Piylənmə

Texnologiyanın inkişafı və həyatımızdakı dəyişikliklər nəticəsində insanlar az hərəkət edir, amma çox qida qəbul edir. Getdikcə ağır çəkili, hətta şişman adamların sayı artmaqdadır. “Piylənmə”, mütəxəssislər tərəfindən vücudda yağlanmanın artması ilə inkişaf edən, mütləq müalicəyə ehtiyacı olan bir “xəstəlik”dir.piylənmə

Dünyanın bir çox ölkəsində qeyri-hökumət təşkilatları və dövlət qurumları bu xəstəliyə qarşı geniş kütlələri maarifləndirməyə çalışırlar. Çünki çağımızın ən qorxulu, ən gizli inkişaf edən və zərərsiz görünməsinə baxmayaraq ən təhlükəli xəstəliyi piylənmə sayılır. Piylənmə ya da xalq arasında köklük adıyla bilinən, bədəndə çox miqdarda piy yığılması nəticəsində ortaya çıxan və mütləq müalicə edilməsi lazım olan bir xəstəlikdir. Piylənmə, qidalarla alınan enerji miqdarının, maddələr mübadiləsi və fiziki fəaliyyət ilə istehlak edilən enerji miqdarını üstələdiyi zaman ortaya çıxar. Piylənmə, insan bədənində ürək və damar sistemi, tənəffüs sistemi, hormonal sistem, həzm sistemi kimi sistemlərə təsir edən və bir çox əhəmiyyətli narahatlığa zəmin hazırlayan bir xəstəlikdir. Ürək xəstəlikləri, yüksək təzyiq, şəkər xəstəliyi, yüksək xolesterin, tənəffüs narahatlıqları, oynaq xəstəlikləri, nevrozlar, sonsuzluq, iqtidarsızlıq, böyrək və öd kisəsində daş meydana gəlməsi, bəzi xərçəng növləri piylənmə nəticəsində yaranan xəstəliklərdən bir neçəsidir. Nəticə olaraq piylənmə, insan həyatını qısaldan və həyat keyfiyyətinə mənfi təsir edən bir xəstəlik sayıla bilər.


Ardı →

Piy əritməklə arıqlamağın riskləri

Son illərdə plastik əməliyyatlar vasitəsilə bədəndəki artıq piyi azaltmaq Azərbaycanda xeyli dəbə minib. Özü də bu yol əl atanlar arasında təkcə müğənnilər, aktrisalar deyil, imkanı olan sıravi vətəndaşların da sayı çoxalmaqddır. Ona görə də cərrah bıçağının iştirakı olmadan həyata keçirilən piy azaltma metodu barədə bu yazı belələri üçün çox maraqlı olar.


Lipodizolv adlı bu metod zahiri gözəlliyin az qala qanuna çevrildiyi Kaliforniya ştatında xüsusilə geniş işlədilməyə başlayıb. Lipodizolv zamanı iynə ilə bədənin piyli yerlərinə xüsusi maddə vurulur və həmin maddə sadəcə piyi əridir. Lakin BBC müxbiri Devid Uillis deyir ki, prosedurun tənqidçiləri də az deyil.


Ardı →