inkişafı vəzifəsi, ilk növbədə, müəllimin üzərinə düşür.
Müəllim cəmiyyətdə çox böyük rol oynayır. O, yaşlı nəslin təcrübəsini gənc nəslə verir. Görkəmli şəxsiyyətlər müəllimin əməyinə yüksək qiymət vermiş, müəllimi günəşə, bağbana, mühəndisə bənzətmişlər. Çünki o, günəş kimi gənc qəlbi və ağlı işıqlandırır, uşaqlara bağban qayğısı göstərir, mühəndis kimi insan qəlbinin layihəsini cızır.
Cəmiyyətin, millətin gələcəyi müəyyən mənada müəllimin əlindədir. Deyirlər ki, bir milləti məhv etmək üçün onun müəlliminin və həkiminin savadsız olması kifayətdir: biri milləti mənəvi cəhətdən, digəri isə fiziki cəhətdən şikəst edəcəkdir. Bu hal müəllim kadrlarının hazırlığına xüsusi diqqət yetirməyi tələb edir.
Pedaqoji fəaliyyəti düzgün qurmaq üçün müəllimlik işinin xüsusiyyətlərini nəzərə almaq lazımdır. Bu xüsusiyyətlərə aşağıdakılar daxildir:


Ardı →

Pedaqogikanın sahələri

Adətən, hər bir elmin inkişaf səviyyəsi haqqında mühakimə yürüdərkən onun tədqiqatlarının diferensiallaşması dərəcəsi və digər elmlərlə çoxcəhətli əlaqələrinin mövcudluğuna əsaslanırlar. Pedaqoji elmlərin tarixi inkişafı gedişində onun aşağıdakı sahələri formalaşmışdır.
Ümumi pedaqogika — pedaqoji prosesin ümumi qanunauyğunluqlarını öyrənir; pedaqogikanın digər sahələri üçün nəzəri-metodoloji əhəmiyyət kəsb edir.
Ardı →

Pedaqogika elminin təşəkkülü və inkişafı

Pedaqogika digər elmlərlə müqayisədə gənc olsa da, pedaqoji ideyalar çox qədim tarixə malikdir. İlk pedaqoji fikirlər xalq yaradıcılığı ilə bağlıdır. Şifahi xalq ədəbiyyatı nümunələrində — atalar sözləri və zərb-məsəllərdə, tapmaca və laylalarda, nağıl və dastanlarda qiymətli pedaqoji ideyalar öz əksini tapmışdır. Xalq pedaqogikası elmi pedaqogikanın çox qədim və zəngin bir mənbəyini təşkil edir.
Cəmiyyət inkişaf etdikcə təlim-tərbiyə məsələlərinə maraq artmış, bu sahədə yeni-yeni baxışlar, nəzəriyyələr meydana çıxmışdır. Ta qədimdən pedaqoji fikirlər fəlsəfə ilə sıx bağlı olmuş, pedaqogika praktik fəlsəfə kimi onun tərkib hissəsini təşkil etmişdir.
Ardı →

Pedaqogikanın mövzusu, əsas anlayışları

«Pedaqogika» sözü iki yunan sözündən («payda» və «qoqos») əmələ gəlib, hərfi mənası «uşaq ötürən» deməkdir. O, tərbiyə haqqında elmdir.
Pedaqogikanın bir elm kimi obyekti pedaqoji proses və onun mərkəzində duran insandır. Onun mövzusu isə pedaqoji prosesin qanunauyğunluqlarını aşkara çıxarmaq, insanın şəxsiyyət kimi formalaşması və tərbiyəsi məsələlərini həll etməkdir. Pedaqogikanın mövzusu təkcə uşaqların tərbiyəsi ilə məhdudlaşmır; o, ümumilikdə insan tərbiyəsi məsələlərini öyrənir.
Hər bir elmdə olduğu kimi, pedaqogikanın da özünə məxsus anlayışlar sistemi vardır. Buraya pedaqoji proses, tərbiyə, özünütərbiyə, yenidəntərbiyə, təhsil, təlim, şəxsiyyətin inkişafı və s. anlayışlar daxildir.
Pedaqoji proses tərbiyə, təhsil, təlim və şəxsiyyətin inkişafı proseslərinin vəhdətidir. Pedaqoji prosesin bu tərkib hissələri bir-birindən ayrılıqda yox, bir-biri ilə əlaqəli şəkildə — eyni məqsədə xidmət edən vahid proses kimi çıxış edir.
Ardı →