Süleyman Rüstəm

Süleyman Rüstəmin yazdığı bütün əsərlər sevgidən, inamdan qaynaqlanıb. O, Azərbaycan ədəbiyyatının çox görkəmli nümayəndələrindən biridir. Onun hər bir əsəri ədəbiyyatımızın solmayan səhifələrini təşkil edir. O, XX ərs Azərbaycan poeziyasının coşqun ruhlu, novator şairlərindən biri olub. Süleyman Rüstəm öz yaradıcılığında Azərbaycanın bütün dilbər qüşələrini vəsf edib, vətənə, torpağa məhəbbət, əməyə qiymət onun poeziyasının mayasını təşkil edib. Yaradıcılığında Sovet dövrünün tələbinə uyğun rejimi təbliğ edən şeirlərə də yer ayırdığı üçün bu günün baxışı ilə şair tənqidlərə məruz qalsa da onun yaradıclığını bir heç saymaq olmaz. Tənqidçi Bəkir Nəbiyev Süleyman Rüstəmi Azərbaycan poeziyasının müxtəsər, poetik ensiklopediyası adlandırırdı.
Süleyman Rüstəm 1906-cı il 12 mart tarixində Bakıda kasıb dəmirçi ailəsində dünyaya göz açıb. Kasıb həyat tərzi, çətin uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərib, yaradıclığınında da fəhlə, kəndli əməyinə, torpağa və zəhmətə qiymət verməyi öz poeziyasında işıqlandırıb.


Davamı →

Poeziyanın sosial təyinatı | Tomas Eliot

  • Esse
Tomas EliotEssemin başlığı müxtəlif insanlar tərəfindən o dərəcədə fərqli başa düşülə bilər ki, əvvəlcə gərək bununla hansı mənanın nəzərdə tutulmadığını izah etməyə çalışam və yalnız bundan sonra nə demək istədiyimi anladım. Söhbətin mövzusunun nədən ibarət olmasından asılı olmayaraq, iş gəlib “təyinat” məsələsinə dirənəndə biz nəyin olmalı olduğunu göstərməyə meyllənirik, nəinki nəyin olmasına, yaxud olduğuna. Bu fərqi qeyd etmək vacibdir, çünki mən burada poeziyanın hansı məqsədə xidmət etməli olduğundan danışmaq fikrində deyiləm.

Bu mövzu ilə bağlı fikrini bölüşən insanlar, xüsusən də əgər onlar üstəlik şairdirlərsə, bir qayda olaraq bu hallarda onlar yazmaq istədikləri şeirləri nəzərdə tuturlar.

Görünür, keçmişdə olduğundan fərqli olaraq poeziya qarşısında gələcəkdə tam başqa vəzifələrin duracağını işarələyən imkanlar həmişə mövcuddur; ancaq belə olsa belə, müxtəlif epoxa və milli ədəbiyyatlarda, həm də həmişə və hər yerdə olduğu kimi keçmişdə də poeziyanın təyinatının nədən ibarət olduğunu müəyyənləşdirməyin böyük mənası var.
Davamı →