Uşağınız söyüş söyür?

Uşaqların psixi inkişafında ilk “böhranlı” yaş dövrü inadkar olduqları və istədiyi kimi hərəkət etməyə can atdıqları mərhələdir.
Hər bir ailə uşaqların sağlamlığını düşündükləri qədər, onların tərbiyəsinə də önəm verirlər. Uşağın tərbiyyəsi dedikdə onun düzgün davranışı və mədəni nitqi nəzərdə tutulur. Lakin cox zaman valideynlər nə qədər nəzarət etsələr belə uşaqların dilindən xoşagəlməz ifadələr eşidirlər.
Bəs, uşaqlar bu sözləri haradan öyrənir? Uşaqlar işlətdiyi ifadələrin mənasını bilirlərmi? Niyə çox hallarda uşaqlar belə ifadələri işlətməkdən zövq alırlar? Uşaqların nitqindəki xoşagəlməz ifadələri necə tərgizmək olar?
Davamı →

Uşaqlarda fobiyalar: Günahkar kimdir?

Qorxu görünən və görünməyən təhlükələrin qarşısında göstərilən təbii bir reaksiyadir. Qorxular təhlükələrə qarşı xəbərdarlıqdır. İnsanı nədənsə qaçmağa, gizlənməyə ya da mübarizə apararaq qorunmağa məcbur edir. Uşaqlarda aşkarlanan qorxular uşağın yaşına görə dəyişir.

Həyatının ilk illərində uşaqlarda qorxu hissi daha çox olur. Öyrəndikləri çoxaldıqca, özünə inamları artdıqca, bilmədiklərini öyrəndikcə qorxuları daha da azalır. 2-3 yaşındakı uşaq ildırım çaxmasından, elektrik süpürgəsi kimi yüksək səslərdən qorxur. 3-4 yaşında isə polisdən, oğrudan, dilənçidən, qaranlıqdan, torbaçı xaladan qorxmağa başlayır. 4 yaşındakı uşaqlar həkimdən, itdən, yıxılıb yaralanmaqdan, əzilən bir yerinin qanadığını görməkdən qorxurlar. 6 yaşındasa isə şeytan, xortdan, ruh, yanğın, zəlzələ kimi hadisələr uşaq fobiyalarının yaranmasına səbəb olur. Bu yaşdakı uşaqlar hadisələri şişirdərək, yanlış yönə istiqamətləndirərək,başqa nələrəsə oxşadaraq onlardan qorxulu nəticələr çıxardırlar.

Qorxunu sakitləşdirmə, susdurma, zəbt etmə, qarşısını almaq, gözdağı vermək üsulu kimi istifadə edən ana-ataların uşaqları daha da qorxaq olurlar. «Susmasan səni itlərə verəcəyəm», " Görərsən, axşam ata evə gələndə səni öldürəcək", «Sakit dayanmasan Turanın anası olacam», «Səsini kəsməsən sənə iynə vuracağam», “Tez yatmasan xortdan gəlib səni aparacaq", "Əgər məni çox istəyirsənsə, dəcəllik etmə" kimi xəbərdarlıq və gözdağı uşağın şüuraltına yerləşir, qorxular yaradır və uşağın psixi dünyasını alt-üst edir.


Ardı →

Qrafologiya

Qrafologiya sözü iki yunan sözünün: “gropho”- yazıram və “logos”- öyrənirəm sözlərinin birləşməsindən əmələ gəlmişdir. Qrafologiya kəlməsini termin kimi ΧΙΧ əsrdə fransız abbat Mişon işlətmişdir.

Qrafologiya istənilən şəxsin yazısını analiz edərək onun xarakteri, eyni zamanda xarici görünüşü haqqında məlumat verən psixodiaqnostik bir elm sahəsidir. Qrafologiya dəqiq elm deyil, emperik biliklərə və xüsusi eksperimentlərə söykənərək formalaşmışdır. Ona görə də qrafoloji analiz kompyuterləşdirilməmışdir. Yazının analizi müxtəlif metodlarla aparılsa da burda qrafoloqun həssaslığı çox vacibdir.

Qrafoloji analizdə insanın temperamenti, xarakteri, yazı yazdığı zaman psixo-fizioloji vəziyyəti haqqında, sosial mövqeyi haqqında və yazdığına münasibəti haqqında məlumatları əldə etmək olar.

Qrofoloji analiz bizə imkan verir ki, tədqiq olunanla ünsiyyətdə olmadan onun psixoloji portretini verək. Eyni zamanda qrafoloji analiz bizə imkan verir ki, tədqiq olunana gərəkli məlumatlar və məsləhətlər verək.


Ardı →

Uşaqlarda Tiklər

Gün ərzində ətrafımızdakı insanlarda gördüyümüz  lakin nə olduğunu bilmədiyimiz, bəzən isə adını eşidib təzahür formalarından xəbərsiz olduğumuz bir nevroloji problemdən məhs edəcəyik.

Tik nədir?

Tiklər istənməyərəkdən, ani olaraq özünü göstərən, özünəməxsus xüsusiyyətləri ilə fərqlənən, hər hansı bir məqsədə xidmət etməyən əzələ sıxılmasıdır.Hərəkət çox zaman  refleks şəklində insanın iradəsindən asılı olmadan təkrarlanır. Oğlanlarda qızlara nisbətən 3 dəfə çox rast gəlinir. Bir uşaqda bir neçə tik ola bilər. Statistika göstərir ki, hər 10 nəfərdən  1-ində tik müşahidə olunur.


Ardı →

Uşaqlarda özünə inamsızlıq

UŞAQLARDA ÖZÜNƏQAPANMA

Son zamanlarda cəmiyyətdə geniş yayılmış problemlərdən biri də özünəqapanmadır. İstənilən yaş dövründə olan insanlar üçün xarakterik olsa da, uşaqlarda rast gəlmə tezliyi daha intensivdir. Gündəlik həyatda təsirinə məruz qaldığımız sosialoji və psixoloji amillər özünəqapanmanı daha da sürətləndirir. Hazırki  dövrdə bu problem ən aktual mövzular içərisindədir və getdikcə gəncləşməkdədir. Özünəqapanma probleminin yaranma səbəblərini və ona təsir göstərən amilləri vaxtında müəyyən etməklə aradan qaldırmaq mümkündür.


Ardı →

Uşaqlarımız nədən qorxur?

Dünyaya gəldiyi andan etibarən  insanlarda təhlükələrlə  rastlaşma qorxusu var. Bu əslində normaldır. İstənilən mühitdə insanın özünə nəzarətini itirməməsi, ona gələ biləcək zərəri dəf etmək qabiliyyətinə malik olması bəyənilən keyfiyyətlər sırasındadır.  Böyüklər kimi uşaqlar da  bu təhlükələrdən qorunma istəyinə sahibdir. Bu istək sayəsində müdafiə mexanizmləri formalaşır.  Psixoloq Zümrüd Səfərovanın sözlərinə görə  mövcud olan yaxud mövcud olmayan  təhlükələrin qarşısında  müdafiəsiz qalaraq  məğlub olacağını düşünmə səbəbindən  uşaqlarda qorxu yaranır. Uşaqlarda ən çox rast gəlinən qorxular siyahısına  bunlar daxildir:


Ardı →

Ünsiyyət

Ünsiyyət insanı sosiallaşdıran başlıcalıqdır. İnsanlara sadə gələn bu qavram əslində incəliklərlə dolu çox çətin bir bacarıqdır. Ünsiyyət təlabatı bütün canlılarda — heyvan, bitki və insanlarda var. Amma bizi digər canlılardan fəqləndirən cəhət şüurumuzla ünsiyyəti mükəmməl şəkildə həyata keçirməyimizdir.

Ümumiyyətlə, ünsiyyət deyəndə nə başa düşürük? Gəlin, birlikdə aydınlaşdıraq. İnsan bir fikri başqasına çatdırmaq, fikrə münasibət bildirmək və münasibət öyrənmək üçün ünsiyyətə girir. Ünsiyyət bizim cəmiyyətdə mövqeyimizi təyin edən faktordur. İnsan bu keyfiyyəti ilə gözəl valideyn və dost, yaxşı işçi və ya heç kim tərəfindən sevilməyən bir şəxs də ola bilər.

Psixologiyanın bir qolu olan NLP-də (Neyro Linqvistik Proqramlama) ünsiyyət prosesi geniş şəkildə izah olunur. Ünsiyyət sözlü (nitq) və sözsüz (bədən dili – jest və mimikalar) şəkildədir. 

Biz fikrimizi sözlə ifadə etsək də, eyni anda bədən dilimizlə də danışırıq. Sözlü və sözsüz dilimiz bir-biriylə nə qədər ahəngdar olsa, ünsiyyətimiz bir o qədər təsirli və uğurlu olar. Qarşınızdakının dili yalan söyləsə belə, bədən dili özünü ələ verir. Çünki bədən dilini idarə etmək dil qədər asan deyil.

Ünsiyyət  prosesində alıcı (qəbul edən) və ötürücü (mənbə) tərəflər mövcuddur. Ötürücü tərəf mövzu haqda məlumatlı, alıcı ilə ünsiyyətə maraqlı, lazım gəldikdə həm də alıcı olmalıdır.
Ardı →

Valideynlərin ev dəyişməsi uşaqlara necə təsir edir?

Məktəb yaşına çatmadan tez-tez ev dəyişdirən uşaqların davranışlarında problemlər yaşanır. Bununla bağlı ABŞ-da 3 min ailənin qatıldığı araşdırma aparılıb.

Araşdırma nəticəsində 5 yaşından öncə 3 dəfə, ya daha çox ev dəyişdirən uşaqlarda diqqətsizlik, narahatlıq,  hiperaktivlik və davranış problemlərinə 5 yaşına kimi eyni evdə yaşayan, ya cəmi bir dəfə ev dəyişdirən uşaqlara nisbətən daha çox rastlandığı ortaya çıxıb.

Əlbəttə, uşağın davranışındakı bu problemlər sadəcə ev dəyişdirməklə bağlı deyil. Valideynlərinin boşanması, sıxıntılardan qaçmaq, yeni arayışlar — bu kimi problemlər də uşağın həyat normasına mənfi təsir göstərə bilər.

Uşaqlar valideynlərinin yeni evdə xoşbəxt olduqlarını gördükləri halda bu problemlərlə tez başa çıxa bilər.

Araşıdırmanın digər nəticələrindən biri uşaq vaxtı 3, ya daha artıq ev dəyişdirən uşaqların 18 yaşına kimi narkotik vasitə istifadə etmə riskinin 3 dəfə artıq olması və yetişkinlik dövrünə uyğunlaşmaqda çətinlik çəkməsidir.   


Davamı →

Bulimiya

Bulimiya  -  iştahanın  kəskin  artması, tutma şəklində başlaması, əzabverici ağrı, ümumi zəiflik və s. ilə xarakteriza olunan qida qəbul  pozuntusudur. Bu pozuntuya  bir  çox  xəstəliklərdə — mərkəzi sinir sistemi, endokrin sistem, psixi pozuntu hallarında təsadüf olunur. Müxtəlif mənfi həyəcanlar – iflas, müvəffəqiyyətsizlik, qəbul olunmama, cəmiyyət tərəfindən təcrid olunma, yalnızlıq, hirs və yaxud müsbət reaksiyalar — vəzifənin artması, nəyinsə qeyd olunması başlanğıc  amil ola bilər. 

Narahatlıqlarını aradan qaldırmaq üçün belə şəxslər  dayanmadan  tez-tez yeyir. Bulimiyadan əziyyət çəkən şəxslər çəkini nəzarətdə saxlamaq üçün süni yolla qusma aktı həyata keçirir, işlədicilərdən, sidik qovuculardan istifadə edir. Hədsiz qidalanma, mədə-bağırsaq sistemini məcburi təmizləmə çox ciddi pozuntulara-nevrastiniyadan  tutmuş yaxınlarla əlaqənin və həyata  marağın itirilməsinə, dərman və narkotik maddələrdən asılılığa, hətta ölümə belə gətirib çıxarda bilər.


Ardı →

Trixotilomaniya

Hansısa bir stres, əsəb, narahatlıq  keçirdiyiniz zaman özünüzü saçlarınızı “yolarkən” tapırsınız? Övladınız mütəmadi olaraq saçlarınımı qırır?  Artıq gözlə görülür dərəcədə saç azlığımı yaranıb? Özünüzü və ya övladınızı heç cürə bundan vaz keçirə bilmirsiniz?  Bundan bezmisinizmi? Elə isə biraz da yaxın gəlin. Böyük bir ehtimalla  siz, Trixotilomaniyaya «yoluxmusunuz». 

Trixotilomaniya gözə çarpar  dərəcədə saç itkisi ilə nəticələnəcək qədər daim təkrarlanan saç qoparma davranışıdır. İlk dəfə 1889-cu ildə fransalı dermatoloq Hallopeau tərəfindən öyrənilmişdir. Qədim yunan sözü olub “saç qoparıram” mənasını verir. Bu xəstəlik hər yüz insandan 4-ündə təsadüf edilir. Kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. 

Trixotilomaniya ən çox saç qoparma, az hallarda isə qaş, kiprik, saqqal-bığ və  s. bədən tüklərinin qoparılması şəklində özünü göstərir. Adətən evin birinci uşaqlarında daha sıx rast gəlinir ki, buna da əsasən qısqanclığın səbəb olduğu düşünülür. Eyni zamanda  ata-ananın aşırı mükəmməlliyyətçi olduğu və  ya hisslərini bəlli edə bilmədiyi  ailədə böyüyən uşaqlarda da çox müşahidə edilməkdədir. Daha çox uşaq və  yeniyetmə yaşlarında rast gəlinən bu xəstəlik ani bir travma, stressli həyat, diqqət və qayğı əksikliyi, depressiya nəticəsində də yarana bilir. İlk başlarda dərs oxuma zamanı saçların çəkişdirilməsiylə başlayıb, zamanla daha da irəli kiprik, qaş yolunmasına qədər gedib çıxa bilir.  Saç və digər tüklərin qoparılması gərginlikdən qurtarma, rahatlama hissi yaradır.


Ardı →