Avtomobil şüşələri ilə bağlı qaydalar

Azərbaycanda avtomobilin şüşələrinin qara olması ilə bağlı məhdudiyyətlər var. Lakin bu məhdudiyyətlərdən sui-istifadə edən sürücü və yol polislərinə də rast gəlmək mümkündür. Yol polisi qara, plyonkalı, pərdəli və ya jalüzlü avtomobil görərsə, nə etməlidir?

Qara şüşələr
İlk olaraq ondan başlayaq ki, bizdə avtomobilin arxa görüntü şüşəsindən savayı bütün şüşələrinə plyonka çəkmək qanunla qadağandır. Və ya praktikada qadağandır. Bəli, AZS122-2004 AZS standardına və ümumiyyətlə tərəfdar çıxdığımız beynalxalq normalara görə, sürücünü görünüş dairəsindən savayı digər şüşələr (sürücünün arxası) nizamlanmalı deyil. Bizdə praktikada arxa şüşəyə plyonka vurduqda belə, sürücü 150 manat miqdarında cərimələnir. Bu məsələnin praktika hissəsidir və uzun müddətdə belə olacaq. Digər bir məsələ isə qara şüşələrlə bağlıdır. Elə həmin AZS 122-2004 standardına əsasən:
Davamı →