Estetik əməliyyat

İstər kişilər, istər də qadınlar hansı prosedurlar üçün daha çox estetik cərraha müraciət edirlər?
Kişilərə nəzərən, qadınlar daha çox estetik cərrahi məqsədlər üçün  müraciət edirlər. Kişilər daha çox nəfəs alma problemi, burun çəpər əyriliyi, süd vəzisində qadınsayağı piylənmə (ginokomastiya) ilə bağlı bizə üz tuturlar. Qadınlar da rinoplastikadan savayı, botoks, qaşların qalxması, dolğu, pilinq, saplarla üzün müəyyən nahiyəsində gərmələr kimi cavanlaşdırıcı prosedurlar, qarın və bel nahiyəsinin yağlanması, apoplastika(qarın nahiyəsinin sallanması) üçün müraciət edirlər.

Davamı →

Burun formasının korreksiyası

Bununun ölçülərinin və formasının korreksiyasına yönəlmiş cərrahiyyə əməliyyatı «rinoplastika» adlandırılır.

Rinoplastika ən mürəkkəb plastik əməliyyatlardan biri sayılır. Burunun əyri, qeyri-proporsional (çox böyük, enli və s.) olması, burun donqarı, burun çəpərinin əyriliyi, burun travmaları və anadangəlmə patologiyaları rinoplastika üçün göstəriş sayılır.

Rinoplastika əməliyyatı üçün müəyyən əks-göstərişlər var: bəzi ürək xəstəlikləri, şəkərli diabet, onkoloji proseslər, böyrək və qara ciyər patologiyaları, qanın laxtalanmasının pozulmaları, əməliyyat sahəsində olan iltihablar və s. Üz skeleti (və o cümlədən burun) 18 yaşına kimi tam formalaşır. Bu səbəbdən bu yaşa kimi rinoplastika yalnız istisna hallarda həyata keçirilə bilər (məsələn, çəpər əyriliyi səbəbindən burun nəfəsalması ciddi pozulduqda, bəzi anadangəlmə patologiyaları zamanı və s.).

Əməliyyat ümumi narkoz vasitəsilə həyata keçirilir. Əməliyyat açıq və qapalı üsulla həyata keçirilə bilər.Açıq əməliyyat zamanı burun yollarını ayıran dəridə kəsik aparılır,  burunun dərisi tam qaldırılır. Əməliyyatdan sonra dəri öz yerinə qaytarılır və kəsik tikilir. Qapalı əməliyyat zamanı kəsiklər yalnız burunun içərisində selikli qişada aparılır. Lakin bu halda həkim «kor-korana» işləməyə məcbur olur.


Ardı →

Yaşa görə estetik əməliyyat

«Zamanın sizdən alıb apardığı gözəllikləri geri qazanmaq istəyirsinizmi?» — bu sual həmişə qadınların ağlındadır. Üzündəki ilk qırışı görəndə aynalara küsən, «Yaşlanırammı?» — deyə narahatlığa qapılan qadının estetik təqvimini öyrənmək istəyirsinizmi?
Üzdəki ilk qırış qadının ən qorxulu yuxusudur. Qadınlara məsləhətimiz estetik təqviminə görə ediləcək kiçik toxunuşlarla zamanı dayandırmaq və ya geri çəkməkdir.
Davamı →

Öz bədənini yarat

Gözəl görünmək istəyənlərin ilk dayanacağı olan estetik mərkəzləri qadınların xəyallarını gerçəyə çevirir
 Məlum olduğu kimi, qadınlar yaşlılıq əlamətlərindən xilas olmaq və daha cazibədar bir görünüşə qovuşmaq istəyərkən estetik əməliyyatlara üz tuturlar.  Sağlamlıq məqsədilə tətbiq olunan estetik əməliyyatların yanında gözəl və seksual bir görünüş üçün tələb edilən əməliyyatlar isə aşağıdakı kimi sıralanır:
Braziliya ombası: Bu əməliyyat, Braziliya tərzi yüksək görünüşlü və sellülitsiz ombalara sahib olmaq istəyənlərə tətbiq olunur.
Davamı →

Plastik əməliyyatlar Azərbaycanda

Plastik əməliyyatlar üzrə cərrah Sevinc Təbrizli: “Plastik əməliyyat etdirən qadınlarımızın böyük əksəriyyəti Anjelina Coliyə bənzəmək istəyirlər”
Bakıda hər il 3 minə yaxın plastik əməliyyat aparılır
Azərbaycanda plastik əməliyyatlar getdikcə populyarlaşır. Təqribi hesablamalara görə, hazırda Bakıda təqribən 20 klinikada ildə 3 minə yaxın plastik əməliyyat aparılır. Bu barədə «APA»ya plastik əməliyyatlar üzrə cərrah Sevinc Təbrizli məlumat verib. Onun sözlərinə görə, plastik əməliyyatlar həm yerli, həm də xaricdən gətirilən cərrahlar tərəfindən aparılır: “Təkcə mənim çalışdığım klinikada ildə 300-ə yaxın xəstə əməliyyat edilir”.
Davamı →

Plastik əməliyyat

Estetik cərrahiyyəni təsadüfi olaraq «plastik» adlandırmırlar, çünki əməliyyatdan sonra pasiyentin üzü müəyyən dərəcədə təbiiliyini itirir. Plastik cərrahiyyə adını sintetik materialdan (plastika) yox, yunan sözü olan plastikosdan götürüb ki, mənası «forma vermək və ya təşkil etməkdir».

Üzdə plastik cərrahiyyə nəyə xidmət edir?


Plastik cərrahiyyə — üz və bədən quruluşunun korreksiyası və rekonstruksiyasıdır. Plastik cərrahlar pasiyentin xarici görünüşünü rekonstruksiya və kosmetik (estetik) cərrahiyyə vasitəsilə yaxşılaşdıra bilirlər. Deyirlər, plastik əməliyyatlar Qədim Hindistanda meydana gəlib. Orada cinayətkarların ağır əməllərinə görə burun uclarını kəsir və tez alnından dəri götürərək yenisini düzəldirdilər. O dövrdən plastik əməliyyata münasibət o dərəcədə dəyişib ki, indi insanlar buna öz razılığı ilə gedir və külli miqdarda pul ödəyirlər.
Davamı →