Portağal salatı

Tərkibi:Portagal salatı
3-4 portağal
300 q toyuq filesi
200 q xiyar
duz
mayonez

Hazırlanması:
Fileni bişirin (qaynara düşəndən sonra 20 dəqiqə qaynadın). Soyudun. Xırda-xırda doğrayın.
Portağalları yuyun. Bıçaqla portağalları orta xəttilə ziqzaq formasında kəsib ikiyə bölün. İçini çıxarın. Plyonkasını təmizləyib xırda doğrayın. Ancaq salata bu lətin az hissəsini vurun.
Xiyarı kubik-kubik doğrayın. Toyuq əti, portağal ləti və xiyarı qarışdırın. Zövqə görə duz və mayonez vurub qarışdırın. Portağal qabıqlarının içinə doldurun. Üstünü hansısa giləmeyvə ilə bəzəyə bilərsiniz.


Davamı →