Məqsədlərinizi heç kimə bildirməyin

Psixoloqlar belə hesab edir ki,əgər insanlara öz məqsədlərinizi bildirsəniz, çox güman ki siz həmin məqsədlərə çatmayacaqsınız.
1. Mütəxəssislər bu vəziyyəti 1930-cu ildən etibarən araşdırır, izləyirlər və hər dəfə onun həqiqiliyinə əmin olurlar.Alimlər bunu belə izah edirlər ki, şəxsi məqsədinizi, planınızı danışaraq, “dilə gətirərək” siz daxili “mən”-in tələbin yalançı şəkildə ödəmiş olursunuz və məqsədinizə çatmaq üçün artıq daha az təşəbbüs göstərirsiniz.

Davamı →

Sosial əlillik

Özümü, niyyətimi izah edə bilmirəm insanlara! Bağışlayın, salam vermədən başladım elə. Amma çox əsəbiyəm. Deməli, mən hər daxil olduğum yeni mühitdə bir də özümü-niyhətimi-məramımı yenidən izah etməliyəm ki, üslubum anlaşılsın..?! Onlar məni anlamağa cəhd eləməsələr də, mən mütəmadi bir özünüizah çabasındayam. Bu məni yorur. Və bu yorğunluğun qarşılığında mənəvi və ya maddi heç bir qazancım olmur. Boşuna çabalamış, səy göstərmiş oluram.

Davamı →

Özümüz üçün düşünmək

Sokrat bizə təkcə başqalarının fikirlərinin xətalı olacağını göstərməklə qalmır, həm də nəyin doğru olduğuna özümüz qərar verək deyə, bəsit bir düşünüş metodu da təklif edir. Çox az sayda filosof düşünərək yaşamağa başlamaq üçün bu qədər az şeyə ehtiyac olduğunu düşünür.
Sokrata görə düşünərək yaşamaq üçün illər boyunca təhsil almağa və aşırı dərəcədə boş zamana sahib olmağımıza gərək yoxdur. Bəlli bir mövzuya qarşı maraq duyan, zehnindəki daşları yerli-yerində nizamlamış və ağlauyğun olduğu iddia edilən bir düşüncəni gözdən keçirmək istəyən hər kəs, Sokratın bu metodunu tətbiq edərək, küçədə yeriyərkən bir dostuyla həmin mövzuda söhbətə başlayıb, yarım saatdan da qısa bir zaman içindəcə bir ya da iki təsirli, məntiqli qənaət əldə edə bilər.

Davamı →

Pandemiyada insanların psixoloji problemləri

«Koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan edilən karantin rejimi insan psixologiyasına ciddi təsir göstərib. Lakin bu təsir hər bir şəxsin fərdi xüsusiyyətlərindən asılı olaraq müxtəlif şəkildə üzə çıxıb. Hazırda karantin qaydalarının yumşaldılması və əksəriyyətin hələ də qüvvədə olan qaydalara əməl etməməsi göstərir ki, insanların bəziləri doğrudan da psixoloji problemlər yaşayırlar və mövcud vəziyyəti dərk etmək istəmirlər».

Davamı →

Psixi və emosional sağlamlıq

Biz sizə internetdə məşhur olan amerikalı psixoanaltik Nensi Mak-Vilyamsın yaratdığı “psixi və emosional sağlamlığın 16 elementi”-ni təqdim edirik.
1.Sevmək qabiliyyəti. Münasibətlərdə olmaq, başqa insana öz hisslərini açmaq, onu olduğu kimi sevə bilmək qabiliyyətidir. Hər şeyi ideallaşdırıb qiymətdən salmamaqdır. Yalnız almaq deyil, həm də verə bilməyi bacarmaq lazımdır.

Davamı →

Şiddətlə savaşan rəng, Baker Miller çəhrayısı nədir?

Rənglərin insan psixologiyası üzərindəki təsirləri bir neçə dəfə sübut olunmuşdur. Mavi rəngin verdiyi güvən, yaşıl rəngin yaradıcılığın qaynağı olması kimi teoremlər bəllidir. Rənglərin psixologiyası bir çox araşdırma mövzusu oldu. İnsanları və əşyaları gördüyünüz anda onlar haqqındakı düşüncələriniz təxminən 90 saniyə ərzində formalaşır. Bu düşüncənin isə 60-90%-i tamamilə rənglərə bağlıdır. Bu səbəblə rənglərin insanlar üzərində təsiri var. Xüsusilə qızların istifadə etdiyi rəng olaraq da tanınan çəhrayı rəng, bir müddətdir ki, həbsxanalarda da istifadə olunur.

Davamı →

Nəyə görə ehtimallarımızda yanılırıq?



Özümüzü müəyyən bir mövzuda nə qədər təcrübəli hesab etsək də, ehtimallarımızda yanılırıq. Bir fikir, fərziyyə və ya planladığımız bir elmi araşdırmadakı hipotezə nə qədər çox əmin olsaq da tərs nəticələrini az görmürük. Bu qəbul etməli olduğunuz bir həqiqətdir. Çoxumuz ya bunu bilmirik, ya da cahilcəsinə inkar edirik. 
Davamı →

Çətin zamanlarda nikbin olmağı necə bacaraq?

Nikbin düşüncəli insanlar çətin mühitdə qərar tutan zaman streslərinə qalib gələrək, daha doğru nəticələr çıxarda bilirlər. Bu insanlar başqalarından daha sağlamdırlar. Başqaları ilə daha yaxşı rabitə qurmağı bacarırlar. Onlar çətinliklərdən qorxmurlar və tez də çıxış yolu tapırlar. Onların özlərinə etimadı tamdır. Ona görə də həyatlarında müvəffəqdirlər. Başqalarından fərqli olaraq, daha şad həyata malikdirlər.
Bəs nikbin olmaq üçün nə etməli?

Davamı →

Uşaq tərbiyəsinə dair qızıl qaydalar

Əsl adı Aqnes Qonca Boyaçı olan katolik rahibə, “Şəfqət” ordeninin yaradıcısı, Nobel Sülh Mükafatı laureatı Tereza Ana katolik kilsəsi tərəfindən müqəddəslər sırasına daxil edilən tarixi şəxsiyyətdir. Həyatı boyunca dünyada çox sayda xeyirxah və əhəmiyyətli işlər görüb, müxtəlif mükafatlara sahib olan bu müqəddəs qadının uşaqlara sevgi və mərhəmət hissi xüsusilə seçilirdi.
Tereza Ananın valideynləri müdrik, xeyirxah və vicdanlı övlad yetişdirmələrinə kömək etmək üçün hazırladığı doqquz vacib məsləhətlə tanış edir:
Davamı →

İnsan psixologiyasına dair kitablar

İnsan psixologiyasına dair kitablar, ruhu əzab edən suallara cavab tapmaq istəyən hər kəsə, şəxsi motivlərinizi və ətrafdakıların motivlərini təhlil etməyə məcbur edəcəkdir. Bundan əlavə, onlar hər hansı münaqişə vəziyyətinin mənşəyinin səbəblərini aydın şəkildə öyrənməyə öyrədəcəklər və bununla da həyatınızın keyfiyyətini artırırlar.
İnsan davranışının psixologiyası haqqında kitablar
«Psixoloji vampirizm. Mübahisələrə dair təlimat », M.Litvak. Ailənin dairəsində və iş yerində harmonik münasibətlərin qurulmasını necə öyrənmək istəyirsiniz? Bu kitab, cinayətkarların sərt ifadələrinə uymamaq və hər hansı bir mürəkkəbliyin ən az mənəvi itkiləri ilə çıxmaması üçün öyrədir. Üstəlik, əsl dostluq, səmimi sevgi, məhsuldar iş sirlərini öyrənəcəksiniz.
Davamı →