Ağız qoxusunun yaranma səbəbləri

Bir çox insanda ağız qoxusu ciddi problemə çevrilir. Bu onlarda cəmiyyət arasında diskamfort hissi yaşamağa səbəb olur. Problemin isə ortaya çıxma səbəbləri müxtəlifdir. Bəzən bu, sadəcə ağız gigiyenasına düzgün qulluq etməməkdən, bəzən isə hansısa xəstəliklərin göstəricisi kimi ortaya çıxır. 

Kifayət qədər ağıza qulluq edilmədikdə, ağız içində yaranan infeksiyalar, siqaret və alkoqol istifadəsi başlıca səbəblərdəndir. Həmçinin ağız quruluğu, diş və diş əti problemləri, nəfəs yolu infeksiyaları, diabet, böyrək, qaraciyər və ağciyər xəstəlikləri kimi sistemik xəstəliklər və reflüks kimi həzm sistemi xəstəlikləri də buna səbəb ola bilər.

Davamı →

Ağız qoxusu nədən xəbər verir?

Ağız qoxusu həm şəxsi, həm də ictimai həyata mənfi təsir göstərən problemdir. O, təkcə ağız və diş sağlamlığı barədə deyil, həm də ümumi sağlamlıq haqqında ipucları verir. Türkiyənin tanınmış diş həkimlərindən Yeşim Tüfəkçi ağız qoxusunun səbəblərindən və ondan xilas olmağın yollarından danışıb.

Həkimin sözlərinə görə, səhərlər oyandıqda ağızda bir az qoxu olması normal hesab edilməlidir: “Səhərlər hər bir insanda ağız qoxusu müşahidə edilə bilər. Çünki buna gecə boyunca dilin üzərində çoxalan bakteriyalar, həmçinin həzm sistemində yığılan qazlar səbəb olur. Bu vəziyyətlə üzləşdikdə dişləri və dili diş fırçası ilə təmizləmək, lazım gəlsə, tərkibində sink olan xüsusi məhsulla ağzı qarqara etmək olar”.
Davamı →

Ayaqqabılarda pis qoxuları dəf etmək üçün üsullar

1. Yuyun və qurudun
Hər gün ayaqlarınızı su və sabunla yaxşıca yuyun. Barmaq aralarınızı, ayaqlarınızı tam qurudun sonra isə ayaqqabılarınızı geyinin. Belə etdikdə ayaqlarınızı uzun müddət tərləmədən və pis qoxu vermədən qalacaq.

2. Bakteriyaları yox edin
Ayağınızdakı bakteriyaları yox etmək üçün bəzi məhlullar mövcuddur. Məsələn, ağ sirkə ayağınızdakı bakteriyaları yox etməkdə işə yarayan əla vasitədir. Müəyyən miqdar ağ sirkəni spreyli bir qaba doldurun və hər gün duşdan sonra ayaqlarınıza sıxın, qurusun. Bunu ayaqqabılarınızı geyinmədən əvvəl də edə bilərsiniz.
Davamı →

Ağızda pis qoxu

Ağızda pis qoxu və ya halitoz anlayışları adətən ağız boşluğundan xoşagəlməz iyin gəlməsini təsvir edir. Ağızda pis qoxunun olması daha çox insanın özü tərəfindən deyil ətrafdakılar tərəfindən təyin edilr və bəzən böyük psixoloji sarsıntılara gətirib çıxarır. Hətta bəzi insanlarda Halifobiya deyilən psixoloji hal da inkişaf edir. Bu insanların ağızlarından pis qoxu gəlməsə belə əksinin olmasına inanırlar. Təcrübəmizdə belə vəziyyətdə hətta cərrahi əməliyyat tələb edən xəstələrə də rast gəlinir. 
Ardı →