Psixopatı necə tanıyaq?

Psixopatlar hamının düşündüyü kimi dəli, ruhi xəstə deyil. Aramızda bizə normal görünən, əslində isə psixopat olan insanlar var.

Psixoloq Sergey Pustovoytov psixopatların xarakteristikasını açıqlayıb.
Yalançılıq, özünə aşıqliq, ürəksizlik, insafsızlıq, rəhmsizlik, eləcə də hər kəsi öz mənafeyi naminə aldatmaq psixopatların əsas əlamətləridir.

O, qeyd edib ki, tibdə psixopat termini yoxdur, bu antisosial şəxsiyyət pozuntusudur.
Psixologiyada bu pozuntular altında narçisizm, makiavellizm və psixopatiya qrupu daxil edilib.
Hazırda gənclər arasında xarakter və davranış modelində bu üçlük liderdir. Xalq dilində bu şəxsiyyət pozuntusunu bu 3 sözlə ifadə etmək olar: "ürəksiz", "İnsafsız", «Vicdansız».
Belə insanların həyatd devizi dərhal sezilir: Hər şeyin yaxşısı mənim üçün.
Özü üçün ən yaxşısını əldə etmək üçün o canavara çevrilir, istənilən qəddarlığı göstərə bilər. Psixopatiya psixi xəstəliklə psixi sağlamlıq arasında bir bağlılıq olan insan xarakterinin qazanılmış və ya anadangəlmə patologiyasıdır.


Davamı →

Xarakter

1. Xarakter haqqında anlayış.
2. Xarakter əlamətləri.
3. Xarakterin aksentuasiyanın tipləri. Psixopatiya.


1-ci sual. İnsanları bir-birindən fərqləndirən, şəxsiyyətin davamlı xüsusiyyətlərindən biri də xarakterdir. İnsanlar həmişə bir-birinin xarakterinə böyük əhəmiyyət verir, davranış və rəftarında bunu nəzərə alırlar. Onun ən mühüm cəhəti ondan ibarətdir ki, xarakter şəxsiyyətin hər cür xüsusiyyətlərinin deyil, mühüm və davamlı fərdi xüsusiyyətlərinin məcmusunu əks etdirir.


Ardı →