Mübahisə edərkən uşaqları unutmayın

Valideynlər arasında yaranan inciklik, mənfi münasibət uşaqların ailədən uzaqlaşması ilə nəticələnə bilər. Ata-ananın uşaqlarının yanında bir-birinə qarşı aqressiv mövqe tutması onların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Yaranan gərginliyi aradan qaldırmaq üçün tərəflərdən biri mütləq güzəştə getməlidir.

Psixoloqlar bildirirlər ki, gərginlik yaşanan ailələrin əksəriyyətində yeniyetmələrin xarakterində, həyat tərzində arzuolunmaz xüsusiyyətlər meydana çıxır. Belə yeniyetmələr bəzən bədbinliyə qapılır, bəzən də evdən qaçaraq pis vərdişlərə qurşandılar. Bu cür yeniyetmələr həmyaşıdlarına qarşı da sərt olurlar. Belə olan halda, uşaqların öz valideynlərinə  və böyüklərə qarşı hörmətsiz davranmaları təbii qarşılanmalıdır. Bütövlük, birlik nümayiş etdirən ailələrin uşaqları isə yüksək əhvali-ruhiyyəli, nikbin və çevik olurlar.

Ailə canlı bir sistemdir. Ata-ana arasında xoş münasibət olsa, uşaqların da gələcəyi sağlam struktur üzərində qurula bilər. Bu, valideynlərin üzərinə düşən ən məsuliyyətli vəzifələrdən biridir.


Davamı →

Əsəbi oğlanlar

Metronun qapısı iki saniyə gec açılanda qara köynəkli, qara şalvarlı, qara ayaqqabılı, «Kurtlar vadisi» serialından təsirlənmiş, qıza görə bir partiya özünü ülgüclə doğramış əsəbi oğlanlar qapıya təpik, yumruq vururlar. Narazı baxışlarla adamlara baxırlar. Bir sözlə, adamları öz baxışlarıyla qorxutmaq istəyirlər. Onların baxışlarından bu sözləri asanlıqla oxumaq mümkündür: «Vurub ...-baş edərəm, prostu təzə zibildən çıxmışam».
Murad Köhnəqala bu tiplərin hərəkətlərini, həyat fəlsəfələrini «Ciddi oğlanlar» adlı yazısında çox gözəl təsvir etmişdi. Mən həmin yazını böyük zövqlə oxudum. İmkanı olanlar Muradın «Ciddi oğlanlar» yazısını tapıb oxusunlar.
Davamı →

Dərd olmayan "DƏRDİMİZ"

Belə bir fikir var ki, hər kəs dünyaya göz açdığı gündən öz dərdlərinə ağlayır. Körpə hələ gələcəkdə başına gələcəkləri hiss edir və göz yaşlarına qərq edir göz görməyən al yanaqlarını. Coşub ətrafa  səs salmağıyla sanki ətrafındakılara “məni gələcəkdə bu dərdlər gözləyir” demək istəyir. Ancaq onun nə demək istədiyini heç kim anlamır. Kimisi acdır deyir, kimisi də yuxusuzluğunu əsas gətirir. Nəticədə körpə ya yemək verilərək, ya da ağzına əmzik qoyularaq sakitləşdirilir. Bu minvalla dərdləri hiss etdiyimiz anlarda bir yolla özümüzü sakitləşdirməyə çalışırıq. Dərdlərin çoxluğunu unutmaq və ya düşüncələrimizi bulandırmaq üçün bəlkə də fərqli  yollara və vasitələrə əl atırıq. Kimisi dərdlərinin bir neçə yüz qram spirtli içkiylə azalacağını zənn edir. Mən bu vasitələrin nə qədər doğru olub-olmaması haqqında danışmaq istəmirəm. Bunu siz məndən daha yaxşı bilirsiniz. Buradan keçid almaq istəyirəm mövzumuzun əsas hissəsinə. 


Ardı →

Beyninizə bir köpəkbalığı atın!

Yaponlar təzə balıq yeməyi çox sevirlər. Ancaq Yaponiya sahillərində o qədər balıq tapmaq heç də asan məsələ deyil. Odur ki, balıqçılar böyük qayıqlar düzəldib uzaq məsafələrə üzməyə başladılar. Bu isə çox vaxt aldığı üçün sahilə ancaq köhnə balıqla qayıtdılar. Bu problemi həll etmək üçün balıqçılar qayıqlarında soyuq hava anbarları quraşdırdılar.
İndi onlar istədikləri qədər uzaqlara gedə və istədikləri qədər balıq tuta bilərdilər. Ancaq təzə balıqla donmuş balığın ləzzəti bir deyildi. Bu dəfə balıqçılar qayıqlarında böyük akvariumlar quraşdırdılar. Balıqlar bu akvariumlarda özlərini dənizdəki kimi hiss etməsələr də, sahilə sağ-salamat gəlib çıxacaqdılar. Ancaq onlar da yaponlar üçün təzə balığın yerini vermədilər. Balıqçılar Yaponiyaya təzə balıq gətirmək üçün yenidən baş sındırmağa başladılar. Və nəhayət axtardıqlarını tapdılar. Necə? Çox sadə. Balıqları gətirdikləri akvariumun içərisinə balaca bir köpəkbalığı atdılar. Köpəkbalığı balıqların bir hissəsini yesə də, qalanları dənizdəki kimi hərəkətli və canlı qaldılar...
Bu misaldan da göründüyü kimi problemlərinizdən qaçmaqdansa, onlara yaxınlaşın. Problemlərinizi tanımağa, onları özünüzə tabe etməyə çalışın. Bir də qətiyyətli olun. Sözün əsl mənasında problemlərinizlə mübarizə aparın. Bir sözlə, beyninizə bir köpəkbalığı atın. O vaxt nəyə qadir olduğunuzu görəcəksiniz.

Mənbə: «Ailəm» jurnalı


Davamı →

Bar qızının hekayəti

“Hər bir insan həyata eyni qaydada gəlir, hər birimizə görə bir ana 9 ay əziyyət çəkir, sonra dünyaya gəlirik, bağçaya, məktəbə, nə bilim daha haralara gedirik. Uşaqlığın ən yaddaqalan məqamı da xoş arzulardır. Uşaqlıqda ən böyük arzum həkim olmaq idi. Anamla həmişə xəstəxanaya gedəndə ağ xalatlı bibiləri, xalaları görür, böyüyəndə özümün də insanların sağlamlıqlarının keşiyində duracağıma dair xəyallar qururdum. Baxmayaraq ki, atam hələ mən bir neçə aylıq olarkən ölmüşdü, amma anam atamın yeganə yadigarını, yəni məni göz bəbəyi kimi qorumuşdu. Lakin hər şey o günə kimi oldu.
Davamı →

Çatışmazlıqlar

… Yazılarımızda vermək istədiyimiz səadət sirlərindən biri də imkansızlıqlarla, çatışmazlıqlarla bağlıdır. Xəyalən də olsa, hamımız birlikdə 60 il əvvəlin həyatına səyahət edək...

1940 — cı illərdə kənddə yaşasaydınız, yemək bişirmək üçün meşədən odun kəsib gətirməli idiniz. Təbii ki, bu hələ başlanğıcdır. Sonra onu balta ilə doğrayıb bir kənara yığmalı olacaqdınız. Qışda islanmış odunları yandırmaq üçün əvvəlcədən ocağın kənarına gətirib qurutmalı idiniz. İndi növbə ocağı yandırmaqdadır. His — duman içərisində " yanmaram " deyə inad edən odunları üflə ki, yansın…
Ardı →

Şax yeriyənlər | Alpay Azər

Səhər hava işıqlanmamış Bakıdan çıxan təyyarə İstanbula endi. İki xanım, iki kişi Amsterdama “Qloballaşma dövründə humanitar elmlərin rolu: Avropa modeli” mövzusunda elmi konfransa gedirdilər.
İstanbulda dörd saat gözləmək lazım idi. Vaxt az olduğundan şəhərə çıxıb gəzməyin mənası yox idi, əsnəyə-əsnəyə məsləhətləşib aeroportda gözləmək qərarına gəldilər.

Sahilə və Yavər Elmlər Akademiyasının elmi işçiləri, İlhamə Dövlət İqtisad Universitetində baş müəllim, Murad BDU-nun dosentidir.
Dörd azərbaycanlı İstanbulun beynəlxalq aeroportunun nəhəng zalında yavaş-yavaş gəzişirdilər.
Dördü də əvvəlcə parfyum malları satılan mağazaya girdilər.
Sifətlərində gecəki yuxusuzluğun izləri yox olmuşdu, daha əsnəmirdilər, gözləri parıldayırdı, ora-bura qaçırdı.
Ətirlərə ən çox on ildən artıq akademiyada baş elmi işçi işləyən, hələ də əri, on iki yaşlı oğluyla köhnə, təmirsiz yataqxanada yaşayan Sahilə baxırdı.
Ardı →

Cahil cəmiyyət I Evdar qadın xarakteri

Cahiliyyə cəmiyyətinin çox böyük diqqətlə tətbiq etdiyi xarakterlərdən ilki   «evdar qadın xarakteri» dir. Bu xarakter demək olar ki bütün cəmiyyətin tərəfindən çox yaxşı bilinir  və hansı mədəniyyətdənolursa olsun dünyanın dörd bir tərəfindəki qadınların böyük əksəriyyəti tərəfindən tətbiq olunur. Bu xarakter, hardasa  hər qız uşağının, uşaqlıq illərindən etibarən etina etdiyi və bir gün mütləq yaşamaq istədiyi modeldir. Bu mövzuda onlara nümunə olan ən yaxın insan da analarıdır. Analarını və ətraflarındakı digər qadınları müşahidə etmələri nəticəsində, yetkin bir qadının necə şəxsiyyətə sahib olacağı, həyatını hansı ideallar üzərinə quracağı,  ya da günlərini necə keçirəcəyi haqqında uşaqların ağıllarında yavaş yavaş bir model formalaşmağa başlayır.
Ardı →

Kasıb uşağın dilindən

  1. Göyə uçurmağa bir şarım belə yox. Şar paylayan bir əmim də yox...
  2. Ayaqlarım palçıq içində, geyməyə ayaqqabım yox...
  3. Əynimdə bərli-bəzəkli məktəbli paltarlarım yox...
  4. Xəstələnmişəm, həkimim yox. Getməyə xəsətxanam, dərman almağa imkanım yox.
  5. Ucqar dağların arxasında yaşayıram, əgər başıma bir iş gəlsə şəhərə gəlməyə imkanım, dizimdə taqətim yox.
  6. Anam qardaşımı ucqar dağ yollarında, qar içində dünyaya gətirdi. Anamın nə bir həkimi, nə də əlindən bir tutanı yox.

Davamı →

Şəxsiyyəti qorumaq mübarizəsi

Almaniyada bəzi şirkətlərdə yan-yana üç meymun balası heykəli qoyulur. Onlardan biri əlləri ilə gözlərini, digəri qulaqlarını, üçüncüsü isə ağzını bağlayıb. Alman dilində buna “nicht sehen, nicht horen und nicht sprechen” deyirlər. Yəni “görmürəm, eşitmirəm, danışmıram”. Azərbaycandakı dostlarımdan biri isə bu hadisəni mənə bir az zənginləşdirərək danışmışdı. Onun çəkdiyi misalda belə bir əlavə var idi: “görməməyi, eşitməməyi, danışmamağı qəbul edirəm, amma hiss etməməyimi istəmə, o mənlik deyil”.
Davamı →