Filofobiya

Filofoblar çox fərqli insan keyfiyyətlərinə və həyat yoluna sahibdirlər. Yəni onların hamısı bir birinə oxşamırlar. Buna baxmayaraq, onları birləşdirən əsas xüsusiyyət – əks cinslə güvənli münasibətlər qurmaq istəməməsi, ya da bacarmamasıdır.

Filofobiyadan əziyyət çəkən insanlar bəzən problemi dərk etmirlər. Onlar özlərinə uyğun həyat tərzi hansıdırsa, onu da yaşamağa çalışırlar. Elə bir həyat yolu seçməyə çalışırlar ki, özlərini təhlükəsiz və rahat şəkildə hiss etsinlər.
Davamı →

Akrofobiya

Akrofobiya yüksəklikdən qorxmaqdır. Bu, məkan və hərəkətlə bağlı xüsusi fobiyalar qrupuna daxildir və oxşar müalicə üsulları vardır. İnsanların əksəriyyəti hündürlüyə qalxdıqda, xüsusilə məkan kiçik və mühafizə olunmayan yer olduqda butəbii qorxunu müəyyən dərəcədə hiss edirlər.

Akrofobiyadan əziyyət çəkənlər hündür yerdə olduğu zaman həyəcanlanır və aşağı sağ-salamatdüşə bilmək üçün özlərini təşvişə salmağa başlayırlar. Dünya əhalisinin 2-5faizi akrofobiyadan əziyyət çəkir.

Yüksəklik qorxusunu təsvir etmək üçün əksər vaxtlarda “başgicəllənmə” sözü istifadə olunur (lakin səhvolaraq), lakin bu, əsasən fırlanma zamanı baş verən əlamətdir. Bu, yüksək yerdənbaxanda və ya hündür yerdən yaxud yüksək obyektdən dik baxanda baş verə bilər,lakin bunlar başgicəllənməsini təsvir etmək üçün yetərli deyil.
Davamı →

Emosional aclıq

Emosional aclıq nədir?
Emosional aclıq bulimiya kimi bir yemək xəstəliyidir. Bəzən olur ki, mədəmiz üçün deyil, hissləriniz üçün yemək yeyirik. Aclıq hissi fiziki olaraq başlamalıdır, amma çox vaxt emosional olaraq başlayır. Əgər darıxmaq, stress, yorğunluq, əsəb, depressiyaya cavab olaraq yemək yeyirsinizsə, emosional boşluq hissini doldurmaq üçün yediyinizi unutmayın.

Bəs emosional aclıq ilə fiziki aclıq hissini necə fərqləndirmək olar?
Fiziki aclıq birdən-birə başlamaz, yavaş-yavaş yaranır, amma emosional aclıqda aclıq hissi birdən-birə yaranır. Emosional aclıq hissi yarandığı anda mütləq nəsə yeyərək o hissi yox etmək istəyirsiniz, amma fiziki aclıq gözləyə bilir. Əgər emosional boşluq hissinizi doldurmaq üçün yeyirsinizsə, mədəniz dolsa belə yeməyə davam edəcəksiniz. Amma, əgər həqiqətən acmısınızsa, mədəniz dolduğu anda yeməyi dayandıracaqsınız.
Davamı →

Təmizlik xəstəliyi

Obsessiv kompulsiv pozuntunun bir forması olan “təmizlik xəstəliyi” qadınlarda daha çox yayılmışdır. Ən çox əl yuma şəklində rast gəlinir.

Daimi olaraq əşyaların yuyulması, paltarların tam təmiz olduğu düşüncəsi olana kimi yuyulması, bəzən paltar harasa çirkli yerə toxunduqda xəstəlik keçər fikriylə paltardan bir daha istifadə etməmə, evdə keçirilən vaxtın yarısından çoxunun təmizliyə sərf olunması xəstəliyin ağırlaşmış formada olduğunun göstəricisidir, qonaq üçün istifadə etdiyi qabları xəstəlik keçər fikriylə dəfələrlə yuması, hər hansı bir yerə toxunduqda əlləri dəfələrlə uzun müddət yumasıda bu xəstəliyin əsas əlamətlərindəndir.
Davamı →

Lohusa depresiyası

  • Qadın
Övlad dünyaya gətirmək bir qadının dada biləcəyi ən böyük xoşbəxtlikdir. Lakin məhz doğumdan sonra yeni ana olmuş xanımların bir sıra problemləri üzə çıxır. Bu narahatlılardan biri də Lohusa depresiyasıdır.

Lohusa adlanan depresiya növü gənc ananın narahatlığı, hormonal dəyişikliyin təsiri, fiziki ağrılarla müşayiət olunur.

Bu depresiya bəzi qadınlarda şiddətli dərəcədə davam edir, hətta ən pis halda intihara səbəb olur. Ailəyə yeni fərdin gəlməsi, onun üzərindəki maksimal məsuliyyət və yuxusuzluq qadınlar üçün kabusa çevrilir.

Lohusa depresiyasının müddəti normada 1 həftə, 10 gün davam etməlidir. Bu müddətə yenicə ana oluş qadın sakitləşə bilmirsə, mütləq psixiatr yardımı almalıdırlar. Həmçinin tez-tez körpəni əmzirmək ananı övladına daha çox bağlayacaq.
Davamı →

Monomaniya

Monomaniya insanın yalnız bir düşüncədə olması, ona üstünlük verməsindən yaranan xəstəlikdir.

Monomaniya xəstəıiyi müxtəlif növlərə ayrılır:
1. Kapqras sindromu. Bu cür insanlar ətrafındakı insanların həqiqi olmadığına və başqalarının onların yerinə keçdiyinə inanır.

2.
Eretomaniya. Bu cür insanlar hər hansı bir kişi və ya qadının ona aşiq olduğunu düşünərlər, bu şəxslərlə tanış olmasa belə.

3. Freqoli sindromu. Aktyor Freqolinin adından götürülmüşdür. Bu cür insanlar ətrafındakı insanların görkəmlərini dəyişdirdiyinə, başqa birinə çevrildiyinə inanarlar.

4. Genital retraksiya sindromu. Xəstə öz penisinin bədəninə doğru çəkildiyindən şübhələnir.
Davamı →

Şiddət nədir?

Şiddət, sahib olunan gücün və hakimiyyətin bir insana, bir qrupa, özünə, bir fikrə, həyat tərzinə, fiziki və psixoloji olaraq yaralanmaya, itkiyə səbəb olacaq bir formada müəyyən yollarla tətbiq olunmasıdır. Duyğular davranışlara istiqamət verə bilir, amma insanın duyğularını hansı istiqamətə yönəltməsi, hansı davranışı sərgiləməsi özünün seçimində, nəzarəti altında və öz məsuliyyəti daxilində olur. Dolayısi ilə qısqanclıq, əsəb, hirs duyğuları insani duyğular olsa da, şiddəti təmsil edir.

Nəzər nöqtəsi də məhz bu duyğular üzərində olmalıdır. Əgər bir davranış əsəbi vəziyyəti sərgiləmək, hirsini boşaltmaq, nifrət hissini bildirmək, alcaltmaq, cəzalandırmaq, güc göstərmək, insanı kontrol altında saxlamaq ücün sərgilənirsə, bu davranış şiddət tətbiqidir.
Davamı →

Adel sindromu

Hamımız platonik sevgi yaşayan insanlarla qarşılaşmışıq. Bu sevgi realda var olmayan, xəyalda qalan, həyata keçməyən sevgidir. Platonik sevgidə hər şey romantik və ruhi müstəvidə olur. Bu sevgi fiziki doyum üçün deyil, hisslərin doyumu üçündür.

Çox zaman platonik sevgilər zamanla keçsə də, bəzən keçməyib xəstəliyə çevrilir. Tibb aləmində platonik sevginin yaratdığı xəstəliyə Adel sindromu deyilir. Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, Adel sindromu tibbdə geniş tanınmır. Lakin tez-tez platonik, dəlicəsinə sevgi hadisələrindən danışılarkən istifadə edilən termindir.
Davamı →

Antisosial şəxsiyyət, yoxsa asosial?

Cəmiyyət həyatında fəal iştirak edən, fəaliyyət və ünsiyyətdə formalaşan, sosial keyfiyyətləri özündə əks etdirən sosial varlığa şəxsiyyət deyilir. İnsan bioloji varlıq, fərd, fərdiyyət mərhələlərini keçərək yetkinləşir və son nəticədə yetkin şəxsiyyət kimi formalaşır. Həmin şəxsiyyətin formalaşması prosesinə təsir edən faktorların roluna və onların xarakterinə görə bioloji, sosioloji, biososioloji nəzəriyyələr əmələ gəlmiş və onların hər biri şəxsiyyəti fərqli aspektdə xarakterizə etmişlər.
 
Yetkin şəxsiyyət dedikdə, əxlaqi- mənəvi dəyərlərə sahib olan, yaşadığı cəmiyyətin, sosial mühitin insanlıq və vətəndaşlıq hüquq və dəyərlərini tanıyan, ona əməl edən, etdiyi və edəcəyi hərəkətlərinə görə məsuliyyət daşıyan insan nəzərdə tutulur. Elmi ədəbiyyatlarda şüuru yerində olan hər cür mövqe və statusa malik insana şəxsiyyət kimi yanaşılır.
Davamı →

İrritabl bağırsaq sindromu

İrritabl bağırsaq sindromu (İBS) və ya digər yayılmış adı ilə qıcıqlanmış bağırsaq sindromu bağırsağın ümumi funksiyalarında dəyişikliyin olması və defakasiya aktı (nəcis ifrazı) sonrası rahatlayan ağrının müşayiəti ilə keçən funksional bir bağırsaq xəstəliyidir.

Ən çox kimlərdə olur?
Əlimizdə olan son tədqiqat nəticələrinə görə, qadınlarda kişilərə nisbətən 2-3 dəfə daha çox rast gəlinir. Poliklinikalara ümumi müraciətlərin 10%-ni, qastroentroloqlara müraciətlərin təxminən 40%-ni əhatə edən bu xəstəlik gənc insanlarda daha çox rast gəlinir.
Davamı →