Yenidoğulanların tranzitor-keçid vəziyyətləri
Yenidoğulanın həyatının ilk günlərində xarici mühit amillərinə qarşı uyğunlaşması zamanı baş vermiş dəyişikliklərə tranzitor — keçid vəziyyətlər deyilir. Bu vəziyyətlərə aşağıdakılar aid edilir:
- Milia — burun pərdələrinin üzərində, üzdə, alında və bədənin müxtəlif nahiyələrində 1-2 mm ölçüdə sarıya çalan vezi- kulanı xatırladan səpgilərlə səciyələnir. Bu səpgilər piy vəzilərinin çıxacağının tutulması nəticəsində əmələ gəlir.
- Doğuş şişi — dərialtı toxumaların ödemləşməsinə deyilir. Ödemlər müxtəlif həcmdə müşahidə edilə bilər. Müalicə tələb etmədən kecib gedir.
- Sadə eritema — uşaq doğulduqdan sonra bədənin səthində olan ilkin yaxmanın təmizlənməsindən sonra dərinin qızarması qeyd olunur. Bu qızarma 2 — ci sutkada artır, ancaq 1 həftəyə kecib gedir.
Davamı →