Pomidor qabığının asan soyulması


Pomidor qabığını nazik və asan soymaq üçün bir-neçə sadə tədbirlər görülür.
İlk olaraq pomidorun üst hissəsinin qabığında xaç şəklində kəsik edilir. Sonra pomidorlar istiyə dözümlü boşqaba qoyulub üzərinə qaynar su tökülür.

Boşqabda onlar 2-3 dəqiqə saxlanılır. Sonra qaynar su axıdılıb, pomidorların üzərinə buzlu və ya sərin su tökülür. Belə bir temperatur dəyişikliyindən sonra pomidorların qabıqları çox asanlıqla soyulacaq və nəticədə itki baş verməyəcək.
Davamı →