Prostat vəzin böyüməsi. Prostat vəzin böyüməsi yaxud xoşxassəli hiperplaziyası

Prostat vəzin adenoması 40 yaşdan yuxarı kişilərdə müşahidə olunur və yaş artdıqca daha çox aşkarlanır.Prostat vəzin böyüməsi 50 yaşdan yuxarı kişilərdə ən çox rast gəlinən uroloji xəstəlik olmaqla yanaşı həm də ən çox əməliyyata səbəb olan xəstəlikdir. Prostat vəzin adenomasına prostat vəzin xoş xassəli hiperplaziyası da deyilir. Bu xəstəlik prostat vəzin həcminin böyüməsi nəticəsində sidik kisəsi boynunun deformasiyası, sidik kanalının prostatdan keçən hissəsinin daralması, uzanması və bununla əlaqədar olan şikayatlərin müydana çıxması ilə müşahidə olunur. Sidik kisə, sidik kanalı və prostat vəzin yerləşməsini, mövqeyini təsəvvür etməklə hətta həkim olmayan insan prostat adenomasının əlamətlərinin necə yarandığını anlaya bilər.
Davamı →

Prostatit

Prostat vəzi haqqında hamıda müəyyən qədər məlumat vardır. Çoxları bu vəzin xəstəliyinin ancaq  yaşla  əlaqədar olduğunu düşünür. Amma bu belə deyil! Prostat vəzi tək üzvlərdən olub, kiçik çanaqda sidikliyin altında, düz bağırsağın önündə, qasıq bitişməsinin arxasında yerləşmişdir. Vəzin  konsistensiyasi sərt və şəkli şabalıda bənzəyir. Prostat vəzinin iki səthi var:ön səthi qasıq bitişməsinə, dal səthi düz bağırsağa söykənmişdir. Dal səthin ortasında saqital istiqamətdə bir zəif şırım gedir: bu şırım prostat vəzini iki paya bölür: sağ pay və sol pay. Bunların arasında kiçik bir pay da vardır, buna orta pay  deyilir. Bu pay qocalarda hipertrofiya  edərək xeyli böyüyür və sidik buraxmağa maneçilik göstərir. Prostat vəzi sərt birləşdirici toxumadan və saya əzələ liflərindən təşkil olunmuş kapsul ilə əhatə olunmuşdur.


Ardı →