Pomelo
Pomelo həmişəyaşıl sitrus ağacının meyvəsidir. Onun meyvəsi qalın qabığa malik olur, pomelonun iri dilimləri açıq sarı rəngdə olub, tünd dada malikdir. Pomelonun qabığı sarı rəngdə, günəş şüalarının daha çox dəydiyi nahiyələri isə açıq-çəhrayı rəngdə olur. Meyvənin dadı və tərkibi qreypfurta daha çox oxşayır. Bu meyvə iriliyinə görə sitrus meyvələri içərisində birinci yerdə durur. Onun meyvəsinin çəkisi 10 kq-a qədər böyüyə bilir.
Pomelonun vətəni Malaziya, Asiya ölkələri, Fici adaları və Tonqo sayılır.Bu sitrus meyvəsinin diametri 30 sm-ə qədər ola bilir. Çinlilər yeni il ərəfəsində bir-birilərinə bu meyvədən hədiyyə edirlər. Taylandda bu meyvə Allahın insanlara bəxş etdiyi ən yaxşı nemət sayılır. İndi pomelo Çində, Vyetnamda, Tayvanda, Taylandda, İndoneziyada, Hindistanda və Taitidə yetişdiriir. Pomelonun yığılması üçün ən yaxşı vaxt fevral ayı hesab edilir. Onu ən çox bu ayda almaq məsləhət görülür.
Davamı →