Gicitkanla oynaqları müalicə et
Gicitkan orqanizmdə iltihabi prosesləri azaldır, oynaqlarda ağrı, şişkinlik, iltihab səbəbindən ağrıları çəkir. Gicitkan qan bərpaedici və antibakterial təsirə də malikdir.
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
İki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 200 ml (1 stəkan) ilıq şəkildə yeməkdən sonra, saat 19.00-a qədər daxilə qəbul edilir.
Müalicə kursu 2-4 həftədir.
Podaqra maddələr mübadiləsinin pozğunluğu ilə müşayiət olunun xəstəliklər qrupuna daxildir. Bu xəstəlik zamanı orqanizmdə sidik turşusunun mübadiləsi pozulur və nəticədə qanda sidik turşusu yüksəlmiş olur.
Podaqra (yunan dilində podos – ayaq, aqra – tələ deməkdir, yəni ayağın tələsi). Xəstəliyin tarixinin qədim olduğu, hələ b.e.ə. yaşamış Hippokrata məlum olması haqqında məlumatlar vardır. Xəstəliyin sidik turşusunun artması ilə əlaqədar yaranması isə 20-ci əsrin ortalarında sübut edilmişdir.
Podaqra xəstəliyi əsasən 40 yaşdan yuxarı kişilərdə, qadınlarda isə menopauzadan sonra rast gəlinir.