Göbələkli Pizza

         Ərzaqlar:

      4 nəfərlik pizza xəmiri

  1. 100 qr rəndələnilmiş yağsız pendir
  2. 1/2 kq göbələk
  3. 1 ədəd limon
  4. kifayət edəcək qədər duz, qara bibər
  5. Zeytun yağı



Davamı →

Rulet pizza

Xəmir üçün:
Isti su – 1 fincan
Quru maya – 1 ç. q.
Şəkər – 1 x. q.
Duz – 2 x. q.
Bitki yağı – 3 x. q.
Un – 3 stəkan

İçlik üçün:
Tomat sousu – yarım stəkan
Salyami – 9 dilim
Mozzarella – 1 stəkan
Davamı →

Qiyməli pizza

Lazım olan ərzaqlar:
(30 smlik pizza üçün)
250 qr un (təxminən 1,5 stəkan)
150 ml su (təxminən yarım stəkan)
1 xörək qaşığı zeytun yağı
1 çay qaşığı şəkər tozu
0,5 çay qaşığı duz
0,5 çay qaşığı maya

Üzəri üçün:
1 xörək qaşığı ketçup
Qurudulmuş ağ reyhan (bazilik)
Bibər
Pomidor
Davamı →

Skan və ya ləzgi pizzası

Skan ləzgi mətbəxinin ən dadlı təamlarındandır. Şəkidə piti, Lənkəranda ləvəngi nə qədər məşhurdursa, Qusarda da skan bir o qədər sevilir. Bu yeməyi ləzgilər ən sevimli qonaqları üçün bişirirlər. Yeməyin adı ləzgi dilində "çın-kan" yəni «odun üstü» mənasını verir.

Qusarda skanın onlarla növü bişirilir. Görünüş eyni olsa da, tərkibinə qatılan ərzaqlara görə dadları fərqli olur. Ən çox bişirilən skan isə ət və kartofla hazırlanır.

Skanın hazırlanması üçün un, yağ, 0,5 kiloqram qoyun əti, 0,5 kiloqram kartof, 100 qram quyruq, iki baş soğan, duz, istiot və zövqə görə başqa ədviyyələr tələb olunur.
Davamı →

“Dominos pizza”nın yaradılması

Tom Monaqan – amerikalı biznesmen, “Dominos pizza” kimi transmilli şirkətin yaradıcısıdır. O fəxri 6 elmi dərəcənin və “İlin sahibkarı – 1984” titulunun sahibidir.

Tom Monaqan 25 mart 1937-ci ildə Miçiqan ştatında, Ann Arbor şəhərciyində dünyaya gəlib. Onun 4 yaşı olarkən atasının dünyasını dəyişməsi Tomun uşaqlıq illərini müxtəlif yetimlər evi və internatlarda keçirməsinə səbəb olur.

O demək olar ki, tənha uşaq olaraq böyüyür və demək olar ki, heç bir dostu olmadığından bütün zamanını kitab oxumağa ayırır. Kitablardan öyrəndikləri onun beynində yeni dünya yaradır. Daim öz vəziyyətini yaxşılaşdırmağa cəhd etmək onun xarakterinin ən müsbət cəhətinə çevrilir.
Davamı →

Pizza xəmiri

Evdə pizza hazırlamaq istəyənlərin ən çox diqqət etdikləri məqam pizza xəmiridir. Pizza xəmiri yaxşı olmadıqda bütün əziyyət heç olur.

İnqridientlər:
— 5 stəkan su
— 1 qaşıq şəkər tozu
— 1 paket instant maya
— 1.5 stəkan süd (ilıq olmalıdır)
— ½ su stəkanı duru yağ
— 1 dənə yumurta
— ½ yemək qaşığı duz

Hazırlanması:
Dərin bir qabın içinə maya, şəkər tozu və ilıq südü töküb qarışdırın. Sonra bu qarışımı 15 dəqiqəyə qədər saxlayın. Qabardığını görəcəksiniz. Qabaran mayalı qarışımın içinə duru yağı, duzu və yumurtanı əlavə edib təkrar qarışdırın. Üzərinə çox yavaş olmaq şərtilə un əlavə edin, əlinizə yapışmayacaq bir xəmir halı alana qədər yoğurun.
Davamı →

Pizza Resepti

Əsl pizza nazik xəmirli pizzadır, necə deyərlər, əsl İtalyan pizzası kimi. Pizzanın xəmiri yaxşı deyilsə, üzərinə nə qoyursan qoy, pizzanın dadı istədiyin kimi olmur ki, olmur. Xəmirin orijinal resepti Peter Reinhartin “The Bread Baker’s Apprentice” kitabından götürülmüşdür.

Bu xəmirdən 6 pizza kündəsi (diametri 23-30 sm) əldə edə bilərsiniz. Bir az qalın pizza istəyirsinizsə, xəmiri 5 kündəyə bölün.

Ərzaqlar:

  • 4 stəkan yarım (607.5 q) ağ un
  • 1 + dörtdə üç çay qaşığı duz
  • 1 çay qaşığı toz maya
  • dörtdə bir stəkan (60q) zeytun yağı və ya başqa duru yağ
  • 1 + dörtdə üç stəkan (420q və ya 420ml) soyuq su (4.5° C – buz kimi soyuq olmalıdır)
    1 xörək qaşığı şəkər tozu

Ardı →