Xərçəng xislətlilər

Xərçəngləri ovlayarkən onları bir səbətə və ya vedrələrə qoyarlar. Səbətdə sadəcə bir xərçəng varsa, hərəkət edib tullanmasının və ya anidən qaçmasının qarşısını almaq üçün səbətin ağzını örtərlər. Ancaq səbətin içində bir neçə xərçəng olarsa, səbətin  ağzını bağlamazlar.

Niyə? Çünki, səbətdə birdən çox xərçəng olarsa, biri digəri canını qurtarmasın deyə bir-birilərini aşağı çəkərlər. Ona görə də, səbətin ağzı örtülü qalmazmış.

Bəli… Bildiyimiz kimi, bəzi insanlar da bu xərçənglər kimidi. Yüksəlmək istəyən insanları aşağı çəkməyə çalışırlar ki, özlərini bacarıqsız görməsinlər.
Davamı →

Uşaq və dəniz ulduzları

Bir gün bir adam dəniz kənarıyla gedirdi. Birdən o qumdan nəyisə qaldırıb dənizə atan balaca oğlana rast gəldi. Adam uşağa yaxınlaşandan sonra gördü ki o, sahildəki dəniz ulduzlarını qaldırıb suya atır. Onlar oğlanı hər tərəfdən əhatə edirdi. Sanki sahildə milyona qədər dəniz ulduzu vardı. Dəniz kənarı onlarla örtülmüşdü.

Adam uşağa yaxınlaşıb soruşdu:

— Nə üçün sən bu dəniz ulduzlarını suya atırsan?

Uşaq işini dayandırmadan dedi:

— Sabah səhərə qədər onlar sahildə qalsalar suyun çəkilməsi ucbatından ölə bilərlər.

Adam səsini yüksəldərək dedi:

— Axı bu, sadəcə, axmaqlıqdır! Ətrafına bax! Burda milyonlarla dəniz ulduzu var, onlar bütün sahili bürüyüblər. Bu qədər səy göstərməyin belə heç bir şeyi dəyişməyəcək.
Ardı →

Xristian pritçası

Bir dəfə keşişin yanına bir cütlük gəldi və dedi:

— Müqəddəs Ata — qadın söylədi — mən uşaq gözləyirəm, bizim isə artıq 4 övladımız var. İndi isə, beşinci olacaq. Yaşayışımız çox çətindir. Uşağı götüzdürmək (abort mənasında) istəyirik, bizə xeyir-dua verin.

— Görürəmki, siz çox çətinliklə yaşayırsınız — keşiş cavab verdi — nə etmək olar, övladınızı ölürmək üçün sizə xeyir-dua verirəm. Lakin böyük qızınızı öldürün, onun artıq 15 yaşı var: o bu dünyada az-çox yaşayıb, gün görüb, amma hələ doğulmamış övladınız isə heç günəş şüalarını belə görməmişdir. Onu bundan məhrum etmək ədalətsizlik olardı.

Qadın dəhşət içində üzünü əlləri ilə bağladı və hönkürməyə başladı.
Davamı →

Padşah və yoxsul

Yoxsul bir kişi yol qırağında oturmuşdu. Köynəksiz… Papaqsız… Ayaqqabısız… İsti Günəş onun başına döyəcləyirdi. Milçəklər onun üzünü və bədənini dişlək-dişlək etmişdi. Ağrılı və güclü dişləklər onu zarımağa məcbur edirdi. 

Kənardan isə faytonda böyük ordu bölüyünün müşayəti ilə bir padşah keçirdi. Yoxsulu görcək, padşah dayandı. O qürurla dedi:
— Bugün mənim əhvalım əladır. Mən bugün çox mülayiməm. Ruhundan nə keçirisənsə, məndən istəyə bilərsən. Nə istəsən sənə verərəm! İstənilən xahişini! Bu dünyada hər şey mənim hakimiyyətim altındadır! Hamı məndən qorxur!

İstidən və milçəklərdən əzab çəkən yoxsul kişi padşah qarşısında torpağa qədər diz çökərək, yalvarmağa başladı:
— Allah naminə! Məni bu milçəklərdən xilas et! Onlara buradan uçub getmək əmri ver! Ölürəm artıq!

Padşah isə, çiyinlərini çəkdi:
— Yox! Milçəklər mənə tabe deyillər! Milçəkləri qova bilmərəm!

Padşah üzünü çevirərək, əshabələri ilə yoluna davam etdi. Yoxsul isə, yenə də isti Günəş altında taqətsiz halda milçəkləri qovmağa cəhd edirdi.
Elə bu andaca yoxsul kişinin yanına hər tərəfdən insanlar toplaşmağa başladı:
— Bəxtəvər! Yəqinki, padşah sənə varlı olmağa kömək etdi, hə?!
Yoxsul kişi kədərli halda əllərini yellədərək dedi:
— Mən təsəvvür etmirdim ki, padşah belə gücsüz olar. O milçəklərdən belə məni qoruya bilmədi. Axı yaradılmışlar sırasında milçəkdən gücsüz heçnə yoxdur…
Davamı →