Rəsmlər xarakteri tanımağa kömək edir

Mütəxəssislərin sözlərinə görə, uşaqlar öz qabiliyyətlərini rəsm və xətlərlə ifadə edirlər. Uşaqların psixologiyasını daha yaxşı bilmək və daxili dünyasını anlamaq üçün rəsmlərə diqqət yetirmək kifayətdir.

Uşaqların xarakterində olan problemləri xətlər də asanlıqla göstərə bilir. Bunun üçün sadacə onun hansı rəngləri və şəkilləri seçdiyini bilmək lazımdır. 

Balaca uşaqlarda danışıq qabiliyyəti formalaşmadığı üçün oxuma-yazma öyrənənə qədər duyğularını sözlə ifadə edə bilmirlər. Lakin çəkdikləri rəsmlər müəyyən problemləri və düşüncə tərzini anlamağa imkan verir. İstifadə etdiyi kağızın böyüklüyü, fiqurların kağıza yerləşdirilməsi, rəng seçimi, onun psixi vəziyyətini müəyyənləşdirir.

Çəkilən rəsmlər qısqanclıq, kədər, sevinc, xoşbəxtlik və digər hisslər arasında qarşıdurmanı göstərir. Ev, insan, ağac şəkilləri uşaqların psixologiyası izah edə bilən ən yaxşı üsullardır. Uşaqların istifadə etdiyi rənglər onların vəziyyətini, dünya görüşünü və qabiliyyətini ifadə edir. Məsələn: rəsmlərdə sarı rəng əsasən xoşbəxtliyi, qəhvəyi rəng həssas və romantik qəlbə malik olduğunu göstərir. Özünə güvəni olanlar, sözəbaxanlar, tez adaptasiya olanlar və özünü xoşbəxt hiss edənlər yaşıl rəngdən istifadə edir. Duyğularını idarə etməyi bacaranlar əsasən mavi rəngi seçim edir. Ailəsi tərəfindən sevilən uşaqlar sarı rəngə, ana və atanın dəstəyinə ehtiyac hiss edənlər isə bənövşəyi rəngə üstünlük verir.
Davamı →

Üzüyünü tax, deyim kimsən

Üzük qadınların ən sevdiyi, geyimi tamamlayan aksessuarlardan biridir. İdman, klassik və başqa tərzə uyğun olan üzüklər var. Üzüyü hansı barmağa taxdığınız isə xarakteriniz haqqında müəyyən məlumatlar verə bilir.

Baş barmağınıza taxırsınızsa — Müstəqil şəxsiyyətsiniz, azadlığınızı heç nəyə dəyişməzsiniz. Həyatınıza daxil olan insanların da bunu hörmətlə qarşılamasını istəyirsiniz. Sizə mane olmaq istəyən adamlardan heç nəyə baxmayaraq, uzaqlaşırsınız.

Üzüyü işarət barmağına taxırsınızsa – Güclü və avtoritar olub həm iş, həm də şəxsi həyatda şansınız bol olacaq. 

Üzüyü orta barmağa taxırsınızsa – Etibarlı insansınız. Dostlar arasında sirr saxlamağı bacaran insan kimi tanınırsınız. Flirt etməyi xoşlamırsız, daha sağlam və möhkəm münasibət qurursunuz. 

Üzüyü adsız barmağa taxırsınızsa – Səliqəli və məsuliyyətli insansınız. Dağınıqlığa və səliqsizliyə tab gətirə bilmədiyiniz üçün hərdən özünüzdən çıxa və aqressiv ola bilərsiniz.

Üzüyü şeçələ barmağınıza taxırsınızsa – Diqqət çəkməyi xoşlayırsınız, həm də çox çəkicisiniz. Üzüyü bu barmağa taxanda özünüzə inam və güvən artır. Olduğunuz hər məkanda diqqət mərkəzində olmağınızın əsas səbəbi özünüzə olan inamın gətirdiyi çəkicilikdir.
Davamı →

Gəzən cəsəd sindromu

Hər keçən gün yeni və dəyişik bir xəstəlik ilə qarşılaşırıq. Bunlardan biri adı qədər maraqlı və nadir görülən cəsəd gedişi sindromu xəstəliyidir. İnsan bədənindən bir orqanın yox olduğunu, ya da kiçildiyini düşünər və buna özünü inandırır. Ruhunda da əksiklik olduğunu düşünən bu insanlar get-gedə öldüklərini düşünər və cəsəd kimi ortalıqda gəzməyə başlayarlar. Çox insan tərəfindən bilinməyən və eşidilən zaman insanı heyrətləndirən xəstəlik tamamilə insanın psixologiyası ilə əlaqəli olub depressiya, ya da şizofreniya kimi növlərin daha irəliləmiş forması olaraq bilinir. Xəstə üstündə böcək, ya da soxulcan gəzdiyini düşünər, hətta çürüdüyünü və cəsəd kimi iyləndiyinə inanar.

Mütəxəssislər tərəfindən Nevropsixiatrik pozğunluq olaraq bilinən bu xəstəliyin müalicəsi çətin və çox uzun müddət müşahidə altında tutulması lazım olan bir hadisədir. İnsanlar bu həyatdan qopduğunu, yəni öldüyünü düşünüb ətrafındakı insanları buna inandırmaq üçün səy sərf edərlər. Razı edə bilmədikləri təqdirdə intihara meyilli olarlar.

2008-ci ildə Filippində yaşayan 53 yaşında bir qadında bu xəstəliyə rast gəlinmişdir. 53 yaşındakı qadın ətrafdakılara öldüyünü və meyitxanaya getmək istədiyini davamlı olaraq söyləmiş və aparılan araşdırmalar nəticəsində bu sindroma tutulduğu ortaya çıxardılmışdır.
Ardı →

“Patoloji qısqanclıq” və ya “Otello sindromu”

Qısqanclıq insanlıq tarixi qədər çox qədim məsələdir və bir çox insanların münasibətlərinə dərindən təsir edərək, ciddi problemlərə yol açır.

Birinin sevdiyi insana qarşı bu hissi yaşaması və həddini aşması “patoloji qısqanclıq” və ya “Otello sindromu” adlanır.

Bir çox qadın və kişilər qısqanclığı sevginin ifadəsi kimi qəbul edirlər. Əslində, bu, yalnış düşüncədir. Sevdiyinə sevgini ifadə etmənin başqa normal yolları da var.

Özünə güvənən insanlar qarşısındakı insanı xəstəlikli formada qısqanmırlar. İnsanlardan niyə qısqandıqlarını soruşanda “çünki onu itirməkdən qorxuram” cavabıyla tez-tez rastlaşırıq. Qadınların əksəriyyəti çox qısqanılmaqdan sıxıldığı halda, bəziləri bunu sevir. Onlar düşünür ki, əgər kişi qısqanırsa, deməli sevir. Ən çox qısqanılan tərəf də hər zaman qadın olub.


Ardı →

Uşaqlarda dırnaq yemə

Dırnaq yemə vərdişinə əksəriyyət uşaqlar 3-4 yaşlarından sonra başlayırlar. (Çox nadir olaraq 5 aylıq kimi erkən bir dövrdə rast gəlinə bilər). Uşaqların 33%-də dırnaq yemə davranışına rast gəlinir.Bu nisbət erkən yetkinlik çağına qədər davam edir.

Yetkinlik çağında dırnaq yeyən uşaqların sayı 40-45%-ə qədər yüksəlir. Yəni yetkinlik çağına doğru uşaqların az qala yarısı dırnaq yemə davranışı göstərir. Bunun səbəbi olaraq gənclərin ətrafdan təsdiq görməmələri ilə qiymətləndirilir. Ayrıca dırnaq yeyən uşaqların ailələrinin çoxunda dırnaq yeyənlərə rast gəlinməkdədir. Bunun içində dırnaq yemənin bir təqlid olduğu və böyükləri təqlid etmək surətiylə öyrənildiyi irəli sürülməkdədir. Yetkinlik çağında ictimai təsdiq görənlərin çoxu bu vərdişi tərk edir.

Dırnaq yemək bəzən ayaq barmaqlarını dişləməklə və ayaq dırnaqlarını əl barmaqlarıyla tutma ilə əlaqəli görülür. Ayaq barmağı dırnağının yeyilməsi və dişlənilməsi demək olar yalnız qızlarda rast gəlinir.

Dırnaq yemə davranışının səbəbləri
Dırnaq yemə davranışından çox bu davranışa səbəb olan hadisələri təyin etmək lazımdır.
Bu davranışın altında yatan səbəblər barmaq əmmədə olduğu kimi əksəriyyətlə psixoloji narahatlıqlardır.


Ardı →

Uşaqlarda heyvan qorxusu

Qorxu insanın  həyatını davam etdirə bilməsi üçün lazımlı duyğulardan biridir. Lakin, hər bir qorxu məntiq çərçivəsində nəzarət altına alınmalıdır. Normal inkişafını davam etdirən bir uşaq üçün alışılmamış olan hər şey kimi heyvanlarla da ilk qarşılaşma narahatlıq verici ola bilər.

Burada  uşaq üçün valideynin yeni olan varlıqlarla qarşılaşdıqlarında verdiyi  reaksiya vacibdir. Bir çox valideynlər  uşağının özünə güvənmədiyindən, müəyyən qorxuları olduğundan  şikayətlənir. Ancaq ana və atalar, nənələr, babalar, xalalar, bibilər bir intizam vasitəsi olaraq uşaqları  heyvanlarla qorxutma üsukundan  bol-bol istifadə edirlər.

 “Hav-hav gəlir “,” dinc dayanmasan  səni aslanlara verərəm “, ” şkafları qarışdırma böcək var dişləyər “kimi tez-tez müraciət edilən tərbiyə etmə üsulu doğru deyil. Əslində burada  böyüklər artıq öz qorxuları ilə  uşaqlara  örnək olurlar.

Uşaqlardakı qorxuları aradan qaldırmaq üçün  ilk  əvvəl ailələr öz qorxularının  öhdəsindən gəlməlidirlər. Heç bir heyvan növü özünə qarşı yönəlmiş və ya yönələ biləcək bir təhdid hiss etmədiyi müddətcə insana zərər verməz. Təbiətdə min bir heyvan olduğu üçün də bir uşağın bir heyvanla qarşılaşmamaq şansı yox kimidir.


Ardı →

Emosiyaların fiziologiyası

İnsanın ali sinir fəaliyyətinin əlamətlərindən biri də emosiyadır (latınca emavere sğzündən götürülüb, mənası həyəcanlanıram deməkdir). Onlar özünü insanın bütün növ hissiyatını əhatə edən xarici və daxili qıcıqlara qarşı reaksiya kimi biruzə verir.

Emosional gərginlik vəziyyəti bir çox orqan və sistemlərin funksiyalarını dəyişməklə bütün orqanizmi əhatə edir. Bu funksional dəyişiklik o qədər intensiv olur ki, “vegetativ fırtına” şəklini alır. Belə ki, bu fırtınada müəyyən ardıcıllıq olur. Emosiya o sistem və orqanların işini gücləndirir ki, onlar orqanizmlə xarici mühit arasında sıx əlaqə yaradır. Bu zaman vegetativ sinir sisteminin simpatik hissəsinin güclü oyanması baş verir. Qana əhəmiyyətli miqdarda adrenalin ifraz olunur, ürəyin işi artır, arterial təzyiq yüksəlir, qaz mübadiləsi güclənir, bronxlar genişlənir, orqanizmdə oksidləşmə və energetik proseslər intensivləşir.

Skelet əzələlərinin fəaliyyəti kəskin dəyişir. Əgər adi vəziyyətdə ayrı-ayrı əzələ lifləri işə cəlb olunurdusa, affekt vəziyyətində onlar birgə fəaliyyət göstərir. Bundan başqa, yorulmada əzələ işini tormozlayan proseslər blokada olunur. Belə ki, emosional oyanıqlılıq qısa müddətdə orqanizmdə mövcud olan ehtiyyatları səfərbər edir. Hətta daha intensiv fəaliyyət zamanı potensial imkanlardan bir hissəsi qorunub saxlanılır. Onlar yalnız vacib anlarda emosional gərginlik vəziyyətində istifadə olunur.


Ardı →

Özümüzü necə təqdim edək?

İlk öncə onu qeyd edək ki, hər birimizin ən böyük təlabatı ünsiyyətdir.İnsanlarla əlaqədə, yeni tanışlıqlarda ünsiyyətin rolu əvəzedilməzdir. Biz həmişə bu barədə fikirləşirik: Necə edək ki, yeni tanış olduğumuz insanların xoşuna gələk. Fikrimcə əksəriyyət insanlar sevilməyi sevməkdən daha çox xoşlayırlar. Ətrafımızdakıların bizi sevməsi, bizə dəyər verməsi adama xüsusi bir zövq verir. Əhatəmizin bizə olan rəğbətini görmək üçün nə etməliyik? Necə edək ki, ətrafa özümüzü olduğu kimi təqdim edək?

İlk tanışlıqlarda təqdimat çox önəmlidir. Belə ki, yenicə tanış olduğun adam ilk 10-15 saniyədə sənə necə təsir bağışlayırsa, bu sonadək sənin hafizəndə elə qalır. Hər birimiz kiminləsə tanış olanda çalışırıq özümüzün müsbət keyfiyyətlərindən söz açaq. Heç bir insan ilk tanışlıqda özünün mənfi xüsusiyyətlərindən danışmır. Əgər danışırsa inanın ki, qarşıdakı şəxs sonrakı görüşlərdə onunla ünsiyyətə can atmayacaq.

Biz gündəlik həyatımızda belə hallara demək olar ki, tez-tez rast gəlirik. Belə ki biri özünü olduğundan daha yaxşı göstərir, məs: savadlı olmasa da elə hey savaddan, təhsilin vacibliyindən danışır. Başqa birisi çox savadlı olsada özünü olduğu kimi ifadə edə bilmir.

Özümüzü necə ifadə etmək dedikdə biz heç də özümüzü olmadığımız kimi göstərməyi, ətrafa xoş gəlmək üçün tamamilə başqa bir cilddə görünməyi nəzərdə tutmuruq. Olduğun kimi görün, göründüyün kimi ol. Gəlin, necə varıqsa, əslində necəyiksə elə də görünək yəni, dürüst olaq.


Ardı →

Daxilə baxış

Hələ qədim Yunanıstanın Delfi məbədinin giriş qapısında “Özünü dərk et! Onda allahları da, bütün kainatı da dərk etmiş olarsan” sözləri yazılmışdı.
Bir sıra məlumatlara görə qədim yunanlar da bu fikri qədim Şərq xalqlarının fəlsəfəsindən əğz etmişlər.

daxilə səyahətBir neçə min il bundan əvvəl söylənmiş bu aforizmin əsas hikməti ondan ibarətdir ki, insanla kainat bir tamlıq təşkil edib, belə ki insanın özünü dərk etməsi onun kainatı dərk etməsi ilə bağlıdır. Digər tərəfdən əsrlərin dərinliyindən qaynaqlanan bu sözlər bir daha təsdiq edir ki, qərinələr dolanıb, zamanlar keçsə də özünü dərketmə problemi heç vaxt aktuallığını itirmir. Hər bir insan hər dövrdə bu problemi özü üçün öz həyat şəraitinə uyğun olaraq yenidən həll etməli olur. Çünki şəxsiyyətin ən mühüm ölçülərindən biri olan özünü dərketmə nə irsən keçə bilər, nə də insana kənardan təlqin oluna bilər.

Biliyi bir başdan digərinə ötürmək mümkün olmadığı kimi, özünü dərketmə də ətrafdan bizə ötürülə bilməz. Özünü dərketmək özünü tərbiyə etmək deməkdir. Hamı sərkərdə, dövlət başçısı, qəhrəman ola bilməz ancaq hamı özünü tərbiyə edə bilər. Hər bir insanın özünü tərbiyə etməsi üçün ilkin addım özünə müraciət etməsidir. Özünü tərbiyə özünə müraciət edib, öz hərəkət və davranışlarına nəzarət etmək, özünə bir növ hesabat verib, təhlil etməkdir.


Ardı →

Üzük və xarakter

Əgər barmağa üzük taxılıbsa, bu insanın xarakter  və  xüsusiyyətlərindən xəbər verə bilər.

Əgər insan hər hansisa barmağa üzük taxirsa, bu ondan xəbər verir ki, həmin şəxs xarakter  xüsusiyyətlərini gücləndirmək istəyir, hansi,ki onda həmin xüsusiyyətlər yoxdur.

XIV əsrdən bizə indiyə qədər gəlib çatan bəzi məlumatlara nəzər salaq. O zamanlar adətən həkimlər üzüyü böyük barmağa, tacir və işbazlar isə baş barmağa taxırdılar. Orta barmağa üzük taxanlar kasıb intelligentlikdən xəbər verirdi. Tələbələr üzüyü III barmağa taxırdılar.

IV barmaq isə məhəbbətin rəmzidir. I Georginin dövründə nişan üzükləri ağır olub, baş barmağa taxılırdı.


Ardı →