AZƏRBAYCAN: GƏLƏCƏK PERSPEKTİV (Proqnoz və təhlil) 6-cı Hissə
AZƏRBAYCAN: GƏLƏCƏK PERSPEKTİV (Proqnoz və təhlil) 5-ci Hissə
İQTİDARDA, YÜKSƏK ZƏKA VƏ YA HƏQİQİ LİDER ÇATIŞMAZLIĞI Faktoru
Diqqət etsək, indiyəqədər Əliyevlər iqtidarının mövcud olmasının və bu qədər uzun çəkməsinin əsas səbəbləri; bölgədə xüsusi həssas tarazlıq durumu və balanslaşdırılmış siyasətin effekti; sistemin qurucusu Heydər Əliyevin xüsusi siyasi bacarığı; Qərbə, münasib qiymətə təqdim oluna bilən enerji ehtiyatları; strateji coğrafi şərait və tranzit mövqeyidir. Lakin, hazırda bunlardan ən azı biri- Heydər Əliyev və ya yüksək zəka amili mövcud deyildir; nə, hazırda siyasi limiti tükənməkdə olan İlham Əliyevin, nə də varislik üçün razılaşa biləcəyi Mehriban Əliyevanın ciddi siyasi səbatı yoxdur.
Davamı →
AZƏRBAYCAN: GƏLƏCƏK PERSPEKTİV (Proqnoz və təhlil) 4-cü Hissə
AZƏRBAYCAN: GƏLƏCƏK PERSPEKTİV (Proqnoz və təhlil) 3-cü Hissə

Feysbukda 5 iyul tarixində paylaşdığımız “Ölkəmizdə nələr baş verməkdədir və ən əsası, nələr baş verə bilər?” sərlövhəli məqalədə, bir sıra proqnozlar vermişdik. İlk növbədə, hakimiyyətin, karantini mümkün qədər uzatmağa meyilli olduğunu və qapanmaların azı gələn ilə qədər davam edəcəyini söyləmişdik. Bu gün etibarilə, məktəblərin açılması ilə bağlı Təhsil Nazirinin açıqladığı bir qərar, mövzubəhsi olsa da, bu, heç də birmənalı deyil və məktəblərin bir daha bağlanmayacağı mənasını daşımır. Unutmayaq ki, sərtləşmə qərarlarını açıqlayan, məhz “Operativ Qərargah”dır və “pis polis” rolunda da məhz bu qurumdur. Onu da unutmayaq ki, zatən, karantin, indiyəqədər bir neçə dəfə sərtləşmə-yumşalma dövrünü yaşayıbdır və xüsusən də havaların soyuması ilə virus təhlükəsinin nisbi olaraq artması nəticəsində, bizi, qarşıda yeni qapanma dalğasının gözləmədiyini söyləmək mümkün deyil və bu, elə oktyabrda da baş verə bilər.
Davamı →
AZƏRBAYCAN: GƏLƏCƏK PERSPEKTİV (Proqnoz və təhlil) 2-ci Hissə

Davamı →
AZƏRBAYCAN: GƏLƏCƏK PERSPEKTİV (Proqnoz və təhlil) 1-ci Hissə

Beləliklə, başlayaq.
Hər kəsin səbrsizliklə cavabını maraq etdiyi sual budur: Ölkəmizdə mövcud vəziyyət, davammı edəcək, yoxsa kəskin dəyişiklərmi baş verəcək? Ümumiyyətlə, hazırda nə baş verir və son vaxtlar baş verən qeyri-adi hadisələr nə anlama gəlir?
Davamı →
Prezidentin seçilməsi və səlahiyyətlərinin xitam edilməsi qaydaları
Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinə əsasən yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər. Konstitusiyaya görə prezident 5 il müddətinə seçilir və heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz.
Azərbaycan Respublikası Prezidentinin seçilmə qaydası 2003-cü il 27 may tarixli «Azərbaycan Respublikasının Seçki Məcəlləsi» ilə tənzimlənir. Məcəlləyə görə Prezident seçkilərinin keçirilməsi günü Mərkəzi Seçki Komissiyası tərəfindən seçki gününə azı 120 gün qalmış təyin olunur. Seçki günü prezidentin səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü hesab olunur.
Ardı →
Azərbaycan Respublikası Prezidentinin statusu
İdarəetmə forması kimi prezidentli respublika ilk dəfə 1787-ci il-də ABŞ-ın Konstitusiyasında təsbit edilmişdir. Lakin dövlətin funksiyalarının hakimiyyət orqanları arasında bölüşdürülməsi bir anlığa baş verməmişdir. ABŞ-da təsis olunmuş prezidentlik institutu özünün nəzəri əsasını hakimiyyətin bölgüsü nəzəriyyəsindən götürmüşdür. Hakimiyyətin bölgüsü nəzəriyyəsi də ilk dəfə XVIII əsrdə Monteskyö tərəfindən irəli sürülmüşdür. Monteskyö hakimiyyətin bölgüsü nəzəriyyəsini irəli sürərkən o nöqteyi-nəzərdən çıxış edirdi ki, «harada hakimiyyət ciddi şəkildə bölüşdürülməyibsə, orada azadlıq ola bilməz».
Müxtəlif dövlətlərdə prezidentlik institutu ayrı-ayrı dövrlərdə idarəetmə formasından asılı olaraq tətbiq olunmuşdur.
Ardı →
ABŞ-da Prezidentlik səlahiyyətləri və ya onun İcra Strukturları
Davamı →