Psixoloji test


Xarakterinizin güclü tərəflərini müəyyən etməyə və bəlkə də hansı istiqamətdə inkişaf yolunu tutmağa məsləhət görəcəyik. Sizin qarşınızda insanın 8 fərqli fiqurdan çəkilmiş rəsmi var. Fiqurlardan birini seçin və xarakterinizin güclü tərəflərini təyin edin.
Davamı →

Sən hansısan?


Bu testin müəllifi tanınmış psixolog Pip Uilsondu. O bu testi məktəbli uşaqların psixoloji durumunu yoxlamaq üçün yaradıb. Bu ağacda olan bütün insanların fərqli baxışı və istəkləri var. Siz hansısınız? Öz nömrənizi seçin.
Davamı →

Yumruğunuz xasiyyətinizi ələ verir

Sizə çox sadə və maraqlı psixoloji test təqdim edirik. Yumruğunuzu sıxın və onun formasını şəkildə tapın.

1. Bu insanlar çox təvəzökar, lakin istedadlı və ağıllıdırlar. Onlar yeni şeyləri öyrənməyi, oxumağı sevir, tez-tez ensiklopedik bilgilərə sahib olurlar. Təhsildə, elmdə böyük uğurlar qazanırlar. Çox enerjili, yeni ideyalarla dolu olurlar. Digər tərəfdən bu insanların bir çoxları qapalı olur və digər insanları özünə yaxın buraxmağı xoşlamırlar.
Davamı →

Zefir testi


60-cı illərin sonunda Kolumbiya Universitetinin professoru Uolter Mişel tərəfindən «Zefir testi» adlı bir eksperiment keçirilir. Stenfordun «Bing» uşaq bağçasından olan 4-6 yaşlı uşaqlar növbə ilə bir otağa yerləşdirirdilər. Otağda sadəcə bir masa və oturacaq var idi. Masanın üstünə bir zefir (marshmallow) qoyulur (əlavə olaraq digər «peçenye»lər də var) və hər bir iştirakçıya bildirilir ki, əgər onlar 15 dəqiqə gözləyib bu zefiri yeməsələr onda onlara əlavə 1 ədəd də zefir veriləcək. Sonra «qurban»ı zefirlə otaqda tək qoyurlar.

Testdə iştirak edən 653 nəfərin seçimləri əlbəttə ki, fərqli idi — bəziləri düşünmədən zefiri udurdu, bəziləri çalışırdı, lakin sonda uduzurdu, bəziləri isə müxtəlif yöntəmlərdən istifadə edərək (yatmağa çalışmaq, mahnı oxumaq) sona kimi dözüb sonra 2-ci zefiri hədiyyə alırdılar. Testdə iştirak edən 653 uşağın bir çoxunun taleyi sonradan diqqətlə izlənilirdi və maraqlı tendensiya odur ki, zefiri yeyən cəmiyyətin üzvləri həyatda daha az nailiyyətlər əldə edir, daha çox artıq çəki və narkotik asılılığından əziyyət çəkirlər.
Davamı →

Temperamentin tədqiqi testi

Hər təqdim olunan nömrədəki xarakterik xüsusiyyətdən sizə ən çox uyğun olanını seçib qeyd edin:

1.
a) narahat, bir yerdə qərar tutmayan
b) şən və həyatsevər
c) sakit və soyuqqanlı
d) utancaq, həyalı

2.
a) özünü ələ ala bilən
b) enerjili, işgüzar
c) işdə ardıcıl, dəqiq
d) yeni şəraitdə özünü itirən

3.
a) hövsələsiz, səbirsiz
b) başladığı işi axıra çatdırmayan
c) ehtiyatlı və tədbirli
d) yeni adamlarla ünsiyyətdə çətinlik çəkən

4.
a) adamlarla ünsiyyətdə kəskin və düzgün
b) özünü yüksək qiymətləndirən
c) gözləməyi bacaran
d) öz gücünə inanmayan

5.
a) təşəbbüskar, qətiyyətli
b) yeniliyi tez tutmağa qabil
c) boş-boşuna danışmağı sevməyən
d) tənhalığı asan keçirə bilən


Ardı →

Xarakter analizi testi



1. Ənənəvi-sağlam fikirli-düşüncəlisiniz.
Özünüzdən əvvəl başqalarını düşünərsiniz həmişə. Müasir dünyagörüşü sizə olduqca uzaq. Ananızın sözünə qulaq asar, təcrübənin gücünə inanırsınız. Dinc bir quruluşunuz var. Bir qərar vermədən əvvəl dərininə düşünərsiniz. Bəzən tələsikçi davranarsınız, bir az yavaşlayın. Nəzakətli və həssas quruluşunuz ətrafınız tərəfindən təqdir edilir, sizə xal qazandırır. Sizə tövsiyəmiz, bu yanlarınızı qoruyun.

2. Təbii-simpatik-canayaxınsınız.
Kimsəyə bənzəmək kimi bir dərdiniz yoxdur. Siz yalnız 'siz'ə bənzəyirsiniz. Hər kəs tərəfindən sevilən bir insansınız. Olduğunuz mühitə sevinc gətirərsiniz, buna görə yoldaş görüşmələr Sizsiz olmaz. Dərt ortağım, çətinliyi olan sizə qaçar. Ön mühakimələr qurbanı deyilsiniz, sizin üçün könüllər bir olsun, yetər. Bəzən sizdən heç gözlənilməyən dəliliklər edirsiniz, tarazlığı qoruyun deyərik.


Ardı →

Psixoloji test

Aşağıdakı psixoloji sualları oxuyun və mənzərəni gözünüzdə canlandırmağa çalışın. Suallarının cavablarını çox düşünmədən, ağılınıza ilk gəldiyi şəkildə bir kağıza yazın.

— Meşənin içində gedirsiniz. Yanınızda kim var?
— Meşənin içində gedirsiniz. Bir heyvan gördünüz… Nə cür bir heyvandır?
— Heyvan ilə aranızda necə bir qarşılaşma yaşanar? (aqresiv və ya əksi)
— Meşənin içində bir az daha gedirsiniz. Birdən bir açıqlığa çıxırsınız və qarşınızda xəyalinizdaki ev dayanır. Bu evi təsvir edin.
— Xəyalınızdakı evin ətrafında sarmaşıq varmı?
Ardı →

Yoxlayaq

Adlarımızın baş hərfi bizi əks etdirirmi ?

A hərfi: yoldaşınız çox cazibədar olmalı. Çünki bir Eşq düşkünü olaraq buna əhəmiyyət verirsiniz.

B hərfi: Romantiklik və romantizm xüsusiyyətiniz. Sevginizi ifadə etmə qabiliyyətiniz qüvvətli.

C/Ç hərfi: Eqoistsiniz. Eşqi sevmənizə baxmayaraq uzun müddət Eşq olmadan yaşaya bilərsiniz.

D hərfi: İstədiyiniz adamı əldə edirsiniz. Sifətləriniz isə, Aşiq, sadiq, qısqanc və eqoist.

E hərfi: Əsla duyğunuzu tamamilə itirmirsiniz. Ehtiyacınız davamlı maraqda.

Ə hərfi: Cazibədar və asan insansınız.Sevgilinizi hər şeyin üstündə tutursunuz.

F hərfi: Sevimlinizi ilahlaşdırmaqdan zövq alırsınız. İsti və romantik bir insansınız.

G hərfi: Sizin üçün deyiləcək iki söz: Müskülpesent və detalçı.


Ardı →

Kişi,yoxsa qadın?

Əgər siz şüuraltı olaraq kişilik və qadınlıq əlamətləri kimi başa düşülən keyfiyyətlərin sizdə nə dərəcədə mövcud olduğunu bilmək istəyirsinizsə bu psixoloji testi nəzərdən keçirin. Suallara “hə” və ya “yox” cavabını verin. Çətinlik çəkdikdə sual işarəsi qoyun.

1. İmkan dairəsində cəmiyyətdə diqqət mərkəzində olmağı xoşlayıram.

2. Çətin və ya mübahisəli vəziyyətlərdə ən yaxın adamlardan kömək gözləyirəm

3. Hər bir işdə asanlıqla qərar qəbul edə bilirəm.

4. Həssaslığımla seçilirəm, məndə mərhəmət hissi oyatmaq çox asandır.

5. Öz nüfuzumu qorumağı bacarıram.

6. Xarici görünüşümün qayğısına qalıram və bu mənə zövq verir.
Ardı →

Test- Mən qorxağam, yoxsa cəsarətli ?

Hər kəs üçün xasiyyəti maraqlıdır. «Mən qorxağam, yoxsa cəsarətli və hünərliyəm?» Bu suala cavab tapmaq istəyirsinizsə, sizə təqdim etdiyim testi sınaqdan keçirə bilərsiniz.

1. Axşam qaranlıq küçədə arxanızca kiminsə gəldiyini hiss edirsiniz. Sizin ilkin reaksiyanız necə olacaq?
a) Boş şeydir, yol hamı üçündür — 1
b) Küçənin o biri tərəfinə keçərəm — 5
c) Tez uzaqlaşmağa çalışıram — 10


Ardı →