Monomaniya

Monomaniya insanın yalnız bir düşüncədə olması, ona üstünlük verməsindən yaranan xəstəlikdir.

Monomaniya xəstəıiyi müxtəlif növlərə ayrılır:
1. Kapqras sindromu. Bu cür insanlar ətrafındakı insanların həqiqi olmadığına və başqalarının onların yerinə keçdiyinə inanır.

2.
Eretomaniya. Bu cür insanlar hər hansı bir kişi və ya qadının ona aşiq olduğunu düşünərlər, bu şəxslərlə tanış olmasa belə.

3. Freqoli sindromu. Aktyor Freqolinin adından götürülmüşdür. Bu cür insanlar ətrafındakı insanların görkəmlərini dəyişdirdiyinə, başqa birinə çevrildiyinə inanarlar.

4. Genital retraksiya sindromu. Xəstə öz penisinin bədəninə doğru çəkildiyindən şübhələnir.
Davamı →

Sevginin və şiddətin qaynağı | Erich Fromm

Şiddət psixologiyanın araşdırdığı aktual məsələlərdən biridir. Bu mövzu haqda bir çox fikirlər irəli sürülmüşdür, lakin biz Erich Fromnun bu mövzu haqda araşdırmasını sizə təqdim etmək istəyirik. Erich Fromm Sevginin və şiddətin qaynağı adlı kitabında şiddətin qaynaqlandığı səbəblərin bəzi növlərini araşdırmış və qeyd etmişdir. İnsan davranışlarının öyrənilməsində şüuraltının nəzərə alınmasının vacibliyini qeyd edən psixoanaltik, şiddəti öyrənərəkən də şüuraltı məsələsini unutmamışdır.

Erich Fromm qeyd edirdi ki, şiddətin ən sadə növü oyun və ya yarışmalarda ortaya çıxan şiddətdir. Bu şiddət növü nifrətdən, yıxıcıılığa meyillilikdən yox hünər və ya cəsarəti nümayiş etdirmə istəyindən yaranır. Bu cür oyunlarda məqsəd öldürmək deyildir, əgər oyun ölümlə nəticələnərsə, bu rəqibin yanlış mövqedə olduğunu göstərər.
Davamı →

7 psixoloji effekt

1. Yadların insanın davranışına təsiri
Auditoriya effekti. Evdə cırıq köynəkdə də gəzə bilirsiniz, insanlar içində isə özünüzü xanım kimi aparırsınız. Lakin insanın davranışı yalnız kiminlə ünsiyyət qurduğundan deyil, həmçinin yaxınlıqda olan qeyri-ixtiyari şahidlərin sayından da asılıdır. Məsələn, bir kişi xanımın diqqətini cəlb etmək üçün, nəqliyyatda kiməsə yer verə bilər.

Tələyə düşməməyin yolu. Özünüzə tez-tez bu sualı verin: “Mən bunu kiminsə xoşuna gəlmək və təəssürat yaratmaq üçün edirəm, yoxsa həqiqətən bunu istədiyim üçün?”

2. Yeni bir təcrübəyə maraq şəraitində insanlar fərqli davranırlar
Hotorn effekti. Yenilik şəraiti və yeni təcrübəyə maraq bizi başqa cür hərəkət etməyə, çalışqan və loyal olmağa məcbur edir, biz yanlış və adətən əlverişli nəticə əldə edirik. Məsələn, supermarketdə sizə yeni dada malik balıq pastasının dadına baxmağı və kiçik bir anket doldurmağı təklif edirlər. Siz bu yeniliyi yüksək qiymətlədirirsiz, evdə isə başa düşürsüz ki, onun xüsusi bir dadı yox idi.
Davamı →

Cinslərarası münasibətdə musiqinin rolu

musiqiÇarlz Darvinin insan cəmiyyətində və sosial cinslərarası münasibətdə musiqinin vacib roluna dair hipotezi təcrübə yolu ilə təsdiq edilib. Belə ki, musiqi kişiləri qadınların gözündə həqiqətən daha cəlbedici edir.

Musiqi, məlum olduğu qədərilə, bu və hər hansı bir digər formada istənilən insan cəmiyyətlərində mövcuddur. Təkamül nəzəriyyəsinin banisi olan Çarlz Darvinin dövründən bəri musiqinin münasibətlərdəki əhəmiyyətini təkamül üstünlükləri ilə əlaqələndirməyə çalışırlar. Darvin özü hesab edirdi ki, musiqi bacarığı potensial partnyorlara koqnitiv xüsusiyyətlər (intellekt) və motorika (orqanizmin hərəkət fəallığı) səviyyəsinin nümayişində köməklik göstərir – eynən oxuyan quşlarda olduğu kimi. Ancaq burası da var ki, bu fikri tamlıqla əsaslandırmaq indiyəcən mümkün olmurdu.

Yeni tədqiqatın müəllifləri Manuela Marin və onun Avstriyadan olan həmkarları qeyd edir ki, səsyazan cihaz və pleyerlərin icadına qədər sosial qarşılıqlı əlaqələr kontekstində musiqi ancaq “canlı” səslənirdi. Alimlər musiqi qavrayışının əks cins nümayəndələrinin cəlbediciliyinə necə təsir göstərdiyini aydınlaşdırmağı qərara alıblar.
Davamı →

Piqmalion effekti

Piqmalion effekti – (Pygmalion effect və ya Rosenthal effect) elə bir təzahürdür ki, bu zaman bu və ya digər informasiyanın dürüstlüyünə əmin olan insan qeyri-iradi şəkildə özünü elə aparır ki, sonda həmin informasiya öz təsdiqini tapır.

Məsələnin tarixi
Əfsanəyə görə Kiprin mifoloji çarı və həm də eyni zamanda yunan heykəltəraşı Piqmalion qeyri-adi gözəlliyə malik qadın heykəli yaradır. O, öz əl işinin nəticəsinə nə qədər çox baxırdısa bir o qədər heyran olur və heyran olmaq üçün də daha çox xırda özəlliklər tapırdı. Tezliklə Piqmaliona elə gəlir ki, yer üzərində yaşayan heç bir xanımın gözəlliyi, onun əlləri ilə ucaltmış olduğu heykəlin möhtəşəmliyi ilə müqayisəyə gəlməz.
Davamı →

Səhnə qorxusu

Toplum qarşısında danışmaqdan,özünü təqdim etməkdən və ya mahnı oxumaq, nümayiş etmək kimi müxtəlif performansları sərgiləməkdən qorxu yaşayan kəslər, «performans qayğısı» dediyimiz qorxuya sahibdirlər. Səhnə qorxusu adıyla da bilinən bu anlayışı idmançılar, musiqiçilər, aktyorlar da sıxlıqla yaşayırlar. Səhnə qorxusu adamın etdiyi işdən aldığı zövqü azaltmaqla qalmaz eyni zamanda onun karyerasına da mənfi istiqamətdə təsir edə bilər. Ayrıca adamda öz-kafilik və özünə inam ilə əlaqədar problemlərə də yol aça bilər.

Hansı işlə məşğul olursunuz olun, izdiham qarşısında bir performans sərgiləmək məcburedici bir təcrübədir. Səhnə qorxusu, dərhal hər peşə sahəsindəki adamda görülə bilər. Səhnəyə ilk çıxma təcrübələrində görülə biləcəyi kimi, uzun illərdir birlik qarşısında böyük bir rahatla performans sərgiləyən insanlarda da görülə bilər. Oyunçular, siyasətçilər, musiqiçilər, dərman mütəxəssisləri…
Davamı →

Niyə introvertlər asanlıqla uğura nail olur?

Belə hesab edilir ki, ünsiyyətcillik və unikal natiqlik bacarığı insanın lider olacağına zəmanət verir. Bu keyfiyyətlər introvertlərə xas deyil. Lakin özlərinə qapalı insanların inanılmaz uğura sahib olmalarına səbəb olan güclü tərəfləri var!
 
İntrovertlər hər addımlarını diqqətlə düşünür və buna görə də uğursuzluq riskini azaltmış olurlar. Ekstrovertlər hər hansı yeni bir ideyaya sahib olduqda emosiyalara qapılır və ani qərarlar verdikləri halda, introvertlər hər şeyi dəqiqliklə düşünürvə bundan daha sonra qərar verirlər.
Davamı →

Antisosial şəxsiyyət, yoxsa asosial?

Cəmiyyət həyatında fəal iştirak edən, fəaliyyət və ünsiyyətdə formalaşan, sosial keyfiyyətləri özündə əks etdirən sosial varlığa şəxsiyyət deyilir. İnsan bioloji varlıq, fərd, fərdiyyət mərhələlərini keçərək yetkinləşir və son nəticədə yetkin şəxsiyyət kimi formalaşır. Həmin şəxsiyyətin formalaşması prosesinə təsir edən faktorların roluna və onların xarakterinə görə bioloji, sosioloji, biososioloji nəzəriyyələr əmələ gəlmiş və onların hər biri şəxsiyyəti fərqli aspektdə xarakterizə etmişlər.
 
Yetkin şəxsiyyət dedikdə, əxlaqi- mənəvi dəyərlərə sahib olan, yaşadığı cəmiyyətin, sosial mühitin insanlıq və vətəndaşlıq hüquq və dəyərlərini tanıyan, ona əməl edən, etdiyi və edəcəyi hərəkətlərinə görə məsuliyyət daşıyan insan nəzərdə tutulur. Elmi ədəbiyyatlarda şüuru yerində olan hər cür mövqe və statusa malik insana şəxsiyyət kimi yanaşılır.
Davamı →

Ac deyiləm, amma yenə də yeyirəm

  • Çətinliyə düşəndə yemək yeyirəm.
  • Əhvalım olmuyanda soyuducuya yönəlirəm.
  • Stresli olduğum zamanlarda yemək yemək məni rahatlaşdırır.
  • Yemək yedikdən sonra özümü günahkar hiss edirəm.
  • Ac deyiləm amma yenə də yemək yeyirəm.
Siz də yuxarıdakı vəziyyətləri yaşayırsınızsa əgər, bu yazı sizin üçündür ...

Ac olmadığınız halda, xoşbəxt, kədərli ya da sıxıntılı olduğunuz zamanlarda yemək yeyə bilərsiniz. Fiziki aclıq xaricindəki səbəblərdən yemək yemə aktivliyina «psixoloji aclıq» deyilir. Psixoloji aclıq istənməyən kiloların ən əsas səbəblərindən biridir. Bir çox adam ac olmadığı halda yemək yediyindən və bu vəziyyətlə baş etməkdə çətinlik çəkdiyindən şikayətçidir. Bu vəziyyət ilə baş edə bilmək üçün əvvəlcə psixoloji aclığınızın olub olmadığının fərqində olmanız əhəmiyyətlidir.
Davamı →