Gözəllik alınıb satılan zaman | Nəbi Xəzri

Sevgilər itirib zərurətini,
Içilən andlarda həqiqət deyil!
Müəllim tələbə bekarətini,
Dollara alırsa fəlakət deyil?


Kimsə güdür ciblər səxavətini,
Onu düşündürən məhəbbət deyil!
Nazir katibənin od şəhvətini,
Zorla söndürürsə cəsarət deyil!


Dubaya satılan nadir gözəllər,
Məgər ki,dünyada rəzalət deyil?!
Zərif bədənləri didən cod əllər,
Tanrı qarşısında cinayət deyil?


Çirkin girdablarda boğulur insan,
Onun köməyinə sən yetmə,Allah!
Sevgilər alınıb satılan zaman,
Belə günahları əfv etmə,Allah!


Davamı →

Olsaydım | Nuray Nur

Mən rəssam olsaydım çəkərdim həmən,
Bir korun qəlbiylə gördüklərini.
Əminəm heç kimsə görməmiş hələ,
“Gözsüzün” həyatda gördüklərini.


Bir şair olsaydım yazardım o an,
Lal olan insanın ürək sirrini.
Ardı →

Sənə görə! | Hüseyn Abdullayev

İstəyirəm ki,olanlar qəlbimdə sirr kimi qalsın,
Bəzi sözlər vardır ki,hər kəsə açıb demək olmur,
Odur ki,sən də soruşma səbəbini,söyləmərəm,
Onsuzda söyləsəm artıq heç bunların mənası yox,

Gəl bunları biz unudaq birdəfəlik.
İstərsən,qəlbimdən silim acıları,
Ardı →

Ölsün birdəfəlik bu adətiniz | Nəriman Həsənzadə

Toyda oynadılar,ürək açdılar,
Sonra gecəyarı dağılışdılar.
Yolda gileyləndi biri əlbəəl;

-Qız çörək yeyirdi.
-Mən ölüm?
-Sən öl!
-Oğlanı görmüşdüm neçə il əvvəl,-
Gəzənin biriydi.
-Mən ölüm?
-Sən öl!
-Onlar evlənsə də yaşayan deyil.Qız on yaş böyükdü.
-Mən ölüm?
-Sən öl!

Ölməyin,ölməyin,yazıqsınınz siz,
Ölsün birdəfəlik bu adətiniz.
Davamı →