Ac deyiləm, amma yenə də yeyirəm

  • Çətinliyə düşəndə yemək yeyirəm.
  • Əhvalım olmuyanda soyuducuya yönəlirəm.
  • Stresli olduğum zamanlarda yemək yemək məni rahatlaşdırır.
  • Yemək yedikdən sonra özümü günahkar hiss edirəm.
  • Ac deyiləm amma yenə də yemək yeyirəm.
Siz də yuxarıdakı vəziyyətləri yaşayırsınızsa əgər, bu yazı sizin üçündür ...

Ac olmadığınız halda, xoşbəxt, kədərli ya da sıxıntılı olduğunuz zamanlarda yemək yeyə bilərsiniz. Fiziki aclıq xaricindəki səbəblərdən yemək yemə aktivliyina «psixoloji aclıq» deyilir. Psixoloji aclıq istənməyən kiloların ən əsas səbəblərindən biridir. Bir çox adam ac olmadığı halda yemək yediyindən və bu vəziyyətlə baş etməkdə çətinlik çəkdiyindən şikayətçidir. Bu vəziyyət ilə baş edə bilmək üçün əvvəlcə psixoloji aclığınızın olub olmadığının fərqində olmanız əhəmiyyətlidir.
Davamı →

Dismorfofobiya

Dismorfofobiya insanın öz bədən quruluşundakı çatışmazlıqları kompleks etməsi və kompleksin onun normal həyatına təsir etməsidir.

Dismorfofobiyanın yeniyetməlik dövründə meydana çıxması insanlarda sağalmaz izlər qoyur. Bu zaman onlar ətrafdakıların tənəsindən utanırlar və bu onların psixikalarında çatışmazlıqların meydana gəlməsinə səbəb olur. Bəzən bu fobiyaya orta yaşlı adamlarda da rast gəlmək mümkün olur.

Əksər hallarda dismorfofobiya depressiya və ya intiharlarla yekunlaşır. Statistikanin nəticələri özünə qəsd edənlərin əksəriyyətinin dismorfofobiuyadan əziyyət çəkdiyini təsdiq etmişdir.
Davamı →

Genetik qorxu

Belə bir eksperiment aparılıb. Laboratoriya siçanlarının saxlandığı qəfəsin siçanlar olan bir bölməsinə meşə gilasının çiçəklərində olan ətirli maddə (asetofenon) buraxılır. Siçanlar bu iyə reaksya vermirlər. Az sonra qəfəsin həmin bölməsinə zəif elektrik cərəyanı verilir. Siçanları cərəyan vurur, onlar həmin bölmədən qaçırlar. Bu təcrübə dəfələrlə təkrarlanır, axır iş o yerə çatır ki, hansısa bölməyə həmin maddə buraxılan anda siçanlar başqa bölmələrə qaçırlar. Yəni, siçanlarda həmin iyin özünə qarşı qorxu hissi yaranır.

Eksperimentin ikinci mərhələsi. Həmin siçanlardan əmələ gələn nəsillər başqa qəfəsdə böyüdülür. Yetkinləşdkdən sonra eyni təcrübə onların üzərində aparılır. Onların gəzişdiyi qəfəs bölməsinə asetofenon maddəsi buraxılan kimi onlar qorxub qaçırlar.
Davamı →

Pareydolia

Buludlara, ağac gövdəsinin naxşılarına, divarda boya ləkələrinə və sair qarşıq təsvirlərə baxarkən bəzən orda insan üzü, heyvan başı, nəsə bir yazı, yaxud başqa bir konkret nəsnənin təsvir olunduğu illüziyası yaranır. Bu fenomen pareydolia adlanır. Belə hallarda başqalarından soruşsaz ki, onlar siz görəni görürlərmi, “hə” yaxud “yox” cavabı ala bilərsiz.

Bəzi adamlar bu cəhətdən çox unikaldılar, onlar heç kimin görə bilmədyini görürlər. Belə adamlar başqa şeylərdə də unikallıq göstərirlər, məsələn, mətndən müəllifin nəzərdə tutmadığı mənalar çıxarmağa, yaxud həqiqətlə əlaqəsi olmayan hadisələr arasında əlaqə görməyə, mistifikasiyaya, bayağı konspirologiyaya inanmağa meyl edirlər.
Davamı →

Qisas hissi

Pislik edən birinə anında adekvat cavab vermək yaxud hadisədən qısa zaman sonra əvəzini çıxmaq mümkün olmursa, beynimiz avtomatik proseslər işə salır: pislik etmiş adamın cəzalandırılmasına dair xəyali ssenarilər qurur. Belə xəyallar şüuraltında baş tutmuş hadisə illüziyası yaradır, sanki həmin adamdan real qisas alınıb kimi əsassız hislər yaranır. Bununla, həm pisliyin yaşatdığı acılar azalır, həm də gerçəkdən qisas almaq motivasiyası zəifləyir.

Bu, məsələnin şüuraltı tərəfidir. Şüur isə diktə edir ki, qisas almaq üçün münasib fürsət yaranmasını gözləmək, hazırlaşmaq lazımdır. Məsələyə münasib fürsət gözləntisi ilə yanaşmaq özü də bir təsəllidir. “İndi mümkün deyil, ancaq gələcəkdə mütləq əvəzini çıxacam” — belə bir yanaşma pisliyin acılarını azaltmaqla bərabər, insanın öz qururu qarşısında özünə-bəraətini təmin edir. Münasib fürsət yaranacaqmı, yaransa əgər, insan öz-özünə vəd etdiyi qisası alacaqmı – bunlar sonrakı işlərdir.
Davamı →

İnsanlar saxtakarlığa niyə haqq qazandırır?

Bu suala cavab almaq üçün belə bir eksperiment aparılıb. İştirakçılar 1 saat ərzində mənasız və yorucu bir işlə məşğul olurlar. Vaxtın tamamında iştirakçılardan bunun necə bir iş olduğu soruşulur. Onlar hamısı işin çox mənasız və zəhlətökən olduğunu dedilər. Onlardan xahiş olunurdu ki, otaqdan çıxanda, növbə gözləyən adamlara çox maraqlı bir işlə məşğul olduqlarını desinlər.

Yəni, növbə gözləyən adamları aldatsınlar. Bu yalan müqabilində iştirakçıların bir qisminə 20 dollar, digər qisminə 1 dollar pul verilirdi. Onlar pulu götürmüş və eksperiment aparanların xahişini yerinə yetirmişdilər (dəhlizdə növbə gözləyən adamlara yalan söylədilər).
Davamı →

Niyə istifadə etmədiyimiz geyimləri alırıq?

Yəqin ki, hər birinizin şkafında mağazadan evə gətirdiyi, lakin bir dəfə belə geymədiyi geyim var. Təəssüflər olsun ki, bir çoxumuz sözün əsl mənasında bizə lazım olmayan əşyaları, yaxud geyimləri almağa meyilliyik. Bu geyimləri geyməməyimizin bir çox səbəbi ola bilər. Ölçüsü artıq sizə uyğun gəlmir, dəbdən düşüb və yaxud sevmədiyiniz rəngdədir. Əslində, səbəb elə də maraqlı deyil. Əsas olan odur ki, o artıq qarderobumuzda lazımsız şəkildə mövcudluğunu davam etdirir. 

Amerikalı psixoloq Kit Yarrou nəyə görə impulsiv, yəni düşünülməmiş alış-veriş etdiyimizi izah edir və bununla necə mübarizə aparmalı olduğumuzu izah edir.
Davamı →

“FEYSBUKUN VƏ HƏYATIN SİRLƏRİ” KİTABI 2-Cİ PARÇA: FEYS ƏFSANƏSİ BAŞLANIR!

Bir çoxlarınız yəqin ki, bilir: feys əfsanəsinin başlanğıcı, əvvəli, nə çox uzaq nə də çox yaxın bir zamana- 2003-cü ilə gedib çıxır. Belə ki, hər şey, bütün həngamə onunla başladı ki, ABŞ-də universitet tələbəsi olan Mark Zukerberq adlı bir şəxs, bir internet proqramı, bir sayt yaratdı. “Feysməş” (“Facemash”) adlanan sözügedən sayt əvvəl sırf universitet çapında fəaliyyət göstərirdi. Lakin, ya vəlvələdən ya zəlzələdən, necə oldusa, ilginc bir şəkildə (bu məsələyə bir az sonra toxunacağıq) hər şey, qısa müddətdə dəyişdi və bu proyekt, əvvəlcə ABŞ-ın hər tərəfinə, sonra da bütün dünyaya yayıldı və… bir əfsanəyə çevrildi. 2004-cü il fevralın 4-ü tarixində sosial şəbəkə olaraq rəsmən istifadəyə verildiyi zaman “di feysbuk”(“The Facebook”) adlanırdı, 2005-ci ilə gəlindiyində isə “di” (“the) hissəsi atılaraq bu günkü (facebook) adını aldı. 2006-cı ildə isə feysbuk artıq bütün dünyaya açıq hala gəlmişdi və dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir internet istifadəçisi ona qoşula bilirdi.
Davamı →

FEYSBUKUN VƏ HƏYATIN SİRLƏRİ” KİTABI 1-Cİ PARÇA: “ÖN SÖZ” VƏ FEYSBUK

“Necə xoşbəxt olaq; bunun üçün nə etmək lazımdır?” “Ümumiyyətlə, xoşbəxtlik nədir, necə bir şeydir?”....bu bütün insanların-yaşından, cinsindən, peşəsindən, təhsilindən, maraqlarından, dünyagörüşündən asılı olmayaraq hər kəsin bilmək istədiyi, cavabını öyrənmək istədiyi sualdır. Əlbəttə, bu da təbiidir, çünki hər kəs xoşbəxt olmaq istəyir! Bu sual, tarixən hələ ilk bəşər övladından bəri insanları düşündürmüş və onların beynini məşğul etmişdir. Bax, elə qarşınızdakı kitab da bu məqsəd üçün yazılmışdır; xoşbəxtliyi tapmaq və ona çatmaq üçün! Və bu mövzu, hər birimizi maraqlandırdığı üçün, məncə, elə birlikdə bu suala cavab tapmalıyıq; hamımız bir yerdə, xoşbəxtliyi aydınlaşdırıb sonra da ona qovuşmalıyıq. Odur ki, kitab, başdan sona qədər, sizinlə söhbət və ünsiyyət şəklində olacaqdır. Məhz birlikdə, həqiqəti aydınlaşdıracağıq.
Davamı →