Effektli pillinq

Üz dərisinin vəziyyətini yaxşılaşdırmaq üçün bahalı krem və digər qulluq vasitələrdən deyil, adi təbii məhsullardan da istifadə edə bilərsiniz.

Ev şəraitində bal və duz qarışığı ilə çox effektli pillinq etmək olar. Pillinq nəticəsinə dərinin üzərində yığılan ölü hüceyrələr təmizlənir, dəridə bərpa prosesləri sürətlənir, qan dövranı yaxşılaşır, dəri daha parlaq və sağlam görünür, cavanlaşır.

Pilinq üçün 1 x.q. bal 1 ç.q. narın duzla qarışdırılır, üz dərisinə çəkilir, bir neçə dəqiqə ərzində yüngül massaj edilir, sonra ilıq su ilə yuyulur. Bundan sonra üzünüzə qidalandırıcı krem çəkin.
Davamı →