Permanent makiyaj (tatuaj)

tatuajBu metod bədii tatuirovkadan gəlmişdir və ona çox oxşayır. Bu zaman xüsusi aparatın köməyilə dəriyə rənglər yeridilir. Bu proses əsasən qaşların və dodaqların rəngini və formasını yaxşılaşdırmaq, göz qapaqlarının formasını korrektə etmək və gözlərin mənalılığını artırmaq üçün istifadə olunur.

Əgər permanent makiyaj yaxşı kosmetoloji klinikada, yaxşı mütəxəssis tərəfindən yerinə yetirilmişsə, bu halda o, təbii  görünəcək, xarici görünüşü xeyli yaxşılaşdıracaq və qüsurları gizlədəcək. Onu da bilmək lazımdır ki, tatuajda istifadə edilən boyalar allergik reaksiya verə bilərlər. Buna görə allergiyaya meylli olan xanımlar bu proseduradan çəkinməlidir.

Dodaqların permanent makiyajı necə edilir? Hər şey sizin mütəxəssislə birgə kosmetik karandaşın köməyi ilə dodaq formasını seçməyinizdən başlayır. Sonra permanent makiyajın ediləcəyi konturlar çəkilir. Dodaqlar karandaşla çəkildikdən sonra onları üzbəüz və profildən (yandan) durmaqla qiymətləndirin. Qiymətləndirmə zamanı təkcə dodaqlara deyil, yeniləşmiş üzünüzə bütünlüklə diqqət yetirin. Yalnız bu cür hər hansısa bir uyğunsuzluqları və assimmetriyanı görmək olar.


Ardı →