Ən yaxşı onlayn proqram təminatının inkişafı kursu

Proqram təminatının inkişafı, xüsusi proqramlaşdırma dilindən istifadə edilməklə müstəqil və ya fərdi proqram təminatının yaradılması prosesidir. Proqram təminatının hazırlanması adətən əməliyyat proqram təminatının yaradılması ilə nəticələnən bir neçə addımdan və ya mərhələdən ibarət planlaşdırılmış bir işdir.

Davamı →

Şəbəkə texnologiyaları

Daha aşağı səviyyənin vəzifəsi verilənləri qəbul etmək, öz informasiyasını (məsələn: başqa kompüterdəki uyğun səviyyə ilə düzgün qarşılıqlı əlaqədə olmaq üçün formatlama və ya ünvan) əlavə etmək və verilənləri sonrakı səviyyəyə ötürməkdir. İnformasiya yalnız şəbəkə modelinin ən aşağı səviyyəsinə — fiziki səviyyəyə çatdıqdan sonra ötürmə mühitinə düşür və alan kompüterə çatır. İnformasiya göndərildiyi səviyyəyə alan kompüterdə çatanadək onun bütün səviyyələrini əks ardıcıllıqla keçir.
Göründüyü kimi, şəbəkədə proqramların "ünsiyyəti" sizin tanışınızla poçt vasitəsilə ünsiyyətinizə çox bənzəyir. Mətni yazdığınız kağız vərəqi yuxarı səviyyədən bir sıra zəruri mərhələni keçərək aşağıya ötürülür. Bu zaman o, xidməti informasiya (müəyyən növ zərf, zərfin üzərində ünvan, poçt indeksi) ilə "örtülür" və müəyyən emala məruz qalır (poçt şöbəsindəki poçtalyon məktubu götürür, zərfin üzərinə markalar yapışdırır, ştempel vurulur, çeşidləmədən sonra isə məktub başqa şəhərə göndərilmək üçün poçt konteynerinə düşür). Bu qayda ilə sizin informasiya ən aşağı səviyyəyə — poçt nəqliyyatına çatır ki, oradan da təyinat məntəqəsinə daşınır. Orada əks proses baş verir: konteyner açılır, məktub çıxarılır, ünvan oxunur və poçtalyon məktubu tanışınıza çatdırır. Sonra isə tanışınız zərfi açıb məktubu çıxarır və mətni oxuyaraq sizin ona vermək istədiyiniz ilkin informasiyanı alır.
İndi gəlin OSI modelinin səviyyələri ilə yaxından tanış olaq.
1-ci səviyyə — Fiziki (Physical). Burada 2-ci səviyyədən (kanal səviyyəsindən) alman strukturlaşdınlmamış verilənlər axınının fiziki mühitlə (elektrik və ya işıq siqnalları şəklində) ötürülməsi həyata keçirilir. Fiziki səviyyə bağlantını (link) dəstəkləməyə cavabdehdir və elektrik, optik, mexaniki və funksional interfeysləri ətraflı (məsələn: gərginliyi, tezliyi, dalğa uzunluğunu, bağlayıcıların növlərini, siqnalların kodlaşdırılma sxemini və s.) təsvir edir.
2-ci səviyyə — Kanal (Data-link). Özündən yuxarıdakı şəbəkə səviyyəsindən (3-cü səviyyədən) aldığı verilənlərin səviyyəyə xətasız ötürülməsini təmin edir. Çünki fiziki səviyyə özü xətaların yoxluğuna zəmanət vermir və verilənləri təhrif edə bilər. İnformasiya bu səviyyədə kadrlara (frame) yerləşdirilir: kadrın başlanğıcında alanın və göndərənin ünvanlan, idarəedici informasiya, sonunda isə ötürülmə zamanı yaranan xətalan aşkarlamağa imkan verən yoxlama cəmi (checksum) olur.
3-cü səviyyə — Şəbəkə (Network). Şəbəkənin istənilən (hətta dünyanın müxtəlif yerlərindəki) nöqtələri arasında rabitənin təmin edilməsinə cavabdehdir. Şəbəkə çoxlu sayda rabitə xətləri ilə birləşdirilmiş ayrı-ayrı şəbəkələrdən ibarət ola bilər. İnformasiya göndərəndən alana həmişə birbaşa marşrutla ötürülmür, yolda o, bir şəbəkədən başqasına yönələ bilər və ya bir adresata müxtəlif marşrutlarla göndərilə bilər. Bu səviyyənin məqsədi informasiyanın verilməsi üçün marşrutu qurmaq, dəstəkləmək və açıq saxlamaqdır.
4-cü səviyyə — Nəqliyyat (Transport). İnformasiyanın bir kompüterdən başqasına çatdırılmasına zəmanət verir. Bu səviyyədə göndərən kompüterdə böyük verilənlər blokları daha kiçik paketlərə bölünür və lazım olan ardıcıllıqla alan kompüterə göndərilir. Alan kompüterdə paketlər yenidən ilkin verilənlər blokları şəklində yığılır.
5-ci səviyyə — Seans (Session). Şəbəkənin müxtəlif kompüterlərindəki iki şəbəkə proqramı arasında bağlantını qurmağa, saxlamağa və bitirməyə imkan verir. Belə bağlantıya şəbəkə seansı deyilir. Bu səviyyə yarımçıq kəsilmiş rabitə seanslarının bərpasına da cavabdehdir. Bundan başqa, insanlar üçün əlverişli olan kompüter adlarının şəbəkə ünvanlarına çevrilməsi (adların tanınması) da beşinci səviyyədə yerinə yetirilir.
6-cı səviyyə — Təqdimat (Presentation). Kompüterlər arasında ötürülən informasiyanın formatını müəyyənləşdirir. Verilənlərin yemdən kodlaşdırılması (informasiyanın mübadilədə iştirak edən bütün kompüterlərin anlayacağı şəklə salınması), sıxlaşdırılması və açılması, şifrləmə və şifrin açılması, şəbəkə fayl sistemlərinin dəstəklənməsi kimi məsələlər burada həll olunur.
7-ci səviyyə — Tətbiqi proqram (Application). Şəbəkədəki kompüterlərdə işləyən tətbiqi proqramlar arasında qarşılıqlı əlaqə interfeysini təmin edir. İstifadəçi məhz bu proqramların köməyi ilə faylların mübadiləsi, elektron poçtun göndərilməsi, uzaqdan erişim və başqa şəbəkə xidmətlərinə çıxış əldə edir.

Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 11 — Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün İnformatika fənni üzrə DƏRSLİK 
Davamı →

Tətbiqi proqram təminatı

Tətbiqi proqram təminatı istifadəçinin hər hansı məsələni həll etmək məqsədilə yaradılır və sistem proqramlarının idarəsi altında işləyir.
Tətbiqi proqram paketləri (TPP) istifadəçi tərəfindən həll edilən məsələnin avtomatlaşdırılması üçün çox güclü alətdir və praktiki olaraq, onun informasiyanın emalında kompüterin bu və ya digər funksiya və prosedurlarının necə yerinə yetirlməsini bilməkdən azad edir. Hal- hazırda, öz funksional imkanlarına və reallaşdırma üsullarına görə fərqlənən çox geniş spektrli TPP mövcuddur.
TPP – müəyyən olunmuş sinif məsələləri həll üçün təyin olunmuş kompleks proqramdır.
TPP- lərinin aşağıdakı növləri var:
-        ümumi təyinatlı (universal)
-        üsulyönlü
-        problemyönlü
-        qlobal kompüter şəbəkələri


Ardı →

Sistem proqram təminatı

Proqram təminatı sistemini yerinə yetirdikləri funksiyalara görə iki hissəyə bölmək olar:

  • sistem proqram təminatı
  • tətbiqi proqram təminatı 

Sistem proqram təminatı (SPT) kompüterdə informasiyanın emalı prosesinin təşkili ilə yanaşı tətbiqi proqramlar üçün normal mühiti təmin edir. SPT kompüterin aparat vasitələri ilə sıx əlaqədə olduğundan, bəzən onu kompüterin bir hissəsi də hesab edirlər. SPT- yə aşağıdakılar daxildir.

  • əməliyyat sistemləri
  • servis proqramları
  • proqramlaşdırma sistemləri
  • texniki xidmət proqramları

Ardı →

Proqram təminatı

Kompüterin hər hansı bir işi yerinə yetirməsi üçün aparat təminatı ilə yanaşı,ona göstərişlər toplusu, yəni proqramlar lazımdır. Klaviaturada kla vişin basılmasına,siçanın hərəkətinə, başqa kompüterdən informasiyanın alınmasına və digər hərəkətlərə kompüterin necə reaksiya verməsini məhz proqramlar müəyyən edir. Ekrana gö rün tünün çıxarılmasını, sənədin printerdə çap olunması üçün hazırlanmasını, kom püterdə musiqinin səsləndirilməsini proqramlar həyata keçirir.
Ardı →