Psixologiya haqqında bilinməyənlər

Psixologiya elmi qədim tarixə malikdir.Psixoloji anlayışlar ilk dəfə sistem şəklində Aristotelin “Ruh haqqında “traktatında şərh olunmuşdur. Traktatın psixologiya deyil ,”Ruh haqqında”adlandırılması təsadüfi deyil. 19-cu əsrin sonlarına qədər psixologiya elmi fəlsəfəyə, ilahiyyata aid edilmişdir. Avropa ədəbiyyatında bəzən onu mental (“mental”-latın sözü olub, psixi olan deməkdir) fəlsəfə, ruhiyyat, pnevmatologiya (pnevma-yunan sözü olub, nəfəs, ruh deməkdir) adlandırmışlar. Azərbaycanda isə psixologiya termini 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində rus psixoloqlarının əsərləri vasitəsilə işlənməyə baslanmışdır.


Davamı →

Psixikanın filogenezdə inkişafı

Psixikanın yaranma və inkişafının öyrənilməsi tarixindən. Psixikanın yaranması və inkişafının öyrənilməsi təbiət elmlərinin, o cümlədən psixologiyanın qarşısında duran mü­rəkkəb, mühüm vəzifələrdən olmuşdur. Hələ eramızdan əvvəl psixikanın (ruh) yaranması, mahiyyəti ilə bağlı iki fərqli dünyagörüşü: idealist və materialist dün­yagörüşü barədə fikirlər irəli sürmüşdülər. İdealistlər hesab edirdilər ki, psixika (ruh) bədəndən asılı olmayaraq   mövcuddur və materiyadan əvvəl yaranmışdır. Materialistlərə görə isə materiya obyektiv gerçəklikdir, bizim şüurumuzdan asılı olmayaraq mövcuddur və daim dəyişir, hərəkətdə olur, inkişaf edir. Psixika yüksək surətdə təşəkkül tapmış materiyanın məhsuludur.
Psixologiya elminin başlıca vəzifələrindən biri də insan psixikasını öyrənməklə bağlıdır. Lakin insan psixikasının təbiətini öyrənmək üçün ilk növbədə pasixikanın necə yaranmasını, canlıların bioloji təkamülü nəticəsində onun necə inkişaf etdiyini və insanlarda necə yeni məzmun kəsb etdiyini müəyyənləşdirmək lazımdır.


Ardı →

Azərbaycanda elmi psixologiya

1920-ci il aprel ayının 28-də XI Qızıl Ordu Bakıya daxil oldu. Azərbaycan Demokratik Respublikasının hakimiyyətinə son qoyuldu, hakimiyyət bolşeviklərin əlinə keçdi.
«1920-ci ilin mayın 12-də «Köhnə orta və ibtidai məktəb tiplərini politexnik məktəblərlə əvəz etmək haqqında» hökümət dekreti elan oldundu. May ayının 26-da isə «Azərbaycan Sovet Sosialist Respublikası vahid əmək məktəblilərinin Əsasnaməsi» qəbul olundu. Bu əsasnamə və dekretdə məktəblərdə təlimin ana dilində və pulsuz aparılması, zəhmətkeş balalarının üzünə açıq olması elan edildi» (F.A.Rüstəmov, Ən yeni dövrün pedaqogika tarixi, B., «Nurlan», 2005, s.62).
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra təhsil müəssisələrinin şəbəkəsi genişləndirildi. Ali məktəblər açıldı. Kadr hazırlığı vacib tələb kimi qarşıya qoyuldu. Lakin ali məktəblərdə çalışan yüksək ixtisaslı kadrlar çatışmırdı.
Ardı →

Ziqmund Freyd və onun dinin yaranması barədə görüşləri

Freyd (1856 -1939) avstryalı psixiatr, psixoloq və psixoanalizmin banisidir. Freydin din barədəki fikirləri onun psixoloji görüşlərindən təsirlənmişdir. O,dinin mənşəyini insanın psixi ehtiyaclarında görür. Freyd üç müxtəlif yolla sübut etməyə çalışır ki, insanların psixikasındakı problemlər bir sıra hadisələrin, o cümlədən, din və dini meyllərin yaranmasının əsas səbəbidir. Bunlardan birində o öz psixoanalist gorüşlərindən istifadə edir, digərində ibtidai insanların tarixinə üz tutur, üçüncü mərhələdə isə yəhudilik və xristianlıq dinlərini araşdırır, dinin mənşəyi barədə fikirlərini açıqlayır.

Freyd dinin mənşəyini psixoanalizm baxımından belə izah edir: İnsanda müxtəlif meyllər mövcuddur. Bu meyllərin kökündə şəhvani meyl (Freyd bunu “libido” adlandırır) dayanır. Şəhvani meyl tam şəkildə ödənilməlidir.
Ardı →