Qırmızı rəngli meyvə və tərəvəzlər prostat xəstəliklərinin qarşısını almağa kömək edə bilər

Prostat sonradan yaranmış bir orqan deyil. Kişi cinsində doğulan hər bir kəsdə bu doğulduğu ilk gündən var. Sadəcə olaraq 30-40 yaşdan sonra bu vəzidə müəyyən xəstəliklər başlaya bilər. Prostat vəzinin üç tip xəstəliyi var: iltihabi xəstəliklər, prostat vəzinin xoşxassəli və bədxassəli böyüməsi. İltihabi xəstəliklər gənc, təxminən 30-40 yaşlarda meydana çıxan və bu yaşda olan kişilər arasında “populyar” xəstəlikdir. Demək olar ki, həyatında prostat vəzinin iltihabını yaşamamış kişiyə nadir rast gəlinir. Bu təbii ki, orqanın yerləşməsinə, həyat tərzinə, qeyri-müntəzəm cinsi əlaqəyə, keçirilmiş iltihabi xəstəliklərə, partnyor sayının çox olmasına bağlı problemdir.

Davamı →

Prostat vəzin böyüməsi. Prostat vəzin böyüməsi yaxud xoşxassəli hiperplaziyası

Prostat vəzin adenoması 40 yaşdan yuxarı kişilərdə müşahidə olunur və yaş artdıqca daha çox aşkarlanır.Prostat vəzin böyüməsi 50 yaşdan yuxarı kişilərdə ən çox rast gəlinən uroloji xəstəlik olmaqla yanaşı həm də ən çox əməliyyata səbəb olan xəstəlikdir. Prostat vəzin adenomasına prostat vəzin xoş xassəli hiperplaziyası da deyilir. Bu xəstəlik prostat vəzin həcminin böyüməsi nəticəsində sidik kisəsi boynunun deformasiyası, sidik kanalının prostatdan keçən hissəsinin daralması, uzanması və bununla əlaqədar olan şikayatlərin müydana çıxması ilə müşahidə olunur. Sidik kisə, sidik kanalı və prostat vəzin yerləşməsini, mövqeyini təsəvvür etməklə hətta həkim olmayan insan prostat adenomasının əlamətlərinin necə yarandığını anlaya bilər.
Davamı →

Prostatın sağlamlığı üçün vacib olan 5 əsas faktor

Prostat vəzi kişilərin ən vacib orqanlarından biridir. 40 yaşından sonra kişiləri incitməyə başlamasının səbəbi prostat vəzində böyümənin baş verməsidir. Prostat vəzində vaxtından əvvəl böyümənin olmaması üçün 5 əsas ünsürüdən vaxtında və düzənli istifadə etmək lazımdır:

1. Selenium. Mütəxəssislər gün ərzində qidadan əlavə 200 mq selenium qəbul edən kişilərdə prostat vəzi xəstəliklərinə və xərçənginə yaxalanma riskinin minimum olduğunu təsdiqləmuşlər. Selenium ən çox fındığın, sağımsağın, göbələyin tərkibində olur.
Davamı →

Prostata faydalı olan bitki çayları

Qırmızı yonca çayı
Menopauza səbəli tərləmələrin, psorias xəstəliyinin müalicəsinə yardım etməklə yanaşı, qırmızı yonca çayı prostat vəzin böyüməsinin qarşısını alır. Qırmızı yonca dəmləməsi prostatdakı durğunluğu aradan qaldırmaqla yanaşı, sidiyin sidik kisəsindən tamamilə xaric olmasını təmin edir və prostat xərçənginin ənələ gəlməsinin qarşısını alır.

Cücə palması çayı (Saw Palmetto)
Amerika Birləşmiş Ştatlarında prostat vəzinin böyüməsinə qarşı ən çox içilən çaydır. Xüsusilə də xəstəliyin ilkin mərhələsində içilərsə tam sağalma qeydə alındığı yazılır. Gecələr tez-tez sidiyə çıxma və prostatın dəgər əlamətlərini aradan qaldırır.

Gicirtkən çayı
Gicirtkən çayı bütün Avropa ölkələrində prostat vəzinin müalicəsində istifadə edilir. Mütəxəssislər gicirtkənlə çüçə palması çayının birlikdə dəmləməsinin sidik kisəsinin tam boşalmasına səbəb olduğunu söyləyirlər.
Davamı →