Özünə inamı artırmağın 10 yolu

Psixoloqların fikrincə, potensialını dəyərləndirə bilməyən insanlar özlərini  bədbəxt hiss edirlər. İnsan özünün nəyə qadir olduğunu anladığı vaxtdan etibarən özünə inam yaranır. Bəzən isə elə hadisələrlə qarşılaşır ki, inam formalaşmağa macal tapmadan məhv olur. Bax, bunu özünüzə rəva görməyin. Əgər inamınızı itirmisinizsə, sizə verəcəyimiz məsləhətlərdən faydalanın.


Ardı →

Həyatın mənasını itirmişəm (Suala dini və psixoloji cavab)


19 yaşım var, təhsil alıram, vaxtım olanda işləyirəm. Tam mənası ilə, bu yaxınlarda məndə qəribə bir tənhalıq və həyat mənasızlığı hissi meydana çıxıb. Baxmayaraq ki, bundan əvvəl başqa cür idi, oxumaq, karyeranın yüksəldilməsi arzusu vardı… Amma indi mənə heç nə maraqlı deyil, sadəcə boşluq… Zəhmət olmasa, mənə məsləhət verin.

Dini baxışdan cavab: 

Bir çox insanda zamanla bu cür hisslər baş qaldırır. Bu dönəmlərdə mütəmadi olaraq Quran və dini kitabları mütaliə etmək lazımdır. Nə qədər dini daha çox yaxına buraxsaz, bir o qədər onun çağırışına bağlanacaqsız və təbii ki, həyatın anlamını axtarmağa lüzum qalmayacaq, çünki hər bir inanclı insanın həyatının mənası Yaradanının ondan razı olmasıdır. Allahın razılığını qazanmaq üçün, onun qanunlarına, dininə (İslam) riayət etmək lazımdır. Allaha tez-tez dua edin:


Ardı →

Niyə baharda aşiq oluruq?


Psixoloq Ayşəgül Denizci, xoşbəxtlik yaradan serotonin hormonunun baharda yüksəldiyini və beynimizin təbiətin çağırışına uyğun  aşiq olmağı asanlaşdırır.
Havaların isinməyə başladığı günlərdə daha asan və tez aşiq oluruq. Yazın gəlişi ilə təbiət canlanır və aşiq olma duyğusu insanların qəlbinə yol tapır. 

Qışın və soyuğun kədərini geridə qoyub baharın gəlişi ilə birlikdə aşiq olma duyğusunun artma səbəbi nədir? 
“Bioritmimiz günəş işığına qarşı həssas olur. Yazda daha çox günəş işığı qəbul edirik və hormonlarımızda da dəyişikliklər meydana gəlir. Xoşbəxtlik verən serotonin hormonu yüksəlir. Onun sayəsində həyatımızı müsbət istiqamətdə yönləndirərək gələcəyimizə aid ümid hiss etməyi asanlaşdırır ”
Ardı →

Luzera sindromu

Luzera sindromu
Lauzera sindromuBu xəstəliyin elmi adı “Qeyri-real potensial sindromu”dur. Sindromun ilk simptomlarından biri şəxsin özünü  ətrafdakılarla müqayisə etməsidir. “Luzera” sindromu ibtidai insanlarda belə mövcud idi.
Məşhur filosof Nitşe XIX əsrdə ətrafdakılarla özünü müqayisə etmə anlayışına “Lebensneid” hərfi tərcümədə “həyat qibtəsi” adını vermişdir. Əslində çoxbilmiş Nitşe bu xüsusiyyəti insanın xeyrinə yozurdu, hesab edirdi ki, insan bu yolla irəliyə gedə bilər. Aradan 3 əsr keçib və yaşadığımız XXI əsrdə “həyat qibtəsi”  bir epidemiyaya çevrilib. İndi bütün sərhədlər itib, artıq balacalıqdan qayğı çəkməyə başlayır, problemləri həll etmək üzərində düşünürük. Bu səbəblər ucbatından, özümüzə elə gəlir ki, həyatda ən uğursuz insanlar bizik, digərləri isə kef məclisi qurublar.
“Luzera” sindromu müalicə olunandır. Hətta, bu epidemiyanı yaxşı tərəfə yönləndirmək də olar. 
 
Beş barmağın beşi də mərifət!
Sübut edin ki, siz sözügedən sinromun əsiri deyilsiniz. Bunun üçün aşağıdakı məsləhətlərə diqqət edin:
1. Bir vərəq götürüb, qələmlə iki hissəyə bölün: bir tərəfdə uşaqlıq arzularınızı, digərində isə indi sizi xoşbəxt edə biləcək məqamları yazın. Müqayisə apardıqlarınızdan hansıları sizin üçün daha vacibdir?

2. Özünüzdən soruşun: məqsədə yetişmək üçün nə çatmır? Sonra arzunuza çatmaq üçün nələrin lazım olduğunu qeyd edin.
Ardı →

Uşaqlara nələri izləmək olmaz

Uşaqları şiddətlə bağlı olan seriallara, xəbərlərə və cizgi filmlərinə baxmağa icazə verilməməlidir.

Mütəxəsislər hesab edir ki, televizor digər yaş qruplarına nisbətən uşaqlara daha çox təsir edir. Onlar tv-ni özlərinə örnək götürür. Bu isə bir sıra fəsadlara yol aça bilər. Çünki uşaqlar daha həssas olur, şiddət və.s kimi psixoloji məqamlar onlara tez təsir edir. Bu kimi materiallar uşaqların da sərt rəftarına səbəb olur. 

Xüsusilə də məktəb yaşına çatmamış uşaqlara bu kimi materialları qadağan etmək məsləhət görülür. Bu yaş qrupunda olan  uşaqlar reallıqla, cansızı bir-birindən ayıra bilmir. Bu da uşaqların psixologiyasını korlayır.  Hazırda tv həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Ondan istifadəni isə düzgün şəkildə qurmaq lazımdır. 

Tv uşaqlar üçün məlumat mənbəyidir. Buna görə də çalışın uşaqlarınız onları məlumatlandıra bilən verilişləri izləsin. Hər uşağın özünün yaş qrupuna görə proqramları olur. Məsələn, heyvanlarla bağlı ya da maarifləndirci verilişlər izləməyəhəvəsləndirin. 

Kliplərə baxmağa isə icazə verməyin. Çünki uşaqlar gördüklərini nümunə götürür və ordakı kimi hərəkətlər etməyə başlayır. Sonralar bunları tərgitmək isə çətin olur. Çalışın əvvəlcədən qarşısını alın. 

Valideynlər işlərini daha rahat etmək üçün uşaqları tv-nin qarşısına qoyur. Yəni öz rahatlıqları naminə uşaqlarını təhlükə ilə üz-üzə qoyur. Uşaqları tv-nin qarşısına qoymaq yerinə onları bağçaya yazdırın, yaxud da rəsm çəkmək üçün yaxşı şərait yaradın.
Davamı →

Qısqanclıqdan necə xilas olmaq olar?

Bir çox münasibətlərin bitməsinə səbəb və əsas problem qısqanclıqdır. Qısqanclıqla necə mübarizə aparmağı və özünüzü kontrol etməyi bilmirsinizsə, aşağıdakıları nəzərdə keçirin. 

Psixoloqlar hesab edir ki, qısqanclıq dəliliyin “yaxın qohumudur”. Səbəbin nə olmasında asılı olmayaraq qısqanclıq insanları çıxılmaz vəziyyətə sala və kontrolu tamamilə itirməyə səbəb ola bilər.

Pozitivliyin gücü: Qısqanclıq hissinə nəzarət edə bilməsəniz də, pozitiv düşünüb fikirlərinizi yaxşı tərəfə doğru yönləndirə bilərsiniz. Məsələn, sevdiyin insanla yaşadığınız ən gözəl günü xatırlayın. Bunun sizə heç bir köməyi olmasa da, qarşı tərəfin üzərinə nəyisə atmamağı və dava-dalaş salmamağı təmin edə bilər. 
Ardı →

Valideynlərini idarə edən uşaqlar

qarabala dirəşibUşaqlar valideynlərini necə “idarə edir” və bunun qarşısını almaq olar?

Psixoloq və pedaqoqların fikrincə, uşaqlar valideynlərini idarə etməyi bacarırlar. Belə gizli idarəetmə manipulyasiya adlanır. Uşaq ən yaxşı diplomatdır. Valideynlərinin “zəif damarı”nı tuta bilən uşaq bundan öz gizli məqsədlərinə çatmaq üçün istifadə edir. Məsələn, qız atanın növbəti gəlinciyi almaq istəməməsinə cavab olaraq “Nənəmi hamıdan çox istəyirəm, o, mənə hər şey alır” deyir. Şənbə günü səhər tezdən oğlana barabanda çalmağı qadağan edirlər, oğlan valideynlərinin yataq otağı qarşısında durub bərkdən ağlayır, o vaxta qədər ki, ona oynamağa icazə verilir. İcazə alınan kimi göz yaşları yoxa çıxır və oyun davam etdirilir.

Qızcığaza ananın dodaq boyası ilə oynamağa icazə verilmir — uşaq hirslənir, döşəməyə yıxılıb qışqıra-qışqıra “ana pisdir, nifrət edirəm!” deyərək ağlayır. Belə situasiyalarda ilkin olaraq valideynlər uşağı sakitləşdirmək və isterikanı kəsmək istəyirlər. Lakin uşaq istədiyini alan kimi göz yaşından əsərəlamət qalmır. Zaman keçdikcə, təcrübə qazandıqca uşaq məqsədinə nail olmaq üçün valideynlərinin “zəif damar”ından daha geniş istifadə edir. Uşaqlar yaxşı bilirlər ki, böyüklərdən kimə göz yaşı, qışqırıq və aqressiya, kimə yaltaqlıqla təsir göstərmək olar. Uşaqların bu cür davranışına valideynlərin nə qədər çevik reaksiya verirlərsə, uşaqlar bu üsullardan daha çox istifadə edirlər. Uşaq manipulyasiyalarının bir neçə növünü ayırırlar. “Kiçik diktator” inadkarlıq göstərərək ətrafdakılara hər zaman qəzəblə yanaşır. İsterika çıxararaq böyüklərin onun tələbini ödəməyə məcbur edir. 
Ardı →

Uşaqlarla necə davranmalı?

Uşaqlar həyatımızın ən böyük sevinci olmaqla bərabər, narahatlığımızın, qorxularımızın da ən böyük səbəbidir.
Ona görədə onlara qarşı diqqətli olmalı, qayğı göstərməli, ən başlıcası sevməliyik və sevgimizi hər zaman göstərməliyik.
Çünki onlar  göstərmədiyimiz hissləri anlaya bilmirlər. Uşaqlarınızı hər zaman sevin, öpün, oxşayın. Bu onlara özünə güvən duyğusunu aşılayır.

Bəzən uşaqlar səbəbsiz inadlaşır. Uşağın inadlaşarkən göstərdiyi hərəkətlər də hər yaşa görə fərqli olur.

1 yaşında uşaq yeriməyə başlayır, yerimək, bədəninə  sahib ola bilmək onu sevindirir. Artıq böyüklərə bağlı deyil. Yeni təcrübələr qazanmağa başlayır. Amma, hər təcrübənin də riski var. Uşaqlar bunu anlamır. Onların əvəzinə bu hissi valideyn yaşayır.
Ardı →

Uşaqlar hansı yaşdan yalan danışmağa başlayırlar

Ümumi qəbul edilmiş fikir belədir ki, uşaq təxminən 4 yaşına çatanda yalan danışmaqla valideynin diqqətini yayındırmağa çalışır. Amma «Uşaqların beyni necə işləyir» adlı yeni kitaba əsasən, uşaqlar bunu lap erkən yaşlarından edirlər. Yəni, körpələr inanılmaz dərəcədə aldadıcı davranışa malikdirlər. Kitabın müəllifi Vasudevi Reddi BBC radiosuna müsahibədə bunları deyir:
 

Bu hərənin yalanı necə yozmasından asılıdır. Biz bu məsələni araşdırmağa başlayarkən ilk olaraq 2-3 yaşlı uşaqlarla işləyirdik. Onların danışdığı yalanlar 4 yaşında ikən sınaqlardan keçmiş uşaqların söylədikləri yalanlardan fərqli idi. Sonra taktikanı bir az dəyişdik. Daha doğrusu, yalan deyil, cırnatmaq, özünü tülkülüyə qoymaq, zarafat etmək məsələlərinə diqqət yetirməyə başladıq. Belə baxsanız, bunların da yalan kateqoriyasına aid olduğunu söyləmək olar. Belə halda, bu meylləri uşaqda artıq 1 yaşın sonunda müşahidə etmək olar.


Ardı →

Təyyarələrdə uçmaqdan qorxuram (dini və psixoloji cavab)

Sual: Son zamanlarda təyyarələrin qəzaya uğraması haqqında çox eşidirik. Təyyarəyə minmək qəsdən özünü ölüm təhlükəsi ilə üzbəüz qoymaq sayılmırımı? Həlak olan şəxs özünə qəsd etmiş hesab ediləcəkmi? Mən ümumiyyətlə təyyarəyə minməkdən qorxuram. Bu normal haldırmı? Öz qorxumla mübarizə etmək lazımdırmı və ya bunu ölüm təhlükəsindən qorunmaq üçün İlahi bir vergi kimi qəbul etməliyəm?
Cavab: 
Dini cəhətdən:
Özünə qəsd etmək bilərəkdən, qəsdən özünü həyatdan məhrum etmək sayılır və ya gec-tez ölümlə nəticələnəcək bir işi yerinə yetirmək də eyni qəbildəndir. Təyyarə nəqliyyatından istifadəni heç cür özünəqəsd adlandırmaq olmaz. Müasir təyyarələr indiki zamanda elə quraşdırılmışdır ki, onlarla hərəkət etmək, avtomobilə minmək riskindən azdır. 
Düzdür, əgər insan qabaqcadan bilsə ki, təyyarə qəzaya düşəcək, ya buna dair insanın böyük ehtimalı olsa (məsələn maksimal eksplutasiya müddəti keçib, hava gəmisi texniki baxışdan keçməyib və s.) bu zaman ona minmək qadağa hesab edilir. Əgər sizlərdə şüurlu hallarda qorxu hissi yaranırsa və çox az bir insan onu qorxu hesab etməzsə, əlbəttə bunu İlahi bir nemət hesab etmək lazımdır.
Ardı →