Gecikməyə son

Bəzən avtomobilin xarab olması, tıxacda qalmaq, yatıb qalmaq və s. səbəblərdən vaxtında təyin olunan yerdə ola bilmirik. Bəziləri öz iradələrindən asılı olmadan, hər hansı bir hadisə nəticəsində gecikdikləri halda, bəziləri üçün bu artıq həyat tərzidir. Əslində problem bu həyat tərzinin işə, dərsə, münasibətlərimizə bağlılıq hissi göstərən cəmiyyətdə böyük şübhə ilə qiymətləndirilməsidir.

Əgər xroniki gecikmə həyatınıza ciddi şəkildə təsir edir və sizin həyat yolunuzu müəyyən edirsə, siz iş təklifləri, böyük imkanlar, dəyərli dostluqlar və daha bir neçə şeyi əldən vercəksiniz. Aşağıdakı tövsiyyələr sizə bu daimi vərdişin psixoloji aspektlərini aşkara çıxarmaq və ondan yaxa qurtarmaq üçün kömək olacaqdır.

Bəzi ölkələrin mədəniyyətləri üçün gecikmə normal və səciyyəvi xüsusiyyətdir. Əgər vaxta önəm verilən bir mədəniyyətdə yaşayırsansa, ən azı interaktiv həyatına təsir göstərə biləcək məqamlarda daha dəqiq olmalısan. Nəzərə alın ki, bütün bunlar sizin müdiriniz, övladızın müəllimi, iş intervyusu alan şəxslə münasibətlərinizə əsaslı şəkildə təsir göstərəcəkdir.
Ardı →

İntihar etməmək üçün 100 səbəb

intiharSon dövrlər ha istədim bu intihar xəbərlərinə qulaq tıxayım, internetdə gedən bu pessimizm, depressiya gətirən xəbərlərə gözümü yumum, mümkün olmadı. Bəd xəbərlərin qolları məndən güclü çıxdı. Əslində, intihar haqqında yazmağı çoxdan düşünürdüm. Belə ki, hardasa 2-3 il bundan qabaq ölkədə, sanki, intihar bumu yaşanırdı. İntihar edənlərin də çoxu az yaşlı uşaqlar və cavan gəlinlər idi.

Məni dəhşətə salan xəbərlər 7-9 yaşlı uşaqların intihar etməsi idi. Belə sadə və eyni zamanda da faciəli sual məni girinc-giriftar eləmişdi: “7 yaşında uşağın kəndiri bağlamağa gücü, hündür yerə əli və intihar etməyə cəsarəti necə çatırdı?” 
Bu tip xəbərlərin sonu insanı daha da qıcıqlandırırdı: “Cinayət işi başlanıb, fakt üzrə araşdırma aparılır”. Amma sonradan intihar üzrə heç bir araşdırma faktının nəticəsi xəbər saytlarında yayımlanmırdı. Xəbər saytları, sanki, intihar xəbərlərinə daha maraqlı idilər, nəinki, onun araşdırma nəticəsinə.

İndi yenidən bu intihar dalğasının ölkəmizi bürüməsindən sonra məni fikir götürdü. Nədir axı səbəb? Hərçənd ki, bu məsələ ilə sosial institutlar, psixoloqlar, dövlət orqanları məşğul olmalıdır. Bəlkə, məktəblərdə bununla bağlı yeni dərs salınmalı, “İntihar etməmək üçün 100 səbəb” adlı dərslik üzrə də tədris olunmalıdır.
Ardı →

Evlərdə uşaqlar üçün yaradılmış həbsxanalar

Uşaqların kompüter və televizor qarşısında keçirdikləri vaxtı tarazlaşdırmaq valideynlərin vacib vəzifələrindən biridir. Kompüter və televizora gün ərzində 1-2 saatdan çox vaxt ayırmaq olmaz.

Kompüter və televizor asılılığı
Xüsusilə, uşaqlar tətil zamanı kompüter və televizorların qarşısından qalxmırlar. Ancaq bu vəziyyət uşaqların inkişafına mənfi təsir edir. Həddindən artıq televizora baxmaq, uşaqlarda sosial inkişaf geriliyindən piylənməyə qədər müxtəlif pis nəticələr doğura bilir.
2 yaşdan kiçik uşaqların isə televizora baxmaqları çox ziyandır.

Televizorun uşaqlara təsiri
Körpəlik dövrü 0-2 yaş arasıdır. Bu müddətdə televizora baxan körpələrin inkişafında gerilik müşahidə edilir. Uşaqlar yaşıdları və böyüklər ilə ünsiyyət qurmağa həddindən artıq ehtiyac duyurlar. Televiziyada uşaqlara uyğun olmayan proqramlar, onların qorxmasına və zorakılığa meylli olmasına səbəb olur. Valideynlər uşaqların kompüter və televizor arxasında keçirdikləri vaxta nəzarət etməlidirlər. Bunun üçün sərhədlər, limitlər qoymalı və nəzarət etməlidirlər.


Ardı →

Sevmədiyiniz həmkarlarınızla ünsiyyət yaratmanın yolları

Korporativdə işləmək müxtəlif xarakterli insanlarla qarşılıqlı əlaqə saxlamaq deməkdir. Bəzən işləməli olduğunuz insanlarla qaçılmaz münaqişələr yaşamalı olursunuz. İşləyəcəyiniz komanda və ya şirkəti seçmək isə sizin əlinizdə deyil. Belə bir vəziyyətdə edə biləcəyiniz ən yaxşı şey neytral qalmaq və əlaqələrinizdə peşəkarlığınızı qoruyub saxlamaqdır.

Lakin elə də sevmədiyiniz həmkarınızla yaxşı əlaqələr qurmaq niyyətindəsinizsə, aşağıdakı məsləhətlərə diqqət edin:
Ardı →

İş ciddiliyi stress yaradır

«Bəylər niyə gülmürsünüz? Mən gülməsəm gecə-gündüz qanımda gəzən qorxudan ölə bilərəm. Sizin də mənim qədər bu dərmana ehtiyacınız var. ” (Abraham Lincoln, Vətəndaş Müharibəsi Dövründə)

Bir çox insan üçün çox klişe bir söz var — »İşlə əyləncəni bir-birinə qarışdırmaq olmaz."

Biznes ciddi insanlarla doludur. Ağıllı sözlər söyləməyə çalışan, ehkam kəsən, tənqid edən insanlarla günün səkkiz saatını keçirmək çox da əyləncəli deyil. Hətta sağlamlıq baxımından da olduqca riskli bir vəziyyətdir. Həkimlərə müraciət edən xəstələrin 68%-i psixosomatik xəstələrdir.

Yəni gündəlik həyatda yaşanan stress və ruhi çətinlik  bədənə, orqanlara, hüceyrələrə təsir edir və psixoloji qaynaqlı narahatlıqlar meydana gəlir. Ruhi gərginliyin nəticəsi olaraq bədənin fiziki mənada müqaviməti qırılır, immunitet sistemi çökür və müxtəlif xəstəliklərə tutulma ehtimalı artır.


Ardı →

İçimizə atdıqlarımız və içindən çıxa bilmədiklərimiz

Bir insan niyə içinə atar? Niyə duyğularını basdırar? Basdırdığı və içinə atdığı şeylər nə qazandırar? Nə itirdər?
Buna görəmi hər şey qarışıq olar, içindən çıxılmaz bir hal alar, keçməkeçli olar, viran olar, xarab olar, betər olar?

Duyğuların basdırılmaması, içə atılmaması lazım olduğu həmişə deyilir, ancaq bunu hər kəs bacara bilərmi? Bir çox insan; qışqırıb çığırmalı, ağlamalı olduğu zaman göz yaşlarını içinə axıdar. Yaşadığımız mənfi hadisələr, basdırılan duyğular, danışıb izah edə bilmədiyimiz və ya haqsızlığa uğradığımız anlar. Gün gələr bunlar, fiziki xəstəlik olaraq ortaya çıxır.


Ardı →

Mən heç bir işi axıra çatdıra bilmirəm

Onlar hər bir işə böyük həvəs ilə başlar, lakin onu axıra çatdıra bilmirlər. Tezliklə eyni həvəslə başqa bir işə başlayar, lakin bunun da sonu eyni aqibətlə bitər.

Müəyyən mənada deyə bilərik ki, belə insanlar zamandan kənarda yaşayır. Onlar psixikanın şüurlu tərəfi ilə münaqişədə olan şüursuzluğun təsiri altında hərəkət edirlər. Keçmişdə yaşanan narahatedici hadisələr indi də onlara mane olur və nəticədə onlar səbəb-nəticə əlaqələrini müəyyən edə bilmirlər. Eyni zamanda davamlı və məsuliyyətli işləməyə də mane olur. Lakin bu yolla onlar özlərini də müdafiə edirlər ki, mənfi emosiyalardan və güclü narahatedici hadisələrdən qorunsunlar.


Ardı →

Boşananlara məsləhətlər və təsəllilər

“Daha yaxşılarına layiqsən”
Boşanma müddətində vəkil, şahid, məhkəmə, maddi sıxıntılar, evdən köçmək kimi problemlərə başı qarışan dostunuz, sizdən nə gözləyir? Əlbəttə ki mənəvi dəstək, — yəni xoş bir söz, bir təsəlli. “Huffington Post” saytı, bax, bu məşhur təsəlliləri və dostunuzun eşitmək istədiyi 10 sözü toplayıb. Oxuyun, həmin dövrdə çox həssaslaşmış dostunuza nələr deməlisiniz, onları öyrənin...

Bunları eşitməlidir:

Tədbirə mənimlə gedərsən?”: Həyat yoldaşından ayrılan biri üçün ən pis şey hansısa tədbirə tək getməkdir. İllərlə “tək getmək” problemi olmayan “dul” birdən-birə özünü tədbirdə çox tənha hiss edir. Dostunuza edə biləcəyiniz ən yaxşı şey ona tədbirlərdə yoldaş olmaqdır.


Ardı →

Sevgini öldürən 3 səhv

  • Sevgi
Sevgilinizlə aranızda problem varsa, bu səhvləri etməyin…
Bütün sevgilərin arasında hərəsinin özünəməxsus problemləri olur. Lakin bəzi məsələlər var ki, bütün cütlüklər bu hallarla qarşılaşır. 

Mən hər şeyi bilirəm
Bütün problemlərin cavabını bilə bilərsiniz. Lakin mütəmadi olaraq həyat yoldaşınızın səhvlərini üzünə vurmaqla, nəyi eləməli olduğunu söyləməklə onun əsəblərini pozmaqdan başqa işə yaramaz. Onun səhvlərinin tez-tez düzəltməklə öz imicinizi zədələyir və qaşı tərəfin gözündən düşürsünüz. Səbrli olun, özünüzü isə “dahi” kimi göstərməyin. Həm də unutmayın ki, tez-tez səhvi düzəldilən insan fikirini bəyan etməyə çəkinir. Bu zaman isə kişi ilə qadın arasında üsnsiyyət azalır. 

Ünsiyyət qura bilməmək 
Sevginizin davam etməsini istəyirsinizsə, mütəmadi olaraq əlaqə saxlamalı və üsniyyət qurmalısınız. Sizi sıxan hər hansı problem varsa, onu ürəyinizə atmayın, paylaşın. Problemi qarşı tərəfin özünün başa düşməsini gözləməyin. Siz bunu qarşılıqlı oturub müzakirə etməsəniz, o, bunu necə başa düşə bilər? Eyni şey onun üçün də keçərlidir. Əgər onun qəmgin və halsız olduğunu müşahidə edirsinizsə, nə baş verdiyini mütləq soruşun. Unutmayın ki, problemlər insanları bir-birinə yaxınlaşdırır. Dərdləri və problemləri gizli saxlamaq isə sevgililəri bir-birindən daha da uzaqlaşdırır. 

Mütəmadi olaraq özünü müdafiə etmək 
Həyat yoldaşı tərəfindən başa düşülməyən insanlar çox zaman özünü müdafiə taktikasına keçirlər. Mütəmadi olaraq özünü müdafiə etmək ayrılığı da özü ilə birlikdə gətirir. Hər reaksiyaya bəhanə tapmaq və qarşı tərəfin hər hansı hərəkətinə “sən bunu məndən çox edirsən” deyib oxları ona tərəf çevirməklə sizə olan sevgisiniz azadldırsınız. Onu dinləmədən öz fikrini demək münasibətlərə mənfi təsir göstərir. 
Davamı →

Evlilikdə tənqid

«Tənqid „sözünü düşünmənizi istəyirəm. “Tənqid» deyilincə düşüncənizə nə cür çağırışımlar, hansı xatirələr və necə duyğular gəlir?  Bu an nələr düşündüyünüzü bilə bilmərəm ancaq ümumi şəkildə təxmin etmək olar: Ehtimalla ağılınıza gələn düşüncələrin böyük bir qismi mənfiliklər ehtiva etməkdədir.

Tənqid təsirli istifadə özümüzü və ətrafımızı müsbət istiqamətdə dəyişdirə bilməmiz üçün çox təsirli bir üsuldur. Çox təsirli üsul olduğu kimi istifadəsi diqqət istər və səhv istifadəsi ciddi mənada zərər verə bilər.

Tənqid təməldə bir adamda ya da hadisədə öz fərdi fikirimizə görə doğru və səhv tərəfləri ifadə etməmizdir. Yaşadığımız həyatı özümüz üçün daha əlverişli bir hala gətirmək üçün tənqid edərik. Ancaq klassik tənqid üsulları insanlarda həmişə mənfi çağrışımlar oyandırdığı və bir növ hücum hesab edildiyi üçün çox vaxt heç dinlənilmədən avtomatik bir şəkildə tənqidi hədəfindəki adamı müdafiə davranışına itələyər.


Ardı →