Qisas hissi

Pislik edən birinə anında adekvat cavab vermək yaxud hadisədən qısa zaman sonra əvəzini çıxmaq mümkün olmursa, beynimiz avtomatik proseslər işə salır: pislik etmiş adamın cəzalandırılmasına dair xəyali ssenarilər qurur. Belə xəyallar şüuraltında baş tutmuş hadisə illüziyası yaradır, sanki həmin adamdan real qisas alınıb kimi əsassız hislər yaranır. Bununla, həm pisliyin yaşatdığı acılar azalır, həm də gerçəkdən qisas almaq motivasiyası zəifləyir.

Bu, məsələnin şüuraltı tərəfidir. Şüur isə diktə edir ki, qisas almaq üçün münasib fürsət yaranmasını gözləmək, hazırlaşmaq lazımdır. Məsələyə münasib fürsət gözləntisi ilə yanaşmaq özü də bir təsəllidir. “İndi mümkün deyil, ancaq gələcəkdə mütləq əvəzini çıxacam” — belə bir yanaşma pisliyin acılarını azaltmaqla bərabər, insanın öz qururu qarşısında özünə-bəraətini təmin edir. Münasib fürsət yaranacaqmı, yaransa əgər, insan öz-özünə vəd etdiyi qisası alacaqmı – bunlar sonrakı işlərdir.
Davamı →

Yaxşı insanların etdikləri pisliklər

1.
Yüz il əvvəl hamının çox pis insan kimi tanıdığı Ceremi Bentam adlı bir filosof yaşayıb. Uşaq olanda onun adını ilk dəfə eşitdiyim anı heç vaxt unutmamışam. Bu, Bentamın insanların ölmüş nənələrindən şorba bişirmələri lazımlığını iddia etdiyi barədə müqəddəs ata Sidney Smitin sözlərini eşitdiyim an idi. Belə bir şey, mənə aşpazlıq yönündən olduğu kimi, əxlaq baxımından da dadsız görünmüşdü. Buna görə Bentam haqqında pis fikirdə idim. Bu sözlərin, hörmətli insanların xeyirxahlıq uğrunda deməyə vərdiş etdikləri məsuliyyətsiz yalanlardan biri olduğunu sonralar başa düşdüm. Bundan başqa, Bentama qarşı həqiqi ittihamın nə olduğunu da anladım. Təqribən belə bir şey idi:

O, «yaxşı» insanı yaxşılıq edən insanla eyniləşdirmişdi. Ağlı başında olan bir oxucunun dərhal başa düşəcəyi kimi, bu eyniləşdirmə həqiqi əxlaq prinsiplərini alt-üst edən fikir idi. “Yaxşılıq ondan faydalanan insana duyulan sevgidən qaynaqlanırsa, deməli xeyirxahlıq naminə edilməyib, yox əgər əxlaq prinsiplərindən qaynaqlanırsa, deməli xeyirxahlıq naminə edilib” deyən Kantın düşüncəsi daha alidir. Eyni qaydalar, təbii ki, əks istiqamətdə, qəddar davranışlara da yol aça bilər. Xeyirxah olmağın mükafatının xeyirxahlığın özü olduğunu bilirik. Bundan yəqin bu nəticə çıxır ki, ona dözmək də onun cəzasını meydana gətirir. Bu səbəbdən Kant, Bentamdan daha ali bir moralistdir və xeyirxahlığı xeyirxahlıq olduğu üçün sevdiyini söyləyən hamı onun tərəfini saxlayır.
Davamı →

Pisdən pis

Adət beləymiş ki, ölən şəxsi basdırmazdan öncə onun haqqında mütləq müsbət bir söz deyilməlidir. Bir dəfə Yankel adlı şəxs ölür- çox pis adamdır. Heç kim onun haqqında deyəcək yaxşı söz tapmır. Sonra xatırlayırlar ki, Yankelin Xeskel adlı qonşusu ondan daha pisdir. Beləcə Yankeli basdırırlar.

Bir xeyli müddət sonra həmin Xeskel ölür. Eyni problem hamını narahat edir, axı Xeskel barədə nə deyə bilərlər? Ravvin problemi anlayıb belə deyir. Mərhum Xeskel sağ olsun, o olmasaydı biz Yankeli basdıra bilməzdik.
Davamı →