Ada Lavleys (Ledi Bayron)

Avqusta Ada Kinq (qrafinya Lavleys) qısaca olaraq Ada Lavleys (10 dekabr 1815-ci il London 27 noyabr 1852 London) ingilis riyaziyyatçısıdır.
Hər şeydən əvvəl Çarlz Bebbic tərəfindən hazırlanmış layihə əsasında hesablama maşının ilk dəfə təsvirini verən şəxs kimi tanınmışdır.
10 dekabr 1815-ci ildə doğulub, Avqusta ingilis şairi Corc Qordon Bayron və onun arvadı Anna İzabella Bayronun (Anabella) yeganə qanuni övladı idi. Anna İzabella Bayron riyaziyyatla məşğul olduğu üçün əri tərəfindən ona «Paraleloqramlar şəhzadəsi» ləqəbi verilmişdir. İlk və son dəfə Bayron qızını dünyaya göz açmasından 1 ay sonra 21 aprel 1816-cı ildə görür və rəsmi boşanma kağızı ilə arvadından boşanır və ömrünün sonunadək İngiltərəni tərk edir.

Davamı →

Ən yaxşı onlayn proqram təminatının inkişafı kursu

Proqram təminatının inkişafı, xüsusi proqramlaşdırma dilindən istifadə edilməklə müstəqil və ya fərdi proqram təminatının yaradılması prosesidir. Proqram təminatının hazırlanması adətən əməliyyat proqram təminatının yaradılması ilə nəticələnən bir neçə addımdan və ya mərhələdən ibarət planlaşdırılmış bir işdir.

Davamı →

Altproqram

Gördüyünüz kimi, aşağıda verilmiş fiqurlar bərabər sayda eyniölçülü kvadratlardan təşkil olunub. Ona görə də həmin fiqurları qrafik redaktorda eyni asanlıqla çəkmək olar: sadəcə, bir kvadratı çəkib, sonra isə onu çoxalda- raq tələb olunan mövqeyə yerləşdirmək lazımdır. Ancaq O, S, J, T fiqurlarını ALPLogo mühitində çəkməyə cəhd etsəniz, onların proqramlarının I fiqurunun proqramı qədər sadə olmayacağını görəcəksiniz. Bunun səbəbi ardıcıl çəkilən kvadratların başlanğıc mövqeləri arasında qanunauyğunluğun olmamasıdır. Ona görə də bu məsələnin bir dövr daxilində həlli çətinlik yaradır. İndi öyrənəcəyiniz yanaşma isə problemi asan yolla həll edir.

Davamı →

Veb-proqramlaşdırma nədir

Bildiyiniz kimi, İnternetin çoxsaylı xidmətləri var və onlardan ən məşhuru WWW (World Wide Web — “Dünya hörümçək toru”) xidmətidir. Bu xidməti hipermətnə əsaslanan paylanmış informasiya sistemi kimi təyin etmək olar; burada «paylanmış» sözü onu bildirir ki, veb-brauzerinizin əks etdirdiyi verilənlər qonşu kompüterdən də götürülə bilər, dünyanın o biri başındakı serverdə də yerləşə bilər; məsələn, bir serverdə yerləşdirilmiş veb-səhifədə tamamilə başqa serverdə saxlanılan qrafik faylın dəqiq ünvanını göstərməklə ona istinad vermək olar və həmin qrafik görüntü verilmiş veb-səhifədə əks etdirilə bilər.
WWW-da informasiya veb-səhifələr şəklində təqdim edilir. Veb-səhifədə adi mətn və ya hipermətn, eləcə də istənilən başqa növ verilənlər, o cümlədən qrafika, musiqi və ya video ola bilər. Bundan başqa, veb-səhifədə onun yerləşdiyi serverdə və ya İnternetdəki hər hansı serverdə saxlanılan başqa veb-səhifələrə istinadlar yerləşdirilə bilər.
Davamı →

Süni intellekt

Robotlar haqqında nə bilirsiniz?
Sizcə, hansı işlərdə robotlar insanlardan üstündür?
Məşhur Microsoft şirkətinin qurucularından biri Bili Geytsin proqnozlarına görə, elm və texnikanın yaxın gələcəkdə əsas inkişaf istiqaməti robototexnika (robotics) olacaqdır. Robotlar hərəkət etməklə verilmiş tapşırıqları yerinə yetirən fiziki qurğulardır. Bu məqsədlə robotlar ayaqlar, təkərlər, kabellər, tutacaqlar kimi icraçı mexanizmlərlə təchiz edilir. Bundan başqa, robotlarda ətraf mühitdən verilənləri qəbul etmək üçün sensorlar da quraşdırılır.

Davamı →

OPEN MP haqqinda qisa

OPEN  MP –nin  əsas  xarakteristikaları.

Hal  hazırda  ən  çox  istifadə   olunan   proqramlaşdırma  vasitələrdən  biri  OPEN   MP  vasitəsidir.   Bu  vasitə  ancaq  ümumi  yaddaşlı    kompüterdə  istifadə  olunur.

         Open  Mp-dən  istifadə   edərək  funksiyalar,  əmrlər   və  əmrlər   yığımına   hər  hansı  bir  paralel   hesablamaları   aparmaq   mümkündür.

         Open  Mp   texnologiyası   elə  hesablanır   ki,  ancaq  paralel   və  ardıcıl    hesablamaq  üçün   istifadəçinin  yalnız  bir  variantı  olsun.

         Open  Mp-nin  müxtəlif  standartları  var. Hər  bir standartın  özünə  aid   xüsusiyyətləri   mövcuddur.  Burada    əməliyyatlar  aşağdakı  kimi   yerinə  yetirilir.   Yəni,  başlanğıc  əməliyyat  baş  əməliyyat  olur  və  onun  ardınca  digər  köməkçi  əməliyyatlar  paralel  hesablamalar   aparır.

  • Master
  • Solve

Ardı →

Proqramların hazırlanması

Proqramlaşdırma nəzəriyyəsi ilə praktik proqramlaşdırma paralel inkişaf etmişdir. İnkişafın ilk mərhələsində informasiya emalının riyazi nəzəriyyəsi hazırlanmış və elə həmin dövrdə də proqramların düzgünlüyünü yoxlayan vasitələr və səmərəli translyatorların yaradılması prinsipləri işlənib hazırlanmışdır. O zamanlar proqramçılara çox yüksək ixtisaslı işçilər kimi baxılırdı. Bu, nadir peşələrdən idi, proqramların istehsalı isə hələ kütləvi xarakter daşımırdı.
Kompüterlərin sonrakı inkişafı və yayılması ağırlıq mərkəzini tətbiqi sahəyə keçirdi. Proqramçıların, eləcə də proqramların sayı artaraq, milyonlarla hesablanmağa başladı.
Ardı →

Proqramlaşdırma dilləri

Dilini bilmədiyimiz insana nəyi isə başa salmaq üçün ya jestlərdən, ya da onun başa düşdüyü dildəki sözlərdən istifadə edirik. Kompüterin mərkəzi qurğusu olan prosessorun da öz dili var.
Maşın dili.
Kompüterin bilavasitə “başa düşdüyü” yeganə dil – sadəcə, ədədlər yığınından ibarət olan maşın dilidir [machine language]. Ədədlərlə işlədiyindən prosessor üçün komandaları kodlaşdırmaq, məsələn, ədədlərlə ifadə etmək lazımdır. Tutaq ki, 1 – toplamanı, 2 – vurmanı, 3 – bölməni (yaxud uyğun olaraq 01, 02, 03) və s. bildirir. Müəyyən əməliyyatı yerinə yetirmək üçün proses sora komandalardan əlavə verilənlər də lazımdır. Sadəlik üçün, tutaq ki, hər hansı uydurma prosessorun komandasının ümumi şəkli belədir:
Ardı →