Propolisin (arı yapışqanı) nadir xüsusiyyətləri

Bütün digər arı məhsulları kimi, bu maddə də çox nadir xüsusiyyətlərinə malikdir.
Propolisi istehsal etmək üçün arılar ağacların tumurcuqlarından damcılarla şirə yığır və bu şirəni öz fermentləri ilə zənginləşdirirlər.
Arı pətəyində bu maddə çox vacib funksiyaları yerinə yetirir. Məhz propolisə görə arı pətəyində olan mühit tam sterildir — orada mikroorqanizmlər (bakteriyalar, viruslar, göbələklər, birhüceyrəlilər və s.), praktik olaraq, yoxdur. Bu alimlərin çoxsaylı tədqiqatları zamanı dəqiq sübut olunub. Arılar propolislə pətəyin çatlarını və şanıları qapayır  ki, ora xarici mühitdən zərərli mikroorqanizmlər düşməsin.
Propolis insan orqanizminin bir çox orqan və sistemlərinə müsbət təsir edir. Propolis çox yüksək bakterisid (bakteriyaları öldürən) və iltihabəleyhinə xüsusiyyətlərinə malikdir. Propolis bir çox ziyanlı bakteriyaları və virusları öldürür və ya onların çoxalmasını dayandırır. Bu virus və bakteriyaların arasında — kokklar (streptokokklar, stafilokokklar və s.), qrip və herpes virusları, vərəm çöpü, kandida göbələyi və s.
Davamı →