Hamiləlik zamanı dəridə yaranan çatlardan necə xilas olmaq olar?

  • Qadın
Hamiləlikdə, yaxud kökəlib arıqladıqda dəridə çatlarla rastlaşırıq. Bəzi dərilər elastik olur, bu tip dərilər çatlamır. Dərinin çatlamaması, gözəl olması üçün gündəlik 2.5-3 litr su və duş qəbul edilməlidir. Dəri çatlarına əsasən hamiləlik zamanı rastlaşılır. Belə olduqda hər zaman istifadə etdiyimiz kimi dərinin elastikliyini qorumaq üçün kimyəvi qatqılı kremlərdən yox, təbii yağlardan istifadə etmək lazımdı.

Ardı →

Depressiyadan necə xilas olmalı?


Həyatımıza təsir edən ən vacib məqamlardan biri və qadınların əhvalına təsir edən ən pis xəstəliklərdən biri depressiyadır. Əhvalın pis olduğu zamanlar həyatımızın risk altında olduğu bir dövrdür. Depressiyanın ilkin əlamətləri ortaya çıxdıqdan sonra onu ciddi qəbul etməsəniz, illərlə sıxıntısını çəkə bilərsiniz. Bu xəstəlik terapiya və dərmanlarla müalicə olunsa da, alternativ müalicə növləri də mövcuddur.
Ardı →

Analar bunu mütləq bilməlidir

Hər körpənin diş çıxarma yaşı bir-birindən fərqli ola bilər. Lakin məlumatlara görə körpələr təxminən ilk dişlərini 7-8 aylıq olduqları zaman çıxarır.
Körpələr ilk dişlərini çıxardıqdan sonra digərləri də çıxmağa başlayır. Körpə 1 yaşına gəldiyi zaman qabaqda 4 dənə sonra isə 2 dənə diş çıxarmış olur. 2 yaşında isə ortalama olaraq 20 diş çıxarır.

Körpələr diş çıxardıqları zaman bunu hərəkətləriylə müəyyən edir. Diş çıxaran zaman körpənin damaqlarında qaşıntı ağrı kimi şeylər olur. Körpədə bu qaşıntını və ağrını aradan qaldırmaq üçün davamlı olaraq soyuducuda saxlanmış yumuşaq içi sulu oyuncaqları gəmirməyə şərait yaratmalıyıq. Diş çıxarma ərəfəsində əsəbi, halsız daha narahat olurlar və özlərini narahat hiss edirlər. Həm də  körpələrin istilikləri də olur. Diş çıxarma zamanı hiss etdikləri qaşıntı və ağrılar körpədə yuxu problemlərinə də yol aça bilər. Yuxusuzluq problemləri olar.
Ardı →

Birgə yaşayışın tərs üzü

Sağlamlığınızın həyat yoldaşınızdan asılı olduğu haqda heç düşünmüsünüz?
Birlikdə yaşadığınız insanın həyat tərzi və xasiyyəti sizə də təsirsiz ötüşmür. Gəlin bu zərərlərə diqqət yetirək:

Onun stressi sizin təzyiqinizi qaldırır
Nottinqhem Universitetinin araşdırmasına görə, daima stress içində olan biri ilə yaşamaq yüksək təzyiqə yol açır. Bu da öz növbəsində ürəyin zəfiləməsinə səbəb olur. 
Stanford Univeristeti stressli insanlara həftədə ən azı 30 dəqiqə idman etməyi məsləhət görür. Yəni sizlə vaxt keçirməkdənsə, dostları ilə futbol oynamağı daha xeyirlidir.

Onun yuxusuzluğu sizi kökəldir
Kökəlməyə yol açan şeylərdən biri də yuxusuzluqdur. Gündə 8 saat yatmayan, qısa yuxularla kifayətlənən insanlarda maddələr mübadiləsi zəifləyir. 
Əgər yuxusuzluqdan əziyyət çəkən biri ilə birlikdə yaşayırsınızsa, onunla eyni vaxtda yatmağınız sizin də yuxu sisteminizi pozur. Həkimlər məsləhət görür ki, yatmamışdan əvvəl banan və ya xurma yeyin ki, yuxunuz tez gəlsin.

Ardı →

Etməyə tənbəllik etdiyimiz 15 şey

1. Ütü bəlasıtənbəl
Bəzi insanlar alt paltarına qədər hər şeyi ütüləməyə meyillidirlər. Başqa insanlar üçünsə bu bir dərddir. İşə gecikəndə geyinməyi planladığınız paltarın ütüsüz olması, bir də uzun dəmdəsgah qurmaq çox yorucudur. 

2. Süfrə toplamaq
Yeməyi ən sonda bitirən süfrəni yığmalıdır. Bu məsələdə də sonuncu olmaq cansıxıcıdır. Yemək yeyib üzərindən bir çay içməyi hər kəs istəyər. Di gəl əksəriyyət insan süfrəni toplamağa ərinər.

3. Hamama girmək
İngilislər kimi hər gün çimmək bizə bir az yaddır. Tezdən durub işə getmək, işdən yorğun qayıtmaq, qayıdanda evdə suyun gəlib-gəlməməsi, günlərin necə keçdiyini hiss etməzsiz. Çimmək lazım olduğunu bilib, hamama girməyə ərinirik. 
Ardı →

Boşanma sözünü dilinizə gətirməyin

mubahisəHər bir ailədə mübahisələr ola bilər. Bir ailədə az, bir ailədə çox fərqi yoxdur.  Ancaq tərəflər arasında «pərdə götürülmürsə» və ya qarşılıqlı təhqirlərə yol verilmirsə, bu, ailə həyatı üçün o qədər də təhlükəyə səbəb olmur. Əksinə, bəzən belə mübahisələr səhvləri görmək baxımından ailənin gələcəyinə müsbət təsir göstərir.
Mübahisələr zamanı yol verdiyimiz ən böyük səhvlərdən biri də qarşılıqlı hədələrə əl atmaqdır. Xüsusilə, bəzi qadınlar həyat yoldaşlarının onları sevdiyini bildikləri üçün boşanma sözünü tez-tez ortaya atır və bununla da qarşı tərəfə təsir göstərməyə çalışırlar.
Bu söz ilk vaxtlar istənilən nəticəni versə də, zaman keçdikcə «qüvvədən düşməyə» və qarşı tərəf üçün «mənasını itirməyə» başlayır. Bu vəziyyətdə ən böyük zərbəyə məruz qalan isə boşanma sözünü ortaya atan tərəf olur. Beləliklə, mübahisələr get-gedə kəskinləşir və hər mübahisə ailənin bir az da parçalanmasına gətirib çıxarır. Digər tərəfdən, bu sözü ifadə edən tərəf əvvəllər ona adi bir şey kimi baxsa da, sonralar dediklərinə özü də inanmağa başlayır. Beləliklə, istər özünüzün, istərsə də həyat yoldaşınızın bu sözün təsiri altında qalmasını istəmirsinizsə, zarafatla da olsa boşanma sözünü dilinizə gətirməyin. Və ən başlıcası, boşanmanın bir ailənin dağılması demək olduğunu unutmayın.


Davamı →

Boşanmaq istəyirsiniz?

Boşanmaq istəyirsiz? Elə isə bu topik  tam sizlikdir.
Son günlər az qala dəb halına çevrilmiş boşanmaların sayı günü-gündən artmaqdadır. Əlbəttə mənim fikrim onları qınamaq, ya da nədəsə təqsirkar bilmək deyil.
Əminəm ki, heç bir insan ayrılmaq üçün ailə qurmur. Əlbəttə hər kəsin özünə görə  səbəbləri olur. Bəzən istəyərək, bəzən də istəmədən boşanmaq məcburiyyətində qalır.
Mən indi boşanmaya gətirən səbəbləri araşdırmayacaq, boşanmayın deyə təkid etməyəcək, nə də bunun mənfi tərəfləri haqqında danışmayacam.
Əslində, siz özünüz bunları hamıdan yaxşı bilirsiz. Çox zaman da elə bildiyimiz şeylər üzündə əziyyət çəkirik, amma işləri yoluna qoya da bilmirik.
Ardı →

Problemləri evə gətirməyin


Yorğun, bir qədər də əsəbi halda evinə çatıb, qapının zəngini basırsan. Xanımın “xoş gəldin” deyib gülərüzlə səni qarşılayır. Sənin isə bayaqkı əsəbiliyin, gərginliyin hələ də keçməyib. Əyin-başını dəyişməmiş özünü divana yetirirsən. Kiçikyaşlı oğlun gəlişinə sevinib, oyuncaqları buraxaraq qucağına atılmaq istəyir.
Amma… Bəli, bayaqdan bəri gəlişini səbirsizliklə gözləyən övladın da indi evin bir küncünə qısılıb məyus-məyus sənə baxır. Əvvəlki sevinci isə onu çoxdan tərk edib...

Bu qeydləri söz yığını olsun deyə qələmə almadım. Həqiqətən də, bu gün hər addımbaşı bizi izləyən, psixologiyamıza təsir edən, sağlamlığımızı əlimizdən alan əsəbi mənzərələrlə az qarşılaşmırıq. Lakin bu qanqaralığı evə, əzizlərimizin, doğmalarımızın yanına daşımamağa çalışmalıyıq. Unutmamalıyıq ki, evdə bizi övladımız, həyat yoldaşımız gözləyir və səmimi münasibət gözlədiyini unutmamalıyıq. Çünki sabahın insanı kimi yetişəcək övladlarımızı düşünməliyik. Bunun üçün də bədbinlik, gərginlik yükünü müvəqqəti də olsa, çiynimizdən atmalıyıq. Bir şeyi yadda saxlamalıyıq ki, uşaq körpə vaxtından fiziki baxımdan necə formalaşırsa, mənəvi cəhətdən də o cür formalaşıb, inkişaf edir.


Davamı →

Sən, ailənə lazımsan!

Axır vaxtlar yaman kövrək olmusan: “Yanımda yaxın bir adamım olaydı kaş”, — deyə heyifsilənirsən. Çox qəribsəmisən, bəlkə onu görsən, bağrına basıb, qızılgül tək qoxusunu ciyərinə çəkərsən...

Başını söhbətə qatıb, beynində dolaşan qarmaqarışıq fikirlərdən yayındırmaq istəyirəm səni. Bir az da kövrəlirsən, gözlərin dolur, səsin, dodaqların titrəyir, göz yaşlarını gizlətməkdən ötrü üzünü əllərinlə qapayırsan.

Niyə ağlayırsan axı? Nə olub? Allah istədiyi bəndələrini həmişə sınağa çəkir, bunu birdəfəlik qəbul elə. Həyata açıq, ayıq gözlə bax, ağlamaq acizlikdir.

“Həzrəti Yusif” filminə baxırsanmı? Yusif Peyğəmbərin nə qədər ağır əzablardan keçdiyini, qardaşlarının ona zülm etdiyini görürsənmi? Bütün bu zalımlığın qarşılığında isə o, qardaşlarını sonralar da cəzalandırmaq fikrində olmur, əksinə, onları ən hörmətli qonaq kimi qarşılayır. Çünki  bütün varlığı ilə istəyirdi ki, Uca Yaradan zülm və pislik etsələr də, qardaşlarını islah etsin, yanlış düşüncədən, pis niyyətdən daşındırsın. O səbəbdən də Həzrəti Yusif ümidini, ürəyini Allaha bağlayıb, insanlardan deyil, yalnız Uca Yaradandan imdad, mədət, qurtuluş yolu gözləyir, gecə-gündüz dilindən dua düşmür.


Ardı →