Yusif surəsində 36 dramatik situasiya

İnsan oğlu əlinə qələm alandan ən gözəl cümləni qurmaq, ən gözəl hekayəni yazmaq həvəsindədir. Bunun üçün qaydalar icad eləyib, dilini kamilləşdirib, mətnin konturlarını şərtləndirib və sairə. Lakin acı da olsa qəbul etmək lazımdır ki, insanın özü yaradılış etibarilə kamil varlıq olmadığı üçün, mütləq kamilliyə yetişmə şansı da yoxdur. Bəlkə də insan olmağın ən əyləncəli tərəflərindən biri elə kamil olmamasıdır. Heç vaxt kamilliyə çata bilməyəcəyi üçün axtarışları da sonsuz davam edəcək və hər dəfəsində daha gözəlinə, daha mükəmməlinə nail olduqca, özünü dünyanın əşrəfi sanacaq. Yolun sonuna varmadan insanın özünü ali varlıq hesab eləməsi də işin ən paradoksal yönüdür.
Davamı →

İlk sosialist - İsa Məsih

«Hədiyyə olaraq aldınız, hədiyyə olaraq verin» (İsa Məsih, Allahın peyğəmbəri)
Yəhudilər Musanın rəhbərliyi altında Misirdən çıxıb Fələstinə geri döndükdən təqribən min il sonra Babil şahı II Navuhodnasar Fələstini işğal etdi. Yerusəlimi yerlə-yeksan edən Babil şahı həmçinin Yahva məbədini (birinci məbəd) də dağıtdı və üsyankar yəhudi xalqını əsir edərək Babilə apardı.

Babil əsirliyində yaşayarkən yəhudi peyğəmbərlərindən biri olan İsayya yəhudi xalqının xilaskarının gələcəyi haqqında müjdə verdi. İsayyanın Maşiah (yunan dilinə tərcümədə Xritos, ərəb ləhcəsində Məsih) adlandırdığı xilaskar İbrahim nəslindən gəlməli, Davud peyğəmbərin soyunu davam etdirəcək yəhudi şahı olmalıydı.

Yəhudilərin Babil əsirliyi pers şahı II Kirin Babili istila etməsinə qədər davam etdi. Kir yəhudilərə geri, Fələstinə dönməyə icazə verdi. Yəhudilərin bir qismi Fələstinə dönüb Yahva məbədini bərpa etdi. O zaman bir qisim yəhudi Kiri xilaskar elan eləsələr də sonradan gələn yəhudi peyğəmbərləri onu xilaskar kimi qəbul etmədilər.

Yeni ideologiyaya görə, Maşiah gəldiyi zaman yer kürəsində ədalət bərpa olunacaq, xilaskar təkcə yəhudilərin deyil, bütün insanların hökmdarı olacaqdı. Bundan sonra onlarla yalançı Məsihlər meydana çıxsa da yəhudi dini liderləri onları qəbul etməkdən imtina etdi.

Bakirədən doğulan uşaq
Roma şəhərinin təməlinin atılmasından təqribən 750 il sonra, Fələstinin Vifleem şəhərində bir uşaq doğuldu. Uşağın anası Məryəmin bakirə olduğu iddia edilirdi.
Ardı →

Məhəmməd peyğəmbər haqqında

Məhəmməd Peyğəmbər hər hərəkətini yüz dəfə ölçüb-biçərdi, adamların qəlbinə dəyməkdən həmişə ehtiyat edərdi, həddindən artıq təvazökar və sadə idi. Sarayda yaşamağı sevmirdi. Ətrafında nökər-naibi yox idi. Sadəliyi hər şeydən üstün tutan Məhəmməd Peyğəmbər heç vaxt hökmdarlıq iddiasında olmamışdı, münasibətdə ağa-nökər ayrıseçkiliyinə yol vermirdi. Hətta Ərəbistanın hökmdarı olanda ağzından çıxan hər söz, hər kəlimə müqəddəs kimi qəbul ediləndə belə Hz.Məhəmməd öz sadəliyindən, təvazökarlığından dönmədi və bununla da sübut etdi ki, o, başqa cür ola bilmir.
Məkkə şəhərində onun iki şəxsi evi vardı. Şəhər sakinləri təqiblərinə məruz qalıb, Yəsribə qaçdığı vaxt həmin evlərin hər ikisi də müsadirə olunmuşdu.
Davamı →

Son nəbinin müqəddəs həyatı

Kainatın sultanı Peyğəmbərimiz ( s.ə.v. ) 20 aprel 571 — ci ilin bazar ertəsi günü Məkkədə dünyaya gəldi. Atası Abdulmuttaliblə Fatimənin oğlu Abdullah, anası isə Vəhb ilə Bərrənin qızı Əminə idi. Atası Abdullah Peyğəmbərimiz ( s.ə.v. ) doğumundan təqribən iki ay əvvəl vəfat etmiş və Mədinədə dəfn edilmişdi. Peyğəmbərimizin babası Abdulmuttalib: " Arzum budur ki, Onu göydə Haqq, yerdə xalq öysün ", deyərək ona " Məhəmməd " adını verdi.
Ardı →

Məhəmməd peyğəmbərin həyatı

Peyğəmbərin doğulması aprel 571 miladi ilinə təsadüf edir. Bəzi avropalılar isə bu tarixin avqust 570-ci il olduğunu söyləyirlər.
Məkkə əhalisi uşaqlarını süd analarına verib əmizdirirdilər. Məkkənin havası ağır və isti idi. Uşaqlara uyğun deyildi. Sa'd qəbiləsində Həlimə adlı bir qadın da Məhəmmədi, bu yetim körpəni alıb Bədiyəyə qayıtdı. Həlimə onu öz uşaqlarından çox sevirdi. Ailənin hamısı bu yetim uşaqdan razı idi. Həlimənin əri Haris bir dəfə ona belə demişdi: «Həlimə bu gətirdiyin yetimin ayağı çox uğurlu imiş, o evimizə ayaq basdığı gündən heyvanlarımızın südü, südün yağı artdı. Evimizə xeyir, bərəkət gəldi. Əlimiz düzəldi. Mən bu uşaqda bir qeyri-adilik görürəm»


Davamı →