Ev şəraitində pendir hazırlamağın üsulları

Ev şəraitində müxtəlif növ pendir hazırlamaq mümkündür. Sizlərə ən dadlı pendir reseptlərini təqdim edirik.
 
1. Sarıköklü ev pendiri
* 3,25% yağlılığı olan süd — 1 litr
* 3,2% yağlılığı olan kefir — 1 litr
* yumurta — 3 ədəd
* əlavə etmək istdiyiniz göyərti və ya çiçək
* sarıkök — 2 çay qaşığı
* sarımsaq — 3 diş
* duz

Davamı →

Pendirin tərkibi

Pendir — demək olar ki, hami tərəfindən sevilən çox xeyirli və dadlı süd məhsuludur.
Onun xeyirli xüsusiyyətləri  qida dəyərinə bağlıdır. Pendirin tərkibində insan orqanizmi üçün vacib olan zülal, süd yağı, mineral maddələr, vitamin və ekstraktiv maddələr vardır. Onların konsentrasiyası ,süddə oaln miqdardan 10 dəfə daha  yüksəkdir. Məhz buna görə 50 qr pendir yemək, 0.5 lt süd içməyə bərabərdir. Pendirin tərkibində olan zülal, südün tərkibində olan zülaldan daha yaxşı mənimsənilir.

Davamı →

Kifli pendir

Kiflənmiş deyib keçməyin, çox bahalı pendir növüdür rokfor. Modern.az-ın məlumatına görə, bir çoban sayəsində kəşf olunan pendir sonralar Fransada kralların pendiri kimi məşhurlaşır. Bu gün də pendiri və şərabı ilə məşhur Fransada şərabın yanına yaraşan ən gözəl pendir sayılır. Yumşaqlığı və ağızda əriyən dadı ilə şöhrətinə şöhrət qatılıb.
Əfsanəyə görə, çox qədim zamanlarda bir çoban Fransanın cənubundakı Roquefort-sur-Soulzon qəsəbəsi yaxınlığındakı  mağaralardan birində çörəyini və pendirini unudub gedir. Bir neçə həftə sonra yenidən yolu o tərəflərdən düşən çoban çörək-pendirinin kifləndiyini görsə də, pendirdən yeyir. Və bu kiflənmiş pendirin çox ləzzətli olduğunu kəşf edir. Elə o zamandan da kiflənmiş pendir yeyilməyə başlayır.
Davamı →

Brınza pendiri

Brınza pendiri duzlu pendirlərdəndir Onu inək, keçi, qoyun və s. südündən hazırlayırlar. Bəzi hallarda isə brınza pendiri bu südlərin qarışımından hazırlanır. Brınza pendirinin duz tutaraq dadlanması 60 günə baş verir. Düzdür marketlərdə ondan alarkən üstündəki etiketdə bu barədə yazılara rast gəlinmir.

Brınza pendirinin çox duzlu və sərt olması onun 60 gün ərzində duzda qaldığının göstəricisidir. Brınza pendirinin üst hissəsində digər pendirlərdəki kimi qovuqcuqlar olmur. Əgər marketdən aldığınız brınza pendirinin kənarı qurudursa bu onun uzun müddət əvvəl kəsildiyini bildirir. Bu zaman o pendiri almaq məsələhət götülmür. Bu cür pendir öz keyfiyyətini də itirmiş olur.

Brınza pendirini digər pendirləırdən fərqləndirmək üçün onun üst hissəsini adətən xüsusi bəzəkli edirlər. Brınza pendirinin daxilində boş qabarcıqlar tamamən az olur. Brınza pendirinin tərkibində yağın miqdarı 40%-dən çox olamamlıdır. Ən dadlı brınza pendiririnin tərkibində isə yağın miqdarı 50% olur. Bu yağlılıqda olan brınza pendiri daha dadlı olur.
Davamı →

Tofu (soya pendiri)

Tofu soya südündən hazırlanmış pendirdir. Tofu vegeteryanların ən çox sevdiyi qidalardandır. Tofunun vətəni Çin və Yaponiya hesab edilir. Tofu onların ən çox xoşladıqları ağartı məhsullarındandır.

Tofu soya südünün qatılaşdırılmışından əldə olunan qidadır. Onun tərkibi təbii minerallarlla və kalsiumla zəngindir. Onu mayalandıran zaman limon şirəsindən və ya sirkədən istifadə olunur. Tofu ilk dəfə Çində bizim eradan 200 il əvvəl hazırlanmışdır. Bu barədə çoxlu Çin əfsanələri var. Müasir günümüzdə tofu bir çox Asiya ölkələrinin mətbəxində hər gün istifadə edilən qidalardandır. Tofu dadsız və iysiz, yumşaq pendiri xatırladan ağartı məhsuludur. Ondan dadlı piroqların və tortların hazırlanması zamanı geniş istifadə edilir.
Davamı →

Damarları təmizləyən, ürəyi qoruyan yağlı məhsul

Belə hesab olunur ki, yağlı məhsullar ürəyə ziyan vurur, damarların tıxanmasına, aterosklerozun inkişafına səbəb olur. Lakin bunu bütün yağlı məhsullara aid etmək olmaz. Əksinə bəzi çox yağlı məhsullar ürəyin fəaliyyətini yaxşılaşdırır, xolesterinin səviyyəsini aşağı salır, aterosklerozun riskini azaldır. Bu ilk növbədə yağlı pendir növlərinə aiddir.

Dublin Universiteti kollejinin (İrlandiya) alimləri elmi araşdırmanın nəticələrinə əsaslanaraq sübut edir ki, yağlı pendir ürək üçün ən faydalı məhsullardan biridir. Bunun səbəbi pendirin pendirin xüsusi strukturu və tərkibində olan kalsium və kazein zülalıdır.
Davamı →

Süd məhsullarının soyuducuda saxlanması

Sağlıqlı qidalanmağın ilk şərti süd və süd məhsullarından istifadə etməkdir. Tərkibinə görə tez xarab ola bilən bu qidalar alındıqdan sonra soyuq yerdə mühafizə edilməlidir. Amma bəzən o məhsulları soyuducuda saxlamağımıza rəğmən, yenə də xarab olurlar.

Əvvəlcə bildirək ki, bu məhsulları saxlamaq üçün soyuducunun temperaturu 4-6 dərəcə arasında olmalıdır. İstifadə etdiyiniz miqdarı ayırıb qalanını plastik olmayan qablarda mühafizə etməlisiniz. Həmçinin soyuducuda saxlayacağınız məhsulları hava ilə təmas etməyən qablara yerləşdirməlisiniz. Soyuducuya geri qoyacağınız məhsul, təmiz və fərqli bir qabda saxlanmalıdır. Məhsullarınızı qətiyyən eyni qabda saxlamayın.
Davamı →