Yoqurt və süd məhsulların sinir sisteminə faydası

Probiotiklər mədə-bağırsaq və beyin hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır. Turş süd məhsullarının tərkibində olan probiotiklər təkcə mədə-bağırsağın fəaliyyətinə təsir etmir, həm də beyin hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır. Bu süd məhsulların və yoqurtun tərkibindəki probiotik maddələr çox xeyirli hesab olunur.

Son aparılan tədqiqatlar göstərib ki, bu maddə həm mədə-bağırsaq sisteminə, həm də əsəb sisteminin tənzimlənməsinə müsbət təsir edir.

Texas Universitetinin alimlərinin araşdırmalarına əsasən, neyrokimyəvi probiotiklər mədə-bağırsaq və beyin hüceyrələrinin fəaliyyətini yaxşılaşdıraraq, neyroaktiv birləşmələrinin daşımasında mühüm rol oynaya bilər.

Alimlər həmçinin mədə-bağırsaq mikroflorası ilə əsəb sistemi fəliyyətinin  arasında əlaqə olduğunu aşkar ediblər.


Davamı →

Bioloji təbabət

Bioloji təbabət — insan orqanizminin biosistemlərini aktivləşdirən və təmin edən üsullarla müalicə və diaqnostikanın əsas istiqamətlərindən biridir.
Hal-hazırki ekoloji fəlakətlər dövründə ətraf mühitin qlobal çirklənməsi səbəbindən həm atipik gedişatlı xəstəliklərin, həm də mikroorqanizmlərin dəyişən ətraf mühitə qarşı davamlılığı artır. Bu da öz növbəsində xəstəliklərin ənənəvi üsullarla müalicəsini çətinləşdirir. Belə halda, əhalinin çox hissəsi əlavə təsirləri az olduğu üçün “yüngül təbabət” müalicə üsuluna müraciət edir. Məhz bioloji təbabət də belə müalicə üsuludur. Onun əhəmiyyətini kəsb etmək üçün “sağlamlıq” və “xəstəlik” anlayışlarını nəzərdən keçirək.


Ardı →