Özünüzünkünü özününzə götürün

Bir gün Budda öz şagirdləri ilə bir kənddən keçirmiş. Bu kəndin camaatı Buddistlərin əleyhdarları idi. Onlar Buddanı və tələbələrini əhatəyə alıb buddistləri təhqir etməyə başladılar. Şagirdləri qismən Buddanın yanlarında olması faktı sakitləşdirsə də  onlar da əsəbləşib kənd sakinlərinə cavab verməyə hazırlaşırdılar. Bu vaxt Buddanın özünü aparması həm şagirdlərdə, həm də kənd sakinlərində bir çaşqınlıq yaratdı.

Budda üzünü tələbələrinə tutub dedi:
— Siz məni məyus etdiniz. Bu adamlar öz işlərini görür. Onlar məni öz dinlərinin düşməni kimi görür və ona görə də təhqir edirlər, bu da təbiidir. Amma siz nəyə görə onlara imkan verirsiniz ki, sizi haldan çıxarıb manipulyasiya etsinlər? İndi siz onlardan asılı vəziyyətdəsiniz, azad deyilsiniz…
Davamı →

İt, dəyənək, sufi

Bir nəfər sufi geyimli şəxs yolla gedəndə qarşısına bir it çıxır. O öz dəyənəyi ilə iti vurub yaralayır. İt ağrıdan zingildəyib müdrik Əbu Saidin yanına şikayətə gedir.

İt öz yaralı ayağını göstərib müdrikdən onu nahaq vuran sufi ilə onun arasında hakim olmağı yalvarıb xahiş etdi. Müdrik sufiyə dedi :
— Ey başıboş insan, bu dilsiz məxluqla da belə rəftar etmək olarmı?
— Mənim bir günahım yoxdur — deyə sufi etiraz etdi
— İt özünü mənim paltarıma sürtüb çirk etdi, ona görə də vurdum.
Davamı →

Boş qayıq


Lin Çi söyləyir :
Mən cavan olanda qayıqda üzmək çox xoşuma gəlirdi. Balaca bir qayığım var idi və bu qayıqda tez -tez tək-tənha göldə üzürdüm, saatlarla bu qayıqda qala bilirdim. Bir dəfə gecə vaxtı gözlərimi yumub meditasiya ilə məşğul idim. Gözəl bir gecə idi. Birdən haradansa boş qayıq axın istiqamətində mənim qayığımla toqquşdu. Məndə qəzəb/qeyz baş qaldırdı. Gözlərimi açıb mənim rahatlığımı pozan adamı söyməyə hazırlaşırdım ki, gördüm qayıq boşdur. İndi mənim qəzəbimin çıxış yeri də yox idi…
Davamı →

Əsa

Bir kral arvadına dedi:
— Madam, siz həqiqi kraliça deyilsiniz. Həyat yoldaşım ola bilməyəcək qədər kobud və zəriflikdən uzaqsınız.
Arvadı dedi:
— Cənab, siz özünüzü kral hesab edirsiniz. Əslində isə təlxəyin birisiniz. Bu sözlər kralı hirsləndirdi və xalis qızıldan hazırlanmış əsanı onun alnına endirdi. Bu zaman saray əyanlarından biri içəri girdi və çığırdı:
— Aman Həşəmətli ağam, aman! Bu əsa ölkənin ən böyük sənətkarının əl işidir.

Təəssüf ki, bir gün siz də, ülyahəzrət də unudulacaqsınız. Amma bu əsa gözəllik nümunəsi kimi, nəsildən nəsilə keçəcəkdir. Amma siz onunla ülyahəzrətin başını qanatdığınız üçün əsa daha çox diqqət çəkəcək və xatırlanacaq.

Cübran Xəlil
Davamı →

Hərb və sülh

Üç köpək həm özlərini günə verir, həm də söhbətləşirdilər. Birinci köpək fikirli-fikirli dilləndi:
— Köpəkliyin bu çağında yaşamaq həqiqətən möcüzədir. Yerin altında, yerin üstündə və hətta göy üzündə necə rahatlıqla gəzişdiyimizi bir düşünün. Və köpəklərin rahatlığı üçün gerçəkləşdirilən kəşfləri düşünün; gözlərimiz, qulaqlarımız, burunlarımız üçün olanları da…

Və ikinci köpək dilləndi:
— Artıq sənətlərə daha çox meyilliyik. Aya doğru atalarımızdan daha yaxşı ulayırıq. Və suya baxdıqda sudakı əksimizin cizgilərinin daha parlaq olduğunu görürük.
Davamı →

Uşaq və tac

Bir dövlətin əhalisi təzə padşah seçdi və hər qaydasıyla tacqoyma mərasimi keçirildi. Padşah üçün təzə tac da düzəltdilər və tacı daş-qaşla bəzəmək qərarına gəldilər, amma belə bacarığa malik adam yox idi – bütün ustalar tacı korlamaqdan qorxduqları üçün, bu işə qol qoymaq istəmirdilər.

Nəhayət bir sənətkar tapıldı və tacı bir aya düzəldəcəyini dedi. Tacı ona verdilər və o bir ayı daş-qaşı tacın üstündə necə yerləşdirmək barədə fikirləşməklə keçirtdi. Amma qorxudan müddət bitənə qədər taca əl vurmadı. Vaxtın tamam olmağına iki gün qalmış işə başladı, amma əlləri elə əsdi ki, tacı yerə saldı.

Belə olduqda tac haqqında anlayışı belə olmayan balaca oğlanı çağırdı və nə etmək lazım olduğunu başa saldı. Özü elə həyəcanlı idi ki, işin gedişatını görməmək üçün bayıra çıxdı. Uşaqsa işi başdansovdu gördü və daşları taca çox yaxşı yapışdırdı. Padşah da razı qaldı.



Davamı →

Qızıl kisəsi

Bir dəfə Zanslı ravvin Xaim pəncərənin qabağında dayanıb küçəyə baxırdı. Yoldan keçən birini görüb şüşəni döydü və onun içəri gəlməsinə işarə etdi. O içəri girəndə ravvin Xaim soruşdu:
— De görüm qızıl kisəsi tapsan onu yiyəsinə qaytararsan?

— Ravvin, — yolçu cavab verdi, — əgər pulun yiyəsinin kim olduğunu bilsəm, düşünmədən qaytararam.
— Sən axmaqsan. – Zanslı ravvin dedi.

Sonra pəncərənin qabağına qayıtdı, daha bir yoldan keçəni çağırdı və eyni sualı verdi.
Davamı →

Anaya hədiyyə

Bir yəhudi ananın üç oğlu var idi. Onlar böyüyəndə uğurlu biznesmen oldular və varlandılar, anaları isə qocalmışdı və balaca evində tək yaşayırdı. Oğullar analarına hədiyyə vermək qərarına gəldilər.

Böyük oğul dedi:
— Mən ana üçün böyük, qırx otaqlı, qulluqçuları və xidmətçiləri olan ev almışam. Qoy heç olmasa qoca vaxtında gözəl yaşasın.

Ortancıl oğul dedi:
— Mənsə ana üçün əntiqə maşın almışam və şəxsi sürücü tutmuşam. Qoy heç olmasa qoca vaxtında komfortla gəzsin.
Davamı →

Əvvəlcə özün xoşbəxt ol!

Bir gün qoca və müdrik kişi yol ilə gedirdi. O, təbiətin gözəlliyinə, yazın rəngarəngliyinə tamaşa edirdi. Qəfildən çiynində nəhəng yük aparan kişi gördü. Yükün ağırlığından kişinin dizlərinin qatlandığını, bədəninin əsdiyini sezmək olurdu.

— Niyə sən özünü belə ağır əməyə və əzablara məhkum edirsən?– qoca soruşdu.

— Mən əzab çəkirəm ki, mənim nəvələrim və uşaqlarım xoşbəxt olsunlar — kişi cavab verdi. Mənim ulu babam özünü babama görə, babam isə atama görə, atam isə mənə görə ağır əməyə, əzablara məcbur edib, mən də özümü məcbur edirəm ki, uşaqlarım və nəvələrim xoşbəxt olsunlar.

— Bəs sizin ailədən indiyə kimi xoşbəxt olan olubmu? – müdrik kişi maraqlandı.

— Hələ ki, yox. Amma uşaqlarım və nəvələrim yəqin ki, xoşbəxt olacaqlar – kişi ümidlə cavab verdi.

— Təəssüf ki, savadsız adam kiməsə oxumağı öyrədə bilməz, köstəbək heç vaxt qartalı tərbiyə edə bilməz!- qoca müdrik insan dərindən ah çəkdi.  - Əvvəl özün, özünə xoşbəxt olmağı öyrətməlisən! Yalnız onda sən uşaqlara xoşbəxtliyi öyrədə biləcəksən. Bu sənin onlara ən qiymətli hədiyyən olacaq.


Davamı →