Bu xəstəliklər zamanı pomidor yemək olmaz

Ən faydalı tərəvəzlərdən biri olan pomidor orqanizmi vacib vitamin və minerallarla təmin edir, ürək-damar və xərşəng xəstəliklərindən qoruyur. Lakin bu faydalı məhsulun da müəyyən əks-göstərişləri mövcuddur. Beləliklə, hansı xəstəliklər zamanı çoxlu pomidor yemək arzuolunmaz sayılır?

1. Allergiya
İstənilən digər parlaq meyvə-tərəvəz və giləmeyvələr kimi, pomidor da allergiyaya səbəb ola bilər.

2. Öd daşı xəstəliyi
Orqanik turşularla zəngin olan pomidor həzm proseslərini yaxşılaşdırır, ödün ifrazını artırır. Bu çox yaxşı xüsusiyyət olsa da öd daşı xəstəliyindən əziyyət çəkənlərə ziyan vura bilər.
Davamı →

Qara pomidor

Bəziləri hesab edir ki, qara pomidorun yetişdirilməsi üçün adi pomidorun genləri dəyişidirilib. Lakin bu belə deyil, bu pomidor növü hələ sovet vaxtından tanınır və seleksiya işlərinin nəticəsidir. Yabanı qara pomidorlar Cənubi Afrikada yetişir.

Qara pomidorların çoxlu sayda növləri var, onların rəngi tünd bənövşəyidən, qəhvəyi və qaraya qədər ola bilər. Azərbaycanda da bu növlər yetişdirilir. 

Belə hesab olunur ki, adi qırmızı pomidorla müqayisədə qara pomidor qat-qat daha faydalıdır. Onun tərkibində antioksidant maddələri və vitaminlər daha çoxdur. Bu səbəbdən qara pomidorun bir çox üstünlükləri var:
Davamı →

Pomidoru bişirmək onu daha faydalı edir

pomidorƏksər meyvə və tərəvəzləri çiy halda yemək daha faydalı sayılır ki, yüksək temperaturlar onların tərkibində olan faydalı maddələrin qısmən dağılmasına səbəb olur. Lakin pomidora bu aid deyil.

Mütəxəssislər pomidoru çiy şəkildə deyil, yağda, sobada, qrildə qızardılmış və ya pörtlədilmiş şəkildə yeməyi tövsiyə edirlər. Məsələ burasındadır ki, pomidorun tərkibində olan çox faydalı maddə likopinin miqdarı termik emaldan sonra əhəmiyyətli şəkildə artır.
Davamı →

Gündə qurudulmuş pomidor


Günəşdə qurudulmuş pomidor C vitamini baxımından gündəlik ehtiyacın 40%-ni təmin edir. 1 fincan günəşdə qurudulmuş pomidorda 8 qram karbonhidrat var.

A və C vitamini, kalium baxımından, C və K vitaminləri, A, B1 və B2 vitaminləri ilə zəngindir, həmçinin kalium, kalsium, dəmir, folat ehtiva edir və bir çox xərçəng növlərinə qarşı qoruyucudur.
Davamı →

Pomidor alarkən nələrə diqqət etməli?

  • Flora
pomidorPomidor yay fəslində ən çox istifadə olunan tərəvəz məhsuludur. Məşiətdə pomidor həm bir sıra yeməklərin, salatların hazırlanmasında, həm də duza və sirkəyə qoyulmada istifadə olunur. İstehlakçılar pomidor alarkən bəzi məlumatları bilməlidir. Pomidorun geniş yayılmış üç- adi, peru və tüklü növləri mövcuddur. Pomidor meyvəsi yastı, yumru, uzunsov-oval, armudvarı və ellipsvarı olur. Diametri 3-dən 10 sm-dək, çəkisi 20-900 qram və daha çox olur.

Pomidorun tərkibində orta hesabla 93-96% su, 0,61% mineral maddə, 4 faizə qədər karbohidratlar, 0,19% yağ, 0,84% sellüloza dəmir və s. var. Tərkibində quru maddələr, o cümlədən həll olan şəkərlər, üzvi turşular, natrium, kalium, kalsium, dəmir, fosfor kimi maddələr, bir sıra vitaminlər, karotin və s. var. Meyvəsi 80-140 günə yetişir. Pomidor 15°C-dən aşağı temperaturda bitki adətən çiçəkləmir. İsti sevən bitki olduğundan, əsasən orta isti və cənub rayonlarında becərilir. Quraqlığa nisbətən davamlıdır. Pomidoru bütün torpaqlarda yetişdirmək olar.

Pomidor nazik qabıqdan, ətli hissədən, toxum kameralarından və toxumlardan ibarətdir. Pomidorun 600-ə qədər becərilən növü məlumdur. Bunlar biri-digərindən formasına, rənginə, üzərinin vəziyyətinə, böyüklüyünə, toxum kamerasının sayı və yerləşməsinə görə fərqlənirlər.
Ardı →

Pomidor suyunun faydaları

Pomidor suyunun faydalarını saymaqla bitmir:

1. 
Yüksək qan təzyiqini aşağı salmaqda olduqca faydalıdır. Pomidorun içində olan C vitamin, E vitamin və potasyum və çox az duz sayəsində qan təzyiqini normaya salır.
2. Öd və böyrək daşlarının düşməsinə kömək edir.  
3. Xərçəng və ürək xəstəliklərinə qarşı qoruyur.  İflic və karakt riskini azaldır.
4. Ürəyi xəstəliklərdən və zəiflikdə qoruyur. Həmçinin sperm sayısına müsbət təsir edir.
Ardı →

Pomidor iflicdən qoruyur

Finlandiyada kişilərdə ürək-damar xəstəlikləri ilə bağlı 31 min nəfər üzərində araşdırma aparılıb.«Hürriyet» qəzetinin verdiyi məlumata görə, 42-61 yaşları olan və Kuopio şəhərində yaşayan kişilər üzərində araşdırma 1990-cı illərin əvvəlindən başlayıb.Araşdırmada iştirak edən kişilərin qan analizləri araşdırma başlayarkən və 7 ildən sonra götürülüb, müqayisə edilib. Həmin şəxslər 12 il izlənilib.Məlum olub ki, qanlarında likopenin səviyyəsi yüksək olan kişilərdə iflic riski 55 faiz daha azdır. Likopen ən çox pomidorda olur. 
Qarpız, qreyfurt və manqo da likopen ilə zəngindir.
Davamı →

Pomidor

Pomidorun vətəni Peru və Mərkəzi Meksikadır. Onun vəhşi sortlarına Peruda, Kanar və Filippin adalarında rast gəlmək olur. Qədim asteklər ona «tomata» adı vermişlər. Asteklərdən başqa, onu mayya hinduları istiotla bərabər becərirdilər.
XIV əsrdə İspaniyaya pomidor (1534-cü ilin axırı, 1535-ci ilin əvvəli) gətirilib. R. Dodoyens öz əsərlərində (1553-cü il) pomidorun ilk şəklini təsvir edib və ona «poma amoris» («məhəbbət alması») adını verib.
Avropada pomidoru ilk olaraq ispanlar, portuqaliyalılar və italyanlar becəriblər. Qida kimi hazırlanma qaydası da ondan ibarətdir ki, onu istiotla birlikdə qaynadaraq bişirirlər.


Ardı →

Tərəvəzlər haqqında

  • Flora
Pomidor SOLANUM LYCOPERSİCUM -badımcançiçəklilər (Solanaceae) fəsinləsindəndir.Tərkibində olan B qruplu vitaminlər,C vitamini və karotin,eləcə də şəkər və üzvi turşular onun son dərəcə yüksək qiymətli yeyinti məhsulu olmasına zəmin yaradır.Pomidorda orta hesabla 4% şəkər,0,6% mini,karotin,B1,B2,və K vitaminləri,yod birləşmələri müəyyən edilmişdir.Pomidorda olan yodun zob xəstəliyinə qarşı müalicəvi əhəmiyyəti vardır.


Ardı →