Təşviş

Təşviş nədir?
Təşviş sadə bir ifadə ilə həqiqi bir təhdid zamanı ortaya çıxan duyğudur.

Funksionaldırmı?
Bəli, təşviş də digər duyğular kimi funksionaldır. Bir gecə yolunuzu 30 dəqiqə qısaltmaq üçün qaranlıq bir küçədən keçmək istədiyinizi düşünün, beyin bu zaman “həyəcan təbili çalır”, “30 dəqiqə üçün riskə getməyə dəyərmi? Görmürsən kimsəsiz yerdir, bir şam zərrəsi işıq yoxdur, özündən Amerika kəşf etmə, gəl düz yolunla get.”, bədən beynin sözünə qüvvət verir başlayır ürək döyüntünüz artmağa, əlləriniz tərləyir. Bu fiziki hissiyyatın və düşüncənin müşayiəti ilə yaranan duyğu təşvişdir. Burada təşviş funksional oldu və sizi mümkün təhlükədən qorudu. Təşviş bir sözlə sizi siz edənlərin itirilməsi ehtimalı ortaya çıxdıqda özünü biruzə verən duyğudur.

Təşviş pozuntusu nədir?


Davamı →

35 qəribə fobiya

1. Akribofobiya — oxunulmuş bir şeyin mənasını anlaya bilməmək qorxusu
2. Araxibutirofobiya — qoz (və ya araxis) yağının damağa yapışacağından qorxu
3. Aulofobiya — fleytadan qorxu
4. Bibliofobiya — kitabxanalardan qorxu
5. Verbofobiya — sözlərdən qorxu
6. Qadiofobiya (ierofobiya) — ziyarətgah və ruhanilərdən qorxu
7. Hidrozofobiya — tərləməkdən qorxu
8. Qrafofobiya — əllə yazmaq (və ya yazı ləvazimatlarını ələ götürmək) qorxusu
9. Deypnofobiya — nahar əsnasında danışmaq qorxusu
10. Dikefobiya — ədalətdən qorxmaq
11. Dorofobiya — hədiyyə almaq və ya verməkdən qorxmaq
12. İtifallofobiya — ereksiya olunmuş üzv haqqında düşüncə və müşahidə (tamaşa) etməkdən qorxmaq

Davamı →

İnsanları idarə etməyin yolları

1. Əgər birinin sizin istəklərinizə görə davranmasını istəyirsinizsə, ona əmir verdiyinizi hiss etdirməyin. Məsələn, bir insanı ya da dost qrupunuzu sizin istədiyiniz məkana aparmaq istəyirsiniz. Onlara «buraya gedək» demək yerinə, söz arasında çox bildirmədən gedəcəyiniz yerin yaxşı tərəflərindən danışın. Bir neçə dəqiqə sonra qarşınızdakılara sizin getmək istədiyiniz yer ilə başqa bir yer arasında seçim təqdim edin. Bu formada soruşduğunuzda qarşınızdakılar idarəetmənin özlərində olduğunu düşünəcəklər və sizin daha əvvəl söz arasında etdiyiniz müsbət təlqinlərə görə şüuraltı səviyyədə sizin seçdiyiniz məkana getmək istəyəcəklər.

2. Yaxınınızda olan birinin sizə baxıb baxmadığı ilə maraqlanırsınız, o zaman əsnəyin. Əgər biri sizi müşahidə edirsə, o insan da istəksiz olaraq əsnəməyə başlayacaqdır.


Davamı →

İrqi daltonizm

Sübut olunub ki, ilk görüşdə həmsöhbətimizin ən gec fərqinə vardığımız xüsusiyyəti onun dərisinin rəngidir. Buna baxmayaraq bir çox insan iş həyatında kolleqasının və ya partnyorunun irqi ilə əlaqədar məsələlərində özlərini kifayət qədər narahat hiss edirlər və çox şeyi gizlətməyə çalışırlar. Belə davranışa irqi daltonizm adı qoyulub.

Aydın olub ki, irqi daltonizm bir çox anlaşılmazlıqlara gətirib çıxarır. Məsələn, əgər siz iş yerində irqi məsələləri görməməzlikdən gəlsəz və özünüzü narahat hiss etsəz, ətrafınız tərəfindən bu tam əks mənada anlaşıla bilər. Sizi qatı irqçi kimi başa düşə bilərlər.


Davamı →

Psixologiya ilə bağlı bilməli olduğumuz 6 qayda

1. Güzgülər qaydası
Məni əhatə edən insanlar – mənim aynamdır. Onlar mənim şəxsi kimliyimi əks etdirirlər, hansı ki, mən belə sezə bilmirəm. Məsələn, əgər kimsə mənə qarşı qanmazlıq edirsə, deməli, mən belə istəyirəm və buna icazə vermişəm. Əgər kimsə dəfələrlə məni aldadırsa, deməli, mənim istənilən kəsə inanmaq meyilliyim vardır. Buna görə də kiməsə acıqlanmağım yersizdir.

2. Seçim qaydası
Dərk edirəm ki, həyatımda bütün baş verənlər mənim şəxsi seçimimin nəticəsidir. Əgər bu gün mən darıxdırıcı bir insanla söhbət edirəmsə, bu mənim də sıxıcı və boğazayığıcı birisi olduğuma dəlalət edirmi? Pis insan yoxdur – bədbəxt insan vardır. Əgər mən onların problemlərini qazıyıramsa, deməli, bu mənim xoşuma gəlir. Buna görə də heç kimə qarşı iddia irəli sürmək lazım deyil. Mənimlə baş verənlərə baiskar elə özüməm. Taleyimizin müəllif və yaradıcısı özümüzük.

Davamı →

Qarşılıqlı münasibət qurmağın sirləri

  1. Güzgü qanunu: 
    Başqalarını mühakimə etməmişdən öncə özünüzə nəzər yetirin.
  2. Ağrı qanunu: 
    İncimiş insan başqalarını incitməyə çalışır. 
  3. Yuxarı yol qanunu: 
    Biz başqaları ilə onların bizimlə etdiyi rəftardan daha yaxşısını sərgilədikdə daha ali mərhələyə keçmiş oluruq. 
  4. Bumeranq qanunu: 
    Başqalarına kömək göstərdiyimiz zaman biz elə özümüzə kömək etmiş sayılırıq. 
  5. Dəyişdirmə qanunu: 
    Özgələrini yerlərinə otuzdurmamışdan öncə biz özümüzü onların yerinə qoymalıyıq. 
  6. Təhsil qanunu: 

Davamı →

Bunları edərək özünüzü bədbəxt etməyin!

Gəlin, bu gündən yeni həyata başlayaq. Deyirlər ki, keçmişə qayıdaraq ötüb-keçənləri dəyişmək imtiyazı heç kəsə verilməmişdir. Amma hər birimiz aqibətimizi xeyirli və uğurlu edəcək yeni başlanğıc nöqtəsini seçə bilərik. Bunun üçün bəzi şeyləri həyatımızdan kənarlaşdırmalıyıq.

Sizə uyğun gəlməyən insanlara vaxtınızı sərf etməyin


Davamı →

Sərxoş insanlar niyə fərqli davranırlar?

İçki şəxsiyyəti dəyişmir, sən demə, əslində olanı ortaya qoyurmuş. Britaniya mətbuatında bu haqda maraqlı bir fakt dərc olunub. “The Telegraph”ın yazdığına görə, alimlər araşdırıb ki, alkoqol sərxoş olanların şəxsiyyətini əsaslı şəkildə dəyişmir. Bir çox adamlar qeyri-adi hərəkətlərinin içkiyə görə baş verdiyini söyləsələr də, yeni elmi-tədqiqat işi sərxoşluq və ayıqlıq zamanı xarakterdə radikal dəyişikliyin baş vermədiyini qeydə alıb. Yeganə fərq bundadır ki, sərxoş adamlar daha ekstravert — yəni çılğınlıq və coşqunluq vəziyyətində olurlar. Yazıda həmçinin qeyd edilir ki, sərxoşluq əslində adamların şəxsiyyətinin “ucadan ifadə olunmuş” versiyasıdır. Beləliklə də insan sərxoş olarkən başqa adama çevrilməsinə dair inam əsassızdır.

Bunun səbəbi

Davamı →

Sevgi psixoloji sərmayədir

Aşiq olan şəxs ətrafına xoşbəxtlik saçar, eşqini itirənlər bir anda yasa batar, psixoloji sərmayələri iflas etmiş olar. İmmunitet sistemləri düşər, bədənin xəstəliklərə tutulma riski artar, daha tez-tez xəstə olarlar. Eşq insanın sevə bilmə və istehsal gücü, eqo funksiyasıdır, psixoloji investisiyadır. Sevgi istehsal edərək sevilmək ehtiyacını doyurma müddətidir. Sevgi bəşər övladının doğumu ilə başlayır, yaşadığı müddətcə davam edər, ölümündən sonra belə varlığını davam etdirir. Eşq insanın hər hüceyrəsində varlığını davam etdirir.
Aşiq olan adam öyrənməyə daha meyillidir, işləməkdən zövq alır, daha həvəslidir. Sağlam eşq adamı xoşbəxt edər, stresli eşq isə depressiv edər. Eşq aqressivliyi azaldır, adam daha xoşməramlı olur. Aşiq olan adam ətrafına hirslənməz. Əksinə müsbət enerji verər. Xoşbəxt olan adam ətrafındakılara qarşı pis rəftarda olmaz.

Davamı →

Obsessiv-kompulsiv pozuntu (OKP)

Obsessiv-kompulsiv pozuntu (OKP) nədir?

Obsessiv-kompulsiv pozuntu gündəlik həyata və hətta həyati fəaliyyətlərə təsir edən obsessiv düşüncələr nəticəsində yaranan psixi xəstəlikdir. Obsessiv düşüncələr və impulslar mənasını verən obsessiya və təkrarlanan zehni hərəkət və davranışlar mənasını verən məcburiyyət xəstəliyi əmələ gətirir. 


Davamı →